Qadin.Net bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35, Aran rayonlarında 31-36, dağlıq ərazilərdə 21-26 dərəcədir. Belə hava şəraitinin yaxın 2-3 gün ərzində də müşahidə ediləcəyi proqnozlaşdırılır.
Baş hidroloq əlavə edib ki, 2002, 2003, 2007, 2010 və 2012-ci illərdə, eləcə də ötən il sentyabrın hazırkı dövründə Bakıda belə temperatur və rütubətli hava şəraiti qeydə alınıb. Lakin ötən illərin sentyabr aylarında belə isti hava şəraiti müşahidə edilsə də, istilər bu ilki qədər uzun müddətli olmayıb.
A.Verdiyev qeyd edib ki, sonuncu dəfə Bakıda 2003-cü ilin sentyabr ayının ilk ongünlüyündə uzun müddətli isti hava şəraiti müşahidə edilib. Həmin müddətdə Bakıda havanın maksimal temperaturu 38 dərəcə isti olub:
"Bu il isə sentyabrda daha uzun müddətli istilər müşahidə edilir. Yalnız sentyabrın 7-8-də qeyri-sabit hava şəraiti müşahidə edilib. Həmin günlər istisna olmaqla, qalan günlərdə hava isti keçib. Bundan əlavə, havada rütubətin miqdarının da 2003-cü ilə nisbətən normadan daha artıq olması istilik effektini həmin illə müqayisədə artırıb".
A.Verdiyev əlavə edib ki, ümumilikdə Bakıda 1990-cı ildən sonrakı dövr ərzində ən isti sentyabr ayı 2015-ci ildə qeydə alınıb. Həmin il sentyabr ayında Bakıda havanın havanın orta aylıq temperaturu (havanın maksimal temperaturu 37 dərəcə olub) normadan yüksək olub. Bundan əvvəl isə 2002-ci ildə isti sentyabr ayı qeydə alınıb. Həmin ildə də sentyabr ayının orta aylıq temperaturu normadan bir qədər yüksək olub.
A.Verdiyevin sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 2-3 dərəcə yüksəkdir.
XƏBƏR LENTİ
Girovlarımızdan məktub var
Qandakı şəkəri dərhal ölçən cihaz
21 Fevral-Ana dili günüdür!
Hikmət Hacıyevdən “Twitter” hesabının bloklanması ilə bağlı açıqlama
Açma (foto resept)
72 yaşlı kişi Atlantik okeanı çəlləkdə qət etdi-FOTO
Anaları kövrəldən yazılar
Gözəlliyinizi qorumağın bir neçə yolu
Fransızsayağı Calzones (foto resept)
28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEO
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Elza Seyidcahan deputatlığa namizəd oldu
Dnepropetrovskidən Bakıya birbaşa təyyarə reysi açılır
Ermənilər Hadrutda terror aktları törətdi: Hərbçimiz yaralandı
Murad Dadaşov Oksananı filmə çəkir
Uşaqlar üçün otaq dekorasiyaları
Qu quşu
İlin rəngi: klassik mavi
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?
Can Yamanın şəxsi həyatı yenidən gündəm oldu-FOTO
BÜRCLƏR bizə nə vəd edir? -11 MAY
Yeni il bayramında neçə gün iş olmayacaq? - AÇIQLANDI
Qorxaqsınızmı?
Məşhur aktyor qızı ilə gəzintidə- FOTO
Rusiya yenidən saatı çəkir
İri çənəli qadınlarla bağlı İNANILMAZ FAKT
Cennifer Lopes arıqlamaq istəyir - FOTO
Bir toxunuşla dodaq boyanızı sabitləyin
Məşhurların ev halı-FOTO
Sıla ETİRAF ETDİ
Türkiyəli aktyorların məşhur bacı və qardaşları
Ləzzətli salat hazırlamaq üçün məsləhətlər
Dünyanın ən bahalı şərab yeşiyi satıldı
Sərdar Cəlaloğlu: "Milli Şura artıq yoxdur"
Qar topu şirniyyatı ( foto resept)
Payızın trend saç rəngi
25 milyonluq rəsm əsəri tapıldı-FOTO
Kosmosdan nə iyi gəlir?
''Ali Müsəmma" plovu (foto resept)
Poçtda dekoderlərin satışı yardımçı tədbirdir
Soyuq duşun faydaları
“Facebook”da qeydiyyatdan keçmiş ilk 20 şəxs - SİYAHI
Di Kaprio nüfuzlu mükafata sahib oldu
Azərbaycanda hər gün 36 ailə dağılır
3d diaqnostika da xərçəngi tam göstərmir
Prezidentdən gənclərə dəvət
Hava haqqında
Üzüklər
Eqoist insanlarla yola getməyin 9 yolu
İlham Əliyev və Mehriban Əliyeva AXC-nin 100 illiyinə həsr edilən konsertdə olublar-FOTO














