Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar bəsit bir qan testi ilə xərçəng xəstəliyinin son dərəcə doğru diaqnozunu qoya biləcəyini ortaya çıxarıb.
Xərçəng hüceyrələrinin DNT parçaları üçün qan yoxlanışınıı ehtiva edən texnologiya “Maye Biobsiya” olaraq da adlandırılır. Nəticələr bizi xərçəngin diaqnozu zamanı yeni və daha doğru uğurlar əldə etməyə yaxınlaşdırır.
Hazırda tibbdə xərçəng diaqnozu qoymaq üçün ən yaxşı üsul laboratoriya analizi üçün xərçəng hüceyrələrindən bir qisminin kəsilib üzərində test aparılmasıdır. Ancaq biopsiya ağrılı olur və xərçəng hüceyrələrinin daha da yayılmasına səbəb verir. Əlavə olaraq, nələrisə kəsmək üçün həmin şişin mövcud olması lazımdır ki, bu da artıq xərçəngin mövcud olması deməkdir.
Buna görə elm adamları daha erkən diaqnoz qoymaq ümidi ilə hər hansı bir cərrahi əməliyyata ehtiyac duymadan da eyni nəticələri verə bilən bir qan testi üzərində işləyiblər. Hüceyrələr tərəfindən qan dövranına daxil edilən DNT parçalarına diqqət yetirdikdə qan ilə xərçəngi tapmaq mümkündür. Buna qan dövranındakı xərçəng DNT-si deyilir.
Son illərdə elm adamları xərçəng diaqnozu qoyulan xəstələrdən alınan nümunələrdən istifadə edərək qan dövranındakı xərçəng DNT-lərini təyin etməyin ən yaxşı yolu üzərində işləyiblər.
Amerika Onkologiya Klinikası Təşkilatının (ASCO) 2017-ci ill yekun toplantısında təqdim edilən ən son layihədə mütəxəssislərin qan dövranındakı xərçəng DNT-lərini araşdırdıqdan sonra əldə etdikləri nəticələr paylaşılıb.
“Memorial Sloan Kettering” mərkəzinin lider araşdırmaçılarından olan Pədram Rəvazi də yeni tapılan üsulun doğru məlumatlar verə biləcəyini təsdiq edib. Komanda layihədə metastatik döş xərçəngi, ağ ciyər xərçəngi və inkişaf etmiş prostat xərçəngi olan 124 xəstədən götürülən qan və toxuma örnəklərindən istifadə edib. Əldə edilən nümunələri 508 fərqli gen mutasiyalarına görə araşdırıb, genlərin bəlli bölgələrini 60 000 dəfə analiz edərək dəyərləndiriblər. Mütəxəssislərə görə, bu üsul digər üsullardan 100 qat daha çox bilgi verir.
Üsulun gerçəkdən də qanda olan xərçəngi üzə çıxarıb-çıxarmayacağını görmək üçün həkimlər əldə olunan nəticələri xəstələrin özünə məxsus olan ağ qan hüceyrələrindən götürülən genetik maddə və toxuma nümunələri ilə qarşılaşdırıblar.
Rəvazi mərhələ haqqında bu sözləri deyib: “Hüceyrəsiz DNT-lər və ağ qan hüceyrələri DNT-ləri ilə apardığımız analizlər xərçəng DNT-sini təyin etməkdə daha çox həssaslıq təmin edir. Bu yanaşma da nadir xərçəng DNT-lərinin parçalarını tapmağımıza yardımçı olur”.
Daha həssas DNT testlərinə sahib olmağın böyük bir faydası da xərçəngi biopsiya ilə təyin etməzdən illər əvvəl bütün vücuda yayılacaq zamanı olmadan təsbit edə bilməkdir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Sizi sevdiyini göstərən xüsusiyyətlər
Leysan, dolu yağacaq: çaylarda sululuq da artacaq - XƏBƏRDARLIQ
Keratinin faydaları və zərərləri
Hərbi çağırış yaşı artırılır
Ankarada "Xocalı şəhidləri" abidəsinin açılışı olub
132 uşağı onlar öldürdülər
Ümidləri puç olan müştərilər
İlk peşəsi müəllim olan məşhurlar
Azərbaycanda ilk
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Ayaqqabını necə seçməli
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Vampirlik edən cütlük
Pazllar ("Frozen")
Ənliklərdən ənlik bəyənə bilmirsinizsə
İlham Əliyev xəbərdarlıq etdi, ucuzlaşma başladı
Yaylıqların fərqli bağlanışı
ETİRAFLAR - "Maşın sürən qadınların dərdi"
9 hərəkətlə arıqla!
Azad Söz (10-cu hissə) SON
Türkiyədə daha 16 nəfər koronavirusdan ölüb
Madonna “Eurovision”da çıxışa görə 1,5 milyon alacaq
Gözəl sırğa modelləri
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Xocavəndin işğaldan azad olunan kəndlərinin görüntüləri - VİDEO
Nəvəsini döyüşməyə ruhlandıran nənə - VİDEO
Sürücülük vəsiqələri dəyişdirilə bilər - Texniki qüsur
Nazirlik hərəkətə keçdi
Günün ulduz falı
Suriyaya qarşı sanksiyaların müddəti uzandı
Dünyanın ən güclü pasportları
Rusiya dünyanı QİÇS-dən xilas edə bilər
Şuşanın dağları düşmənlə dolu
Dünyada ən çox onun ayaqqabısı var
Demet əri ilə barışdı
Azərbaycanda kolleclərə qəbul imtahanı keçirilir
Azərbaycanda qışda "yaz havası" olacaq
Ancelina Colinin qızı cinsiyyətini dəyişdirir
Həbsxanaya dezodorantın içində narkotik keçirmək istədilər
Sabahın HAVAsı
Muradla bağlı sual Aslını əsəbiləşdirdi - FOTO
İnternet fenomeni hər kəsi qorxutdu-FOTO
Hava haqqında - 26.08.2013
Ölkələrə görə insanlar
Katsudzo Nişinin 6 qaydası - 3
İnfeksiya xəstəliklərinə faydalı bitki çayları
Məşhur aktrisanın son halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yeni cərimələr müəyyənləşdi-4000 manatadək
Həcc ziyarətini 1000 kamera izləyəcək
Ziyafət üçün ecazkar donlar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]