Keçirilən bir çox xəstəlik (sadəcə Alzheimer deyil) yaşlılarda yaddaş itkisinə səbəb ola bilər. Daha tez diaqnoz və müntəzəm qayğı yaddaş itkisinin qarşısını almaq üçün olduqca əhəmiyyətlidir.
Hər kəs bəzən bəzi şeyləri unudur. Avtomobilinizin açarını ya da yeni tanış olduğunuz birinin adını unutduğunuz tez-tez olur.
Yaddaş problemləri və düşünmə qabiliyyətində azalma böyük ölçüdə yaşa bağlıdır. Amma yaşa bağlı olaraq yaranan yaddaş itkisi ilə xəstəliklərin səbəb olduğu yaddaş itkiləri arasında fərq vardır. Bəzi yaddaş itkilərinə isə müalicə üsulları səbəb ola bilər.
Yaddaş İtkisi və Yaş
Yaşa bağlı yaddaş itkisi sağlam, dolu dolu keçən həyatınıza mane olmaz. Bu olduqca normaldır və hər insanda müşahidə olunan bir haldır. Yeni tanış olduğunuz bir adamın adını unudarsınız ancaq müəyyən bir müddət sonra xatırlayarsınız. Bəzən xatırlamaq üçün etməniz lazım olanları yazar, kiçik qeydlər alarsınız. Bu dəyişikliklərə əsasən nəzarət etmək olar. İctimai həyatınızı, iş qüvvənizi itirməyinizə səbəb olmur.
Yaddaş və Ağıl İtkisi
Ağıl itkisi; Yaddaş, qərar vermə qabiliyyəti, dil və digər oranlardakı bərpa olunmayan simptomların səbəb olduğu haldır. Ağıl itkisi yaşın irəliləməsi ilə başlayır və iş görmə qabiliyyəti, sosial münasibətlərdə problemlərə səbəb olur.
Yaddaş itkisi, ağıl itkisinin ilk və fərq edilən işarəsidir. Erkən dövrdə ortaya çıxan əlamətlər:
–Davamlı olaraq eyni sualı vermək
–Danışarkən tez-tez istifadə edilən sözləri unutmaq
–Sözləri qarışdırmaq (Məsələn; Yataq yerinə masa demək)
–Bənzər işləri daha uzun müddətdə tamamlamaq
–Əşyaları yanlış yerlərə qoymaq (Məsələn; Pul kisəsini mətbəx çəkməcəsinə qoymaq
–Yürüyüş edərkən və ya avtomobil sürərkən tanış yerlərdə yox olmaq
–Davranışlarda səbəbsiz yerə ani dəyişikliklər
Beyinə zərər verən xəstəliklər:
–Alzheimer (ən çox görülən ağıl itkisi xəstəliyi)
–Vaskulyar demans (multi-infarkt demans)
–Frontotemporal demans
–Lewy cismi demansı
Bu xəstəliklərin hamısı müxtəlif proseslərə sahibdir.Ancaq yaddaş itkisi hər zaman bu xəstəliklərin ilk əlaməti olmaya bilər.
Yüngül Ağıl Pozğunluğu
Yüngül ağıl pozğunluğu düşünmə qabiliyyətində qabarıq fərqlər yaradır. Amma bu insanların gündəlik həyatlarına zərər verəcək dərəcədə şiddətli deyil. Sosial həyatlarında fəsadlara səbəb olmaz. Tədqiqatçılar və mütəxəssislər bu məsələ üzərində işləməyə davam edirlər. Araşdırmalar nəticəsində isə bu vəziyyətin bir çox insanda Alzheimera və ağıl itkisinə yol açdığını qeyd edirlər. Bəzi insanlarda isə yaddaş itkisinin bir müddət davam etdiyi ancaq bütün simptomları göstərmədən narahatlığın başa çatdığı müşahidə olunur.
Müvəqqəti Yaddaş İtkisi Səbəbləri:
Bir çox tibbi problem yaddaş itkisi və ya digər demansa bənzər simptomlara səbəb ola bilər. Bu problemlərin çoxu uğurla müalicə edilə bilər və müvəqqəti yaddaş pozğunluğuna səbəb olan faktorlar üçün həkiminiz sizə yardımçı ola bilər.
Müvəqqəti yaddaş itkisinin mümkün səbəbləri aşağıdakılardır:
Dərmanlar: Tək bir dərman və ya müəyyən dərman kombinasiyaları unutqanlıq vəya qarışıqlığa səbəb ola bilər.
Yüngül baş tramvaları yada yaralanmalar:Yıxılmaq vəya hər hansı bir qəza nəticəsində beyndən alınan zərbələr, şüur itkisinə yol açmayan bir yaralanma belə yaddaş problemlərinə səbəb ola bilər.
Depressiya və ya digər ruh sağlamlığı qüsurları:Stress, həyəcan vəya depressiya, unutqanlıq, baş qarşıqlıqları, düşünmə çətinliyi və gündəlik fəaliyyətləri yerinə yetirə bilmə qabiliyyətini itirən digər bütün səbəblər yaddaş problemlərinə səbəb ola bilər.
–Alkoqolizm: Xroniki alkoqolizm zehni qabiliyyətlərdə ciddi zədələrə səbəb ola bilər. Həmçinin alkoqol dərmanlarla qarşılıqlı təsir edərək yaddaş itkisinə səbəb ola bilər.
–B12 Vitamin çatışmazlığı: B-12 vitamini sağlam sinir hüceyrələrinin və qırmızı qan hüceyrələrinin qorunmasına yardımçı olur. B-12 vitamini çatışmazlığı -yaşlılarda və yetişkinlərdə- yaygın yaddaş problemlərinə yol aça bilər.
–Hipotiroidizm: Yetərli fəaliyyət göstərməyən qalxanabənzər vəzi (hipotiroidizm), qida maddələrinin prosesdən keçmə müddətini uzadır və hüceyrələrin (metabolizm) enerji yaratma prosesini ləngidir.
–Hipotiroid, unutqanlıq və digər düşünmə problemlərinə səbəb ola bilər.
–Şişlər: Beyində olan şiş, yaddaş problemləri və ya digər demansa oxşar simptomlara səbəb ola bilər.
Fuad Nəzərov
XƏBƏR LENTİ
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Teymur Rəcəbov xanımı ilə
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü: 44 yeni yoluxma
Putin 14 generalını işdən qovdu
Torontoda daha bir sirli monolit aşkarlanıb
Selfie çəkdirənlər cərimə olunacaqlar
Mahatma Qandidən 10 müdrik həyat dərsi ( I hissə)
Naz Elmas ərə getdi-FOTO
Köhnə əşyaları dekorasiyada istifadə etmək
Dünya 14 il əvvəlki vəziyyətinə qayıtdı
Saçların tökülməsini azaldan ot dəmləmələri
8 dərəcə şaxta olacaq
Azərbaycana qış gəldi
Kamran Əliyevdən yeni TƏYİNATLAR
"Eurovision" təmsilçimiz kim olacaq?
Saç tökülməsinin müalicəsi
Bu məktəblərdə sentyabrın 1-dən dərslər başlayacaq
Qadın ayaqqabısına oxşar kilsə
Acundan koronavirusa görə Pərvizə jest - Video
7 yaşlı uşaq məscidə pul bağışladı
Günün ulduz falı
Baş infeksionist məktəb və universitetlərin bağlanması məsələsindən danışdı
Çində koronavirusa yoluxanların təxminən 46%-i artıq sağalıb
Ali məktəblərin vakant yerlərinə tələbə qəbulunun nəticələri bu gün açıqlanır
Sosial şəbəkə fenomeni köhnə şəkillə hər kəsi təəccübləndirdi - FOTO
Əqrəb bürcünün 5 əsas xüsusiyyəti
Yeni doğulan körpə ilə təmas
Kəlbəcəri tərk edən ermənilər - VİDEO
Milli Şurada "iç zəlzələ" yaşanır
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
Günün ulduz falı
Azərbaycan dünyanın tolerant ölkələri beşliyinə daxil olub
Pakistanda hərbi məktəbdə qırğın: 126 şagird və müəllim öldü
“Bəyin oğurlanması” filminin çəkildiyi məşhur kənddən VİDEOREPORTAJ
Dənizkənarı Bulvar İdarəsinin tabeliyindəki qurumlar təsdiq edildi
Uşaqlarda təmizlik tərbiyəsi
Başına döndüyüm toy adamları
Bağlanan bankın müştərilərinə ziyan dəyməyəcək
Dodaq boyası dişlərin rəngini ortaya çıxarır
Yapon rəssamın həşəratları
Keçmişdə yaşanan sevgi
Rusiyalı Veranın əl işləri
Azərbaycanın və Türkiyənin birinci xanımlarının görüşü olub
İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı
Qocalmayan qadınlar
Tarixin ən isti ili
Azərbaycanda internet bahalaşır?
Gündəlik göz makiyajı
Sabah da qar və yağış yağacaq
İş stressi ilə başa çıxmağın yolları















- ŞƏRHLƏR