Son zamanlar keçəllik hətta cavanlar arasında geniş yayılıb. Qadınlarla müqayisədə kişilər bu vəziyyətdən daha çox əziyyət çəkirlər desək, yanılmarıq. Çünki qadınlar zaman-zaman müxtəlif baxım və maskalar sayəsində məhv olan tük köklərini canlandıra bildikləri halda kişilərin bu üsuldan istifadə etməməsi saçların daha tez kövrəkləşməsinə və bir müddət sonra dazlaşmaya səbəb olar.
Maraqlı haldır ki, insanların əksəriyyəti keçəlliyi normal qəbul etdiyi halda, əkəriyyət, ümumiyyətlə, saçsız başı qəbul etmir və nə yolla olur olsun əvvəlki saçlarına sahib olmaq üçün çalışır.
30-40 il öncə saç tökülməsi, əsasən, orta yaşlı və qoca kişilərin problemi sayılırdısa, artıq keçəlləşməni özünə dərd edənlər arasında qadınlar və uşaqların da sayı sürətlə artmaqdadır. Ötən illərdə keçəlləşmənin dəqiq səbəbləri məlum deyildi. Sonralar alimlər belə bir fikir irəli sürdülər ki, saçların güclü tökülməsi kişi cinsi hormonlarının-androgenlərin miqdarının artması ilə əlaqədardır. Saçların tökülməsi orqanizmdə vitaminlərin çatışmaması, mədə-bağırsaq yolunun, ya da sinir sisteminin pozulması nəticəsində də baş verir. İngilis alimləri bu yaxınlarda apardıqları araşdırmadan sonra belə bir nəticəyə gəliblər ki, ekologiyası və havası çirkli, atmosferi zəhərli maddələr zəngin olan, kimyəvi maddələrin çox istehsal olunduğu yerlərdə yaşayanların dazlaşma riski daha böyükdür.
Bu gün bütün dünyada saç tökülməsinin qarşısı 3 formada alınır. Birinci üsul lasyon müalicəsidir ki, bu müalicədən ölkəmizdə istifadə olunmur. Daimi olaraq lasyona bağlı yaşamaq olduqca əziyyətli olduğundan bu üsul elə də diqqət mərkəzində deyil. İkinci üsul mezoterapiya və plazma liftinqdir ki, bu üsul ölkəmizdə də ən geniş yayılmış üsuldur. Qalıcılığı və xəstəyə daha az problem yaratmağı baxımından bu üsula müraciət edənlər də çoxdur. Üçüncü üsul isə saç əkimidir. Hansı ki, bu üsul olduqca əziyyətli və xəstə tərəfindən əzablı bir proses hesab olunur.
Mezoterapiya üzrə ixtisaslaşmış həkim Sura Əlişovanın sözlərinə görə, mezoterapiya və plazmaliftinq prosedurları hazırda ən çox tətbiq olunan üsullardır. Qiymət baxımından elə də ucuz olmayan bu üsulla müalicənin effekti isə 90% hallarda müsbət nəticələnir. Prosedurların sayı saçdakı tökülmə dərəcəsinə görə müəyyən olunur. Plazmaliftinq zamanı isə xəstənin öz qanından hazırlanan plazma saç dibinə yedizdirilir. "Saç əkilməsi isə ən əziyyətli, üstəlik, müsbət effekt verib-verməyəcəyini də əvvəldən bilinməyən bir üsuldur. Saç soğanaqları bir növ baş dərisinə əkilir və tutan soğanaqlar saç olaraq uzanmağa davam edir".
Bu gün dünyanın müxtəlif ölkələrində saçların bərpası üçün əkmə və cərrahiyyə müdaxilə üsulundan istifadə olunmaqdadır. Bu zaman keçəlləşmə yerinə 2-3 tük follikulu yerləşmiş dəri sahəciyi transplantasiya olunur. Transplantasiya üçün yalnız pasiyentin öz tükləri istifadə olunmalıdır. Bu əməliyyat zərgər dəqiqliyi tələb edir. Doğrudur, bu üsullarla sıx, gur saça nail olmaq mümkün deyil, amma başın keçəlləşmiş hissəsi seyrək tüklərlə örtülür. Cərrahi metod olduqca bahalı prosedurdur. Əkilən saçlar 3 ay sonra çıxır. Həmsöhbətimiz bildirir ki, bu cür əkilən saçların sonradan tökülmə riski də var: "Saç soğanaqları və dəri xəstənin öz başından olsa belə, saçın tutmama riski də mövcuddur. Bu zaman müəyyən müddətdən sonra ikinci və üçüncü dəfə əkim edilir. Elə orqanizm var ki, o, ümumiyyətlə, bu üsulu qəbul etmir və dəfələrlə əkim olsa belə, tüklər tökülür. Eyni zamanda saç əkimi ciddi sağlamlıq müayinəsi tələb edir. Xəstəliyi olan insanlarda yaranın sağalması gec olur. İnfeksiya riski yüksəkdir. Saç əkilən insanlarda qan xəstəliyi olmamalı, qanın laxtalanması normada olmalıdır. Çünki qanama çox ola bilər. Əlbəttə, ciddi ürək problemi, infarkt keçirmiş insanlarda da bu cür əməliyyat etdirmək olmaz".
XƏBƏR LENTİ
ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır
HAVA necə olacaq?
Daha gənc və parlaq dəriyə sahib olmaq üçün...
Beş gün iş olmayacaq!-SƏBƏB
Uşağın terapiyaya getməli olduğunu göstərən hallar
Dazlaşma problemi olanlar, çarə tapıldı
Azərbaycanda ən çox talassemiya xəstəliyi olan rayonlar
Kim? Harada? Necə?(3)
HƏR KƏSƏ BİTMƏYƏN SEVGİ ARZULAYIRAM
Günün qoroskopu:Qətiyyətli olun!
İlklər
Doğulacaq körpələrinin cinsi məlum oldu
Havada olan zəhərli maddələr
Rəssam həbsxanada qalanda - FOTO
Məşhurların istifadə etdiyi topuz modelləri
Ermənistanda təkcə maaşla yaşamaq mümkün deyil
Qurban Bayramı üçün xüsusi kombinlər
Neft ucuzlaşır
Putindən Qarabağ razılaşması ilə bağlı AÇIQLAMA
Demi Rouz Meksika tətilindən FOTOlar paylaşdı
Koronavirus səbəbi ilə Rusiyada məktəblərin qarşısında uzun növbələr yarandı - VİDEO
Fiyonklu gəlinliklər 2012
Defne Samyeli çimərlik şəkli ilə gündəmdədir
Bu gün Milli Dirçəliş Günüdür!
Sabahın HAVAsı
Bakı fəlakətə yaxınlaşır
Koronavirusla bağlı SON STATİSTİKA
Azərbaycanda qaçqın və siyasi sığınacaq alan şəxslərin işləməsi asanlaşdı
Moskva və Bakı yeni yola çıxır
Rusiyanın xalq artistləri Bakıya gəlir
Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
"Ən yaxşı salat" müsabiqəsi! - Qalib SEÇİLDİ!
Sulu, şokoladlı keks
Onlayn alış-veriş edənlər, təhlükəyə diqqət
Yeni turbo mühərrikli Jaguar F-Type
Soyuducular əti zərərli edir
Şəki işıqsız qalıb
Mənasız dizayn nümunələri
Şeymadan yeni FOTO
Gün şüalarının qadınlar üçün ZİYANLARI
Balıq qadağası başladı!
Milli Məclisə qanunsuz daxil olan şəxslərlə bağlı QƏRAR
Məşhur cütlük evləndi
Gürcüstanın ilk qadın prezidenti and içdi
Yeni dərs ilində uşaqlarınızı onurğa əyriliklərindən necə qorumalı?
Çində koronavirusa yoluxanların sayında yenə artım var
Stiv Cobsun ölümqabağı məktubu
Rəqəmlər (5)
Qadın.Netlə birlikdə hamiləlik (36-cı həftə)
Qeyri-sağlam vərdişlər
- ŞƏRHLƏR