Ətrafımızdakı insanları müşahidə etsək, bəzilərinin arzularının yerinə yetməsini, bəzilərinkinin isə arzu olaraq qalmasını və bir müddət sonra unudulmasının şahidi olarıq. Arzuları çin olanlara çox vaxt "bəxti gətirir" deyir, o biri qrup insanları isə "uğursuz" adlandırırıq. Mütəxəssislərin fikrincə, bunun sirri fikirlərimizin bizi necə idarə etməsindədir. Arzuya, məqsədə çatmaq üçün ən əsası, bir gün bunun gerçək olacağına inanmaqdır.
Psixoloq Ruhanə Rzayevanın sözərinə görə, elə insanlar var ki, qarşısına dəqiq məqsədlər qoyur və onlara çatmaq üçün can atır. Elələri də var ki, bir gün bir şeyi, ertəsi gün ayrı şeyləri arzulayır. "Onun arzulamağı davamlı xarakter daşımır. Bu səbəbdən həyat tərzi hansısa bir səmtə istiqamətlənmədiyi üçün belə adamlar təsadüflərə söykənərək yaşayır. Yəni arzusu hadisələrin axarından asılı olaraq ola da bilər, olmaya da. Bütün gücünü arzularına həsr edənlərdə isə məqsədinə çatmaq ehtimalı daha çoxdur. Ona görə ki, həyatının hər bir sahəsini o, arzularına doğru istiqamətəndirir. Şansı əldən vermir".
R.Rzayeva bildirib ki, inanmaq insanı ruhdan düşməyə qoymur: "Düzdür, elə utopik arzular olur ki, yerinə yetməyə bilər. Amma nə qədər çox arzulasaq, arzuların yerinə yetmə ehtimalı bir o qədər çoxalır" deyən həmsöhbətimizə görə, elə də olur ki, arzular həqiqətən də yerinə yetir, amma insan buna psixoloji hazır olmadığı üçün əldə etdiyinin qədrini bilmir, özünü xoşbəxt hiss etmək əvəzinə məyus və sanki həyatdan tam "doymuş" hiss edir. Bu cür hisslər əldə etiklərinin itirilməsi və ya mənasızlaşması ilə də nəticələnir. Bu səbəbdən də, arzuların yerinə yetirilməsi texnikasına əməl etmək, əsas qızıl qaydaları pozmamaq tələb olunur: "Birinci qayda - nəyi istədiyini dəqiq anlamaqdır. Özünə sual ver: "Mən əslində nə istəyirəm?" Çox vaxt bizə lazım olmayan şeyləri arzulayır, gücümüzü gərəksiz olan şeylərə sərf edirik. Məsələn, qonşum aldığı mebeldən almalıyam, dostumun maşınından məndə də olmalıdır və s. Bu cür, heç içimizdən gəlməyən istəkləri sonsuza qədər saymaq olar".
İkinci qayda arzunun imkanlarınıza yaxın olmasıdır. Belə ki, heç bacarmadığınız və meyliniz olmayan sahədə uğur qazanmaq və başqa ağlasığmaz müxtəlif arzular xəyal qırıqlığına sala bilər.
3-cü qayda arzuların vizuallaşdırılmasıdır. Arzunu bir-iki dəfə xəyalda canlandırıb sonra unutmaq effekt verməyəcək. Arzunuz unudulmamalıdır. Hər gün özünüzə arzunuzun necə reallaşacığını təsəvvür edin. Gün olacaq ki, o, arzu həyatınızın bir hissəsinə çevriləcək. Ona görə əziyyət çəkməyə məcbur qalacaqsınız. Texnikaya görə, arzunu davamlı 2-3 ay vizuallaşdırmaq lazımdır. Bu müdət keçəndən sonra arzunu unutsanız belə, o, yerinə yetə bilər. Ən əsası düzgün vizuallaşdırmağı bacarmaqdır. Heç olmasa 10 dəqiqəlik də olsa, amma hər gün etmək şərtilə arzunu vizuallaşdırın. Bunu etməklə arzunu həqiqətən istəyib-istəmədiyinizi, bunun sizin üçün xeyirli olub-olmayacağını anlayacaqsız.
Müsahibimiz məsləhət görür ki, arzuları vizuallaşdırdıqca həqiqətən də yerinə yetdiyini hiss edib sevinin. Özünüzü xoşbəxt hiss edin.
Vizuallaşdırma insanı yeni mühitə, həyat tərzinə hazırlayır. Xüsusilə də, böyük arzular yerinə yetəndə insanın həyatı dəyişir. Məsələn, uşaq dünyaya gələndə, arzuladığın işə düzələndə. Vizuallaşdırma insanı rahat, durğun vəziyyətindən çıxarır və hərəkət etməyə sövq edir. Bu üsul həm də insanda maraq və istək oyadır, insanı həyacanlandırır. Amma arzunu gerçəkləşdirmək üçün fəaliyyətə keçməsəniz, onun gerçəkləşmə ehtimalı azalır. Hərəkət etmək - bu, dördüncü qaydadır. Texnikaya görə, tələsmək lazım deyil, səbirlə hərəkət etmək və arzunun yerinə yetəcəyinə əmin olmaq lazımdır. Hərəkət etmək arzuya çatmağın son pilləsidir. Ən həyacanlı, çətin və xoşbəxt edən son pilləsi. Amma bu mərhələ, mütləq vizuallaşdırma mərhələsindən sonra olmalıdır.
Vizuallaşdırmadan sonra ehtiyatla, ölçüb-biçərək arzunu gerçəkləşdirməyə başlayın. Arzuları gerçəkəşdirərkən hər şeyi birdən etməyə çalışmayın. Arzularınıza pillə-pillə yaxınlaşın. Əvvəlcə o qədər də böyük olmayan arzulardan başlaya bilərsiniz. Qarşınıza çıxan əhəmiyyətsiz imkanlardan, təkliflərdən imtina etməyin. Bir addım deyil, hətta yarım addımlarla addımlayın. Günbəgün ən böyük arzunuza daha çox yaxınlaşdığınızı hiss edəcəksiz. Bir müddət keçəndən sonra buna fikir vermədən belə ən böyük arzularınıza çatacaqsınız.
Psixoloq əlavə edib ki, bu qaydalara və texnikaya əməl etdikdən sonra arzularınızın daha tez-tez gerçəkləşəcəyinə fikir verəcəksiniz: "Yadda saxlayın ki, ruhdan düşmək, ümidsizliyə qapılmaq, həyatdan küsmək özünüzə qarşı olan üsyandır və arzuların gerçəkləşmə anının uzaqlaşdırır".
XƏBƏR LENTİ
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı - YENİLƏNİB
Ermənilər ATƏT-i saymadılar: atəş açıldı
Ana bətnində mübarizə
Qəbul imtahanının nəticələri açıqlanıb
Yunanıstanda 6,7 ballıq zəlzələ
Kök tortu (foto resept)
Kipr şirniyyatı (foto-resept)
Bahar hamiləliyinə diqqət!
Manatın məzənnəsi
Burak Özçivit Yeni İmicdə - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-22 noyabr
Səslərə qarşı həssaslıq (misfonya) və müalicəsi
HP yeni noutbukunu göstərdi
Hippi stilli saç modeli necə hazırlanır?
Sızanaqlı qız üzünü belə bəzədi
Mehmet Ali Erbilin halı yenidən pisləşdi
Naomi Kempbelldən GÖZLƏNİLMƏZ FOTO
Qarderobdakı 10 əşya sizi cazibədar göstərəcək!
Müdafiə Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT
Dəri ləkələrini necə aradan qaldırmaq olar?
Prezident İlham Əliyev Vilnüsdə Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitində iştirak edib
10 dəqiqəyə pas ləkəsindən xilas olun
Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi
Azərbaycanda Novruz tətilinin vaxtı dəyişdirildi - Baş Nazirdən MÜHÜM QƏRAR
Həftə sonunun HAVAsı
İkinci uşağa sahib olmağı düşünürsünüzsə, bunları nəzərə alın!
Görənləri heyrətə salan dodaq makiyajı
Bergüzar Korelin yeni imici hər kəsi təəccübləndirdi - FOTO
Gözləriniz nə deyir?
Bitkilərə həşərat geni köçürüləcək - TƏHLÜKƏLİ kəşf
Radara düşən sürücülərin nəzərinə
Tıxacda böyüyən uşaqlar
Tarix yazan hərbçilərimizin Şuşada qartopu əyləncəsi - VİDEO
Toydan əvvəl 500 minlik yaxtada parti etdi-FOTO
Sinan Akçıl və Emrah qalmaqalı böyüyür
Onların dünyasında qadın
10 saniyə ərzində qamətinizi düzəltməyin yolları
Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ
“Çarpışma”ya sərt reaksiya: “Həqiqətən axmaqsınız”
Kibritdən hazırlanan əşyalar
"Kurtlar Vadisi" ekranlara qayıdır
Balıq salatı (foto-resept)
Bank açıqladı, dollar bahalaşdı
Coğrafiya elminin yaranması və inkişafı
Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə TRİM-in Gəncə filialında mini futbol üzrə mübarizəyə start verilib
İranda Heydər Əliyevin ruhuna ehsan verildi
Salvador Dalinin məşhur rəsmi
Paytaxt avtobuslarında yeni sistem
Damarları məhv edən qidaların adları açıqlandı
Azərbaycan güləşçiləri üçün yenilik
- ŞƏRHLƏR