Cinsi əlaqə yolu
Əvvəllər hesab olunurdu ki, QİÇS homoseksual xəstəlikdir. Ona görə ki, bu xəstəlik Amerikanın qeyri-ənənəvi seksual arentasiyası ilə məşhur olan San-Fransisko, Los-Anceles və Mayami kimi şəhərlərində geniş yayılmışdı. Sonradan məlum oldu ki, bu xəstəlik hetereseksuallar arasında da geniş yayılıb. Hal-hazırda Qərbi və Mərkəzi Avropada 760000, Cənubi Afrikada 22,5 milyon, Şimali Amerikada 1,3 milyon, Cənubi Amerikada 1,6 milyon insan bu virusa yoluxmuşdur.
Yoluxmuş qanın orqanizmə köçürülməsi yolu
İmmun çatışmazlığı virusu steril olmayan iynə və şprisdən istifadə edən narkomanlar arasında çox tez yayılır. Rəsmi olaraq hesablanmışdır ki, Nyu-York şəhərində 250000 heroin qəbul edən və venadaxili narkotik vuran narkomanların 60 %-i İÇV-yə yoluxublar. Həmin narkomanlardan isə İÇV cinsi yolla onların cinsi tərəfdaşına asan keçir.
Yoluxma eyni zamanda virusla yoluxmuş qan və qan preparatlarının köçürülməsi zamanı da baş verir. Bu virusun daşıyıcısı olan hər hansı xəstənin qanı ilə kontaktda olduqda, onun yarasını sarıdıqda-işlədikdə və ya cərrahi əməliyyat aparan zaman baş verdiyindən tibb işçiləri xüsusilə diqqətli olmalıdırlar.
Ana ilə uşağın yoluxması
İÇV ilə yoluxmuş ananın virusu bətndaxili inkişaf dövründə cift və plasenta vasitəsi ilə dölün qanına keçir. Həmçinin yoluxma doğuş zamanı və ya uşağı süd ilə əmizdirəndə baş verə bilər. Bu yolla yoluxma uşaq yoluxmalarının təqribən 25-50 % təşkil edir.
Xəstəliyin dörd mərhələsi ayırd edilir.
Birinci mərhələ: İlkin İÇV infeksiyaları zamanı virusa qarşı antitel əmələ gəlməklə başlayır və bir çox hallarda qripi xatırladan qısamüddətli süstlük hiss olunur. Bəzi hallarda səpmə və limfa düyünlərinin şişməsi müşahidə edilir. Bu simptonları xəstəni xəstəxanaya aparmadan da asanlıqla aradan qaldırmaq olar.
İkinci mərhələ: İÇV müsbət simptomsuzdur. Onunla xarakterizə olunur ki, qanda İÇV qarşı daimi antitel var. Yoluxma ilə xəstəliyin klinik əlamətləri arasında bir neçə həftədən 13 ilədək vaxt keçə bilər.
Üçüncü mərhələ: Bu mərhələ QİÇS-in inkişafı ilə xarakterizə olunur, başqa sözlə, opportunist infeksiya başlayır. Lakin bu mərhələ hələ həyat üçün təhlükəli deyil. Müalicəsi çətin olan adi bakterial, virus və göbələk xəstəliklərində baş verə bilən fəsadlara yaxın olan infeksiyadan söhbət gedir. Bədən kütləsinin təqribən 10 % itirilir, T-helperlərin (limfositlərin) miqdarı əhəmiyyətli dərəcədə azalır. Həqiqətən bu mərhələdə xəstəyə yüksək səviyyədə tibbi və psixoloji kömək göstərmək vacibdir. Ona görə ki, xəstə artıq simptomlardan əziyyət çəkir və həyatının təhlükədə olmasını hiss edir.
Dördüncü mərhələ: Xüsusi QİÇS ağır formada təzahür edən opportunist infeksiya ilə xarakterizə olunur. Çox orqanları zədələyir və ikincili bədxassəli şişləri əmələ gətirir.
Xəstə proqressiv surətdə çəkisini itirir, həddindən artıq zəifləyir, orqanizmin sağlamlıq imkanının tükənməsi bağırsaq xərçənginə gətirib çıxarır ki, o da orqanizmdə qida çatışmazlığına səbəb olur. Katabolitik proseslər anabolitik proseslər üzərində üstünlük təşkil edir, orqanizm sanki "əriyir", hava çatışmazlığını bərpa edə bilmir.
Opportunist infeksiya bakterioloji, virusoloji və göbələk infeksiyası şəklində təzahür edir.
Məlumdur ki, QİÇS-i virus törədir, antibiotiklər bakteriyaları öldürdüyündən QİÇS-ə qarşı antibiotiklərdən istifadə etmək effekt vermir. Hazırda bu xəstəliyə qarşı çox müxtəlif müalicə metodları axtarılır, profilaktikası üç istiqamətdə aparılır.
1. Xəstənin immun sistemini bərpa etmək
2. Virusun bölünməsini ləngitmək
3. Peyvənd
Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, immun çatışmazlığı virisuna yoluxmamaq üçün bu qaydalara əməl olunmalıdır: Cinsi əlaqə zamanı xüsusi qoruyucu vasitələrdən istifadə olunmalı, təsadüfi cinsi əlaqəyə girməməli, ən yaxşısı isə daimi və sağlam partnyorla cinsi əlaqədə olmaq məsləhətdir. Venadaxili narkotik maddələr istifadə edənlər steril iynə və şprisdən istifadə etməlidir. Ən gözəli isə bu təhlükəli vərdişdən uzaqlaşmaqdır.
Bəzi Avropa ölkələrində, məsələn, Hollandiyada bu qəbiln olan insanlara steril iynə və şpris pulsuz paylanılır. Bütün donor qanlar İÇV-yə qarşı yoxlanıldıqdan sonra istifadə olunmalıdır. Tibb işçiləri bu virusun törətdiyi fəsadlar və ona yoluxma yolları haqqında əhalini daim məlumatlandırmalıdır. Bütün insanlar bilməlidir ki, immun çatışmazlığı virusu hava-damlası, həmçinin, qısa müddətli kontaktla-əl tutmaqla yayılmır. QİÇS xəstələrini müalicə edən həkimlərdən və tibb bacılarından heç birinin bu xəstəli tutulmaması deyilənə əyani sübutdur.
Prof.C.Ə.Nəcəfov
XƏBƏR LENTİ
Qanunsuz tikililərin sənədləşməsinə başlanılır
Bakıdakı çimərliklər təhlükə mənbəyidir
Ayrılıq acısı ilə mübarizə
Yas düzəldi, bəs toy?
Sobada göbələkli toyuq (foto-resept)
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Taysonu Çiliyə buraxmadılar
Instagram-da Yenilik
150 dollarlıq yığcam smartfon
Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq
Hər 40 saniyədə bir nəfər intihar edir
Bu yağdan istifadə edənlərin nəzərinə
486 müəllim imtahandan imtina etdi
Toxumaq dərsi-4
Yay geri qayıdır
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Göz altı torbaları
Hamı ilə oyun oynamağı sevən it
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
Günün ulduz falı
Düz qarına sahib olmağın 5 qaydası
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
Aşura günü bu məscid və ziyarətgahlarda qan verə bilərsiniz
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Haqlı olmaq mübarizəsi
Xəyalımızdakı gözəl evlər
Rəngarəng donlar
Təbrizin qədim ölçü vahidləri
Gözaltı torbalarını azaldan 5 ərzaq
Dənizə qərənfillər atıldı - Bulvarda neftçilər anıldı
"İsveçə gedə bilməsəm də..." Xəyalə Muradla müsahibə
Kremlə iyunadək vaxt verildi
Məşhur aktrisa ilk dəfə sevgilisi ilə-FOTO
Məşhur cütlüyün evində səslər yüksəlib
Dünyanın ən kiçik restoranı açılacaq
Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
Svarovski qaşlardan əşyalar
eBay-da satılan 9 bahalı məhsul
Namaz və onun qaydaları (4-cü hissə)
Qonaq otağı mebelləri
Daha az kalori üçün 12 təklif
Şahzadə Beatris 32 yaşını belə qeyd etdi
Şeyma Subaşı geyimlərini satır-FOTO
Günün ulduz falı
Hərəkət et, yaşa!
Bu xəbəri oxuyan uşağına onu verməz
Kalori saymadan arıqlamağın 10 yolu
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
İkimərtəbəli uşaq çarpayıları
Samsung xəstələrə kömək edəcək
- ŞƏRHLƏR