"Yemək və beyin" bestselleri dünyanın otuz dilinə tərcümə edilən məşhur dietoloq Devid Perlmutter düzgün qidalanmanı təbliğ edən mütəxəssis kimi tanınır.
Qadin.Net publika.az-a istinadən məşhur dietoloqun uzun ömürlülüyün sirləri haqqında Rusiya mətbuatına verdiyi müsahibəni təqdim edir.
- Alzheymer xəstəliyinin səbəbləri kimi qidalanma göstərilir. Bu yanaşma nə dərəcədə doğrudur?
- İrəliləyən xəstəlik haqqında ilk dəfə XX əsrin əvvələrində danışmağa başladılar. Yeri gəlmişkən bu, qəfil otrtaya çıxan genetik mutasiya, genlərimizin və ya DNT-nin dəyişməsi deyil. Beyin fəaliyyətinə təsir edən bir çox xarici faktorlar var.
- Məsələn, qida kimi?
- Bəli, qida çox vacib rol oynayır. Eyni zamanda hərəkətsiz həyat tərzi. Bu iki amil nə Amerikada, nə də Rusiyada, nə də dünyada heç bir dərmanı olmayan xəstəliyin inkişafında həlledici rol oynayır. Əksəriyyətimiz o ümidlə yaşayırıq ki, hər istədiyimiz yemək, istədiyimiz kimi yaşamaq və yaranmış sağlamlıq problemini sehrli bir həb ilə həll etmək olar. Amma alzheymer xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər haqqında düşünməyə dəyər. Xəstələrin təxminən 5 faizinə bu xəstəlik genetik ötürülüb, qalan 95 faizinə qeyri-sağlam qidalanma, yuxusuzluq, stress və hərəkətsiz həyat tərzi kimi faktorlar təsir edib.
- Profilaktika dedikdə qlütensiz qidalar nəzərdə tutulur?
- Mütləq deyil, amma bu, xüsusi hallarda aktualdır, məsələn, diqqət pozğunluğu və ya autizm kimi hallarda. Alzheymerə gəldikdə burada əsas rolu karbohidratlar və şəkər oynayır, onlar beyinə daha çox zərər verir. Odur ki, seçim sizindir. İş ondadır ki, insanlar həyatı boyu elə düşünüb ki, onların sağlamlığını yaxşılaşdırmaq həkimlərin vəzifəsidir. Halbuki, taleyimizi özümüz yazırıq və bizə özümüzdən daha yaxşı heç bir həkim kömək edə bilməz.
- Kitablar və sağlam qidalanma proqramları həddən artıq çoxdur. Bu müxtəliflikdə doğru yolu necə təyin etməli?
- İlk növbədə seçilmiş sxem elmi əsaslara söykənməlidir. Tədqiqatlar aydın şəkildə göstərir ki, şəkərin qanda artması beyni məhvə aparır. Deməli, sağlam qidalanmaya rasiondan şəkəri və karbohidratları azaltmaqla başlamaq lazımdır. Uzun illər elə hesab olunurdu ki, arıqlamaq və orqanizmi dəstəkləmək üçün yağları məhdudlaşdırmaq lazımdır. Lakin bu, elmi cəhətdən öz təsdiqini tapmayıb. Elmi araşdırmalarda o da sübut olunub ki, karbohidratlar diabet və xərçəng riskini artırmaqla orqanizmə zərər verir,
- Bu gün hər kəs qlütensiz məhsullara üstünlük verir. Bu, doğru yoldur?
- Yox, iş ondadır ki, qlüten tərkibli məhsullar nəticəsində meydana gələn həzm pozulması, yəni seliakiya - kifayət qədər nadir avtoimmun xəstəlikdir. Dünya əhalisinin təxminən 1,4% bu xəstəliyə meyillidir. Fikir vermisinizsə, indi bazarda qlütensiz çox sayda məhsul var, bütovlükdə onlardan çəkinmək lazımdır. Çünki qlütensiz tortlar, çörək və digər şirniyyatların tərkibinə şəkər və karbohidratlar daxildir, odur ki, marketinqə inanmayın. Zərərli olaraq qalmağa davam edən məhsullarda fövqəltəbii heç nə yoxdur. Yeməli olduğumuz məhsullar tərəvəzlərdir, onlarda karbohidratlar və şəkər aşağı səviyyədədir, qlüten isə daxil deyil. Mağazadan təzə tərəvəzləri və ekoloji təmiz mal əti seçməyi məsləhət görürəm.
Başlıcası, hazır məhsullardan qaçın və mümkün olduqda təbii şəkildə yetişdirilən məhsullar seçin. Bütün hallarda karbohidratları və şəkəri azaltmaq, bağırsaq bakteriyası üçün çox vacib olan lifli qidalara üstünlük vermək lazımdır.
- Vitaminlər haqqında nə düşünürsünüz?
- Ekologiya çox pisdir, odur ki, əlavələr lazımdır. Məsələn, dəri D vitaminini ancaq günəş şüalarına məruz qaldığı zaman ifraz edir. Lakin paltar geyindiyimiz üçün kifayət qədər D vitamini qəbul edə bilmirik. Onun azlığı qlobal problemlərə gətirib çıxara bilər: o, beyin üçün vacibdir, çünki bədəndə 930-dan çox reseptoru aktivləşdirir. Bu, çox vacib əlavənin bir nümunəsidir. Həm də çox faydalı balıq yağı, maqnezium, B qrupunun vitaminləri. Məsələn, onları hər gün qəbul edirəm.
- Ətdən imtinaya sizin yanaşmanız necədir?
- Kitabım dünyanın 30 dilinə tərcümə edilib, oxucuların çoxu məni "Yaşıl beyinli həkim" adlandırır. Burada həqiqət payı var. Təsəvvür edə biləcəyiniz ən yaxşı ərzaqlar rəngli tərəvəzlərdir. Əlavə yağlar haqqında danışsaq, zeytun və kokos yağı. Saydığım menyu vegetarianlıqdır, elə deyilmi? Əgər ət yeməyə qərar vermisinizsə, bilmək vacibdir ki, bu, sağlamlığa zərərli ola bilər. Supermarketlərdə satılan məhsullar aqro-sənaye təsərrüfatlarında istehsal olunur, onlar adətən pestisidlər, antibiotiklər və hormonlarla yetişdirilmiş heyvanların ətləridir.
Tədqiqatlar göstərir ki, belə ət yeyən insanların xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərə tutulmaq riski 100 faizdir. Bununla belə heyvan proteini yeyirəmmi? Bəli, amma az, bütövlükdə vəhşi balıq, hərdən təbii şəraitdə yetişdirilən mal əti və toyuq. Hesab edirəm ki, ərzaq mağazalarında satılan ətlərdən imtina etməyə dəyər.
- Restorana gələndə nə sifariş verirsiniz?
- Adi insanam, amma çox səyahət edirəm, odur ki, nə qədər qəribə səslənsə də, adətən özümlə yemək aparıram. Restorana gələndə salat, kürü və vəhşi ... filesi sifariş verirəm.
- Şərab haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə içməmək də, 3-4 qədəh də pis ideyadır. Kişilər üçün qızıl orta - gündə 2 qədəhdir. Qadınlara gündə bir qədəh kifayətdir. Ofisantlar həmişə birinci çörəyi gətirir, mən isə bir qayda olaraq ondan imtina edirəm. Müəssisənin seçilməsinə diqqətli yanaşmaq əhəmiyyətlidir, fəstfudlardan çəkinin. Təbii məhsullardan hazırlanmış restoranlara üz tutun.
- Bu gün ən inkişaf etmiş pəhriz hansıdır?
- Mən yenə elmi əsaslara söykənən pəhrizlərə yönəlməyi təklif edirəm. Son aparılan araşdırmalar göstərir ki, bədənin sağlamlığı üçün bizə çox sellüloza və bütün faydaları yağlar lazımdır. Bununla belə bütün yağların faydalı olduğunu demirəm. İnsanların böyük əksəriyyəti günəbaxan və ya bitki yağları, istifadə tarixi uzunmüddətli olan məhsullar istifadə edir, onlar insan bədəni və beyni üçün çox zərərlidir.
Ən faydalı yağlar qozda, küncütdə və zeytun yağındadır, ən yaxşısı isə orqanikdir. Araşdırmalar bir daha göstərir ki, zeytun yağı və ya qozun daxil olduğu Aralıq dənizi qidalanması insanlarda bir çox xəstəliklərin, məsələn, süd xərçənginin yaranma riskini 40 faiz azaldır. Bu qidalanma ancaq təbii şəraitdə yetişridilən heyvanların ətini yeməyə icazə verir. Halbuki, meynu ümumilikdə tərəvəzlərdən ibarətdir. Yeməyin əsas hissəsi tərəvəzlərdən ibarət olmalıdır. Ət əsas yemək sayılmır, onun porsiyası məhdud olmalıdır.
- Bəs xolesterin necə olmalıdır?
- Birincisi, qanda olan xolesterin və qida ilə istehlak edilən xolesterin miqdarı arasında çox kiçik bir əlaqə var. Bir zamanlar Amerikada yumurtadan, demək olar ki, imtina edilmişdi, halbuki, bu ərzaq zülal, yağ və xolesterinin əla mənbəyidir. Beynin xolesterinə ehtiyacı var, o, hüceyrə membranlarının, hətta antioksidantın strukturu üçün də çox vacibdir və ən faydalı yağlardan biridir. Bədən günəş işığının təsiriylə D vitamini ifrazı üçün üçün xolesterin istifadə edir, o, estrogen, progesteron, testosteron və kortizon hormonları istehsalı üçün də lazımdır.
"Xolesterin sizin düşməninizdir" demək qətiyyən doğru deyil. Bədəndə xolesterini aşağı salmaq üçün aparılan mübarizə dərman istehsal edən insanlar tərəfindən süni şəkildə başlanmışdı. İndi Amerikada başa düşürlər ki, yumurta zərərli və artıq yolverilməz qidalar siyahısına daxil deyil. Belə ki, xolesterin problemi bir mifdir.
- Belə nümunələr verə bilərsinizmi?
- Az yağlı pəhriz bir mifdir. Daha kompleksli karbohidratlar, taxıllar, çörəklər yemək - bir mifdir. Amerikada bir neçə il bundan əvvələ qədər populyar olan "qida piramidası" var idi. Onun bazasında taxıl və çörək, makaron və digər dənli bitkilər daxil idi. Bu, pəhrizin əsasını təşkil etməli idi. Piramidanın üstündə çox da böyük olmayan zeytun yağı şüşəsi var idi. Bu gün biz bu piramidanın başını aşağı çeviririk. Pəhrizin əsas hissəsi - sağlam yağlar və sellülova təşkil etməlidir, buna görə tərəvəz çox yemək lazımdır. Və karbohidratlardan qaçmalısınız.
Bu zaman "Restoranda hansı deserti sifariş verə bilərik" sualı ortaya çıxır. Məsələn, kiçik bir dilim çizkeyk və meyvə. Özünü böyük bir tort dilimi ilə mükafatlandırmağa dəyməz, bu, böyük miqdarda şəkərin qana yayılmasına və bununla da bir çox xəstəliklərin inkişafına yol açır. Uzunmüddətli yola başlamaq istəyirsinizsə, qanda şəkərin səviyyəsini izləmək lazımdır.
- Klassik tibb haqqında nə düşünürsünüz?
- Ümumilikdə ən müasir tibb reaktivdir. Məsələn, bir xəstənin yüksək qan təzyiqi varsa, həkim dərman təyin edir: 10 dəqiqə və qəbul başa çatır. Qanda şəkərin miqdarı artıb? Yenə də bir resept. Ancaq xəstəliklərin qarşısının alınması üçün profilaktikanın mənasını anlamaq çox vacibdir. Con Kennedi bir dəfə demişdi ki, damı günəş çıxanda təmir etməliyik. Bu baxımdan hesab edirəm ki, xəbərdarlıq etmək, xəstəliyi müalicə etməkdən daha əhəmiyyətlidir. Şəkərli diabet və ya xərçəng diaqnozu qoyulmuşlar üçün Amerikada bir çox müxtəlif sağlamlıq proqramları var. Amma niyə də xəstəliyin inkişafının qarşısı alınmasın?
- Ofis rejimində çalışan, daimi yorğunluqdan və apatiyadan əziyyət çəkən insanlara nə məsləhət görərsiniz?
- Ofis kreslosunu yığışdırmağı. Amerikada, ofislərdə işçilərin ayaqüstə işlədiyini görmək daha da mümkündür. Məqsədimiz yetərincə hərəkət etməkdir. Bu, beynin canlılığına birbaşa təsir edir. Bədənimizdə beyin hüceyrələrinin böyüməsi üçün neyrotrofik bir faktor var. Bu hormon ifrazının stimullaşdırılması fiziki fəaliyyət zamanı baş verir. Araşdırmalar göstərir ki, bədəndə bu maddənin səviyyəsi yüksəkdirsə, beyin funksiyasının aşağı düşüməsi riski də azalır.
Birincisi, iş yerinizdə mümkün qədər tez-tez hərəkət etməlisiniz, heç olmasa iki dəqiqəlik fasilələrə çəkilin, qalxın, dəhlizdə gəzin.
İkincisi, təbii işıq yaradın: əksər hallarda onun çatışmazlığı bədəndə D vitamini azlığına gətirib çıxarır.
Gün ərzində biz işıq diodu və enerji qoruyuculardan böyük miqdarda "mavi işıq" adlandırılan şüa qəbul edirik. Gündüzlər bu, qorxulu deyil, amma gecələr yuxuya pis təsir edir.
Üçüncüsü, iş yerində sağlam qidalanmağa çalışın. İşəgötürənlər insanların fasilə vermədən işləməsini istəyir, odur ki, ofislərdə işçilər hazır yeməklərə üz tutur. Ancaq onlarda faydalı bir şey tapmaq mümkün deyil, bu səbəbdən də yemək gətirmək daha yaxşıdır.
XƏBƏR LENTİ
Beren Saat "Quruluş Osman"a görə üsyan etdi
Qoz qabığının möcüzəvi xüsusiyyəti
Bu gün Beynəlxalq Sülh Günüdür
Koronavirus pandemiyasının bitəcəyi tarix açıqlandı
2013-cü ilin dəbli gəlinlikləri
Obama məscidə gedir
Olimpiyaçıların gülməli simaları
Suqovuşanı işğaldan azad edən komandandan ilk AÇIQLAMA - VİDEO
Bakıda bu işçilərin maaşları artıb
Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq
Bakıda yağış yağacaq
Niyə hündürdaban ayaqqabı seçirik?
Çimərlik geyimləri
Azərbaycanın orta məktəblərində yay tətili azaldılacaq
“Cəsur döyüşçü” medalının kimlərə veriləcəyi müəyyənləşdi
Gələcəyin evləri belə olacaq
Uşağınızdan sizə məktub!
Günün ulduz falı
Kraliça şahzadənin qərarından narazıdır
Aktyor çəkiliş meydanında faciəli şəkildə öldü
Türkiyə Suriyanı vurdu
İstanbulda Şuşa sevinci - VİDEO
Yaponiyada inanılmaz yenilik - "Bax və ödə"
Bakıda "Baku World Challenge 2014" cəlbedici finalı start götürdü
“Qarabağ”da şok itki
Azərbaycanın bu şəhəri koronavirusa görə qırmızı zonadır? - AÇIQLAMA
Dekabrın ilk günündə QAR YAДћACAQ - Sabahın HAVAsı
İstilərə hazır olun
"Wi-Fi"yın sürətini artırmaq üçün bunları edin
Akademik Milli Dram Teatrının kollektivi Səyavuş Aslanın məzarını ziyarət edib
Restoranlarda bu qidalardan uzaq durun! - XƏBƏRDARLIQ
Taksi sürücülərinin nəzərinə!
Erməni silahı susmur
Yaponların dəriyə qulluq qaydaları
Gülnar Salmanova vəfat etdi
Xeyirli içkilər
Məşhurlar gözəl qalmağı necə bacarırlar? (2)
Yaponiyada sonuncu nüvə reaktorunun fəaliyyəti dayandırılır
Urmiyadan SOS: göl 2 il ərzində yox ola bilər
Kəs və yapışdır-10
Erməni silahı susmur
Beyons və əri dünyanın ən kasıb rayonunda - FOTO
"Bloomberg" saytı gündən-günə müasirləşən Bakıdan yazır
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
İspaniyada koronavirusa görə qadağalar davam edir: Əhali ayağa qalxdı
Azərbaycanlı ssenarist Amerikada İLKƏ imza atacaq
Qarabağ problemi - RUSİYA QARANT OLACAQ
"Qabusnamədən dəyərli sözlər" I hissə
Damla şokoladlı paxlava (foto resept)
İçi doldurulmuş kartof (foto resept)
- ŞƏRHLƏR