Oktyabrın 8-də Gürcüstanda keçiriləcək parlament seçkilərində azərbaycanlılar da iştirak edəcəklər.
Artıq 40-a yaxın azərbaycanlının deputatlığa namizədliyi ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınıb.
Milli.Az bildirir ki, MSK üzvü Dimitri Cavaxadze report-a deyib ki, komissiya seçkilərə hazırlıqla bağlı bütün prosedur qaydaları yerinə yetirib. Artıq partiya siyahısı və majoritar sistem üzrə namizədlərin qeydiyyatı başa çatdırılıb: "Gürcüstan demokratik dövlətdir və bu seçkiləri də azad, şəffaf, ədalətli keçirməkdə israrlıdır. Artıq bütün dairə və məntəqə seçki komissiyaları tam, öz qaydasında işləyirlər. Oktyabrın 8-də bütün vətəndaşlarımız öz namizədlərinə səs verə biləcəklər".
Onun sözlərinə görə, bu seçkilərdə milli azlıqların nümayəndələri də sərbəst iştirak edəcəklər. Onlar üçün heç bir məhdudiyyət qoyulmayıb: "Yaşı 21-dən çox olan hər bir Gürcüstan vətəndaşı qanunla nəzərdə tutulmuş qaydada parlament seçkilərində, 35-dən yuxarı olanlar isə prezident seçkilərində iştirak edə bilərlər. Bələdiyyə seçkilərində isə hətta 18 yaşdan yuxarı olanlar da iştirak edə bilərlər. Bu gün Gürcüstanın inkişafında xüsusi yeri və rolu olan azərbaycanlılar da deputat mandatı uğrunda mübarizəyə qoşulublar. Artıq 40-a yaxın azərbaycanlının həm proporsional, həm də majoritar sistemdə namizədliyi qeydiyyata alınıb".
D.Cavaxadze bildirib ki, seçkilərdə 24 siyasi subyekt iştirak edir və onlardan da 12-də azərbaycanlılar var: "Təxminən 32 siyasi partiya seçki marafonuna qoşulub. Onların bəziləri birləşərək seçkilərdə blok halında iştirak etmək barədə qərar qəbul ediblər. Hər partiyadan və blokdan isə ən çoxu 200 nəfərin namizədliyi irəli sürülə bilər. Bəzi siyasi partiyalar 200, bəziləri isə 150, 160 və 190 namizədlə seçkilərə gedirlər".
MSK üzvü əlavə edib ki, seçkilərə hazırlığı və səsvermənin gedişini iki minə yaxın beynəlxalq, bir o qədər də yerli müşahidəçi izləyəcək: "Gürcüstan MSK-sı səsvermənin gedişini izləmək üçün Azərbaycandan da müşahidəçilər dəvət edib".
Qeyd edək ki, hazırda Gürcüstanda 73 dairə, 3 636 məntəqə seçki komissiyaları yaradılıb. Seçki məntəqələrindən 207-si birbaşa azərbaycanlılar yaşayan ərazilərdə, bir neçəsi isə azərbaycanlıların gürcü və digər millətlərin nümayəndələri ilə birgə yaşadıqları ərazilərdə yaradılıb.
Day.Az
XƏBƏR LENTİ
Oğuzhan bütün şəkilləri sildi-SƏBƏB
Yararlı məsləhətlər (2)
Çingizin ad günüdür
Sərkisyan vəzifədən getdikdən sonra... - Alman mediası
Hadise bu dəfə də diqqət çəkdi-FOTO
Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib
Müəllimlərin işə qəbulu üzrə YENİLİK
Kitab rəfləri
Xəzərdə zəlzələ olub
Rza İrem Derici haqqında AÇIQLAMA verdi
Hamilə xanımların diqqətinə...
Hadisənin ələ salınan papağının ŞOK qiyməti
Fast-food
Azərbaycanda koronavirusdan daha 3 nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ
Qadın və kişiləri özünə əmin edən amillər
Azərbaycanda müəllimlər iş yerini dəyişmək istəyirlər
Göygölün 5 küçəsi qoruğa çevrilir
Twitter bir aya 70 milyondan artıq hesabı blok edib
Nataşa Korolyova sosial şəbəkədə gündəm oldu-VİDEO
Təzə doğulmuş uşaqlar üçün maşın - FOTO
Azərbaycanda daha bir yenilik: "ASAN qatar" gəlir
Rus Dili dərs-3
Məşhur aktrisa ikinci övladını gizlədir-FOTO
"Yerevan Dağlıq Qarabağın müstəqilliyini yalnız o halda tanımalıdır ki..."
Azərbaycanda 4 otelin lisenziyası dayandırıldı
Sellüliti kremsiz də “görünməz” etmək olar
27 illik həsrətdən sonra Kəlbəcərə kosmosdan baxış - FOTO
Rəsm olduğuna inanmayacaqsınız
Havanı zəhərdən təmizləyən bitki yaradıldı
İlham Əliyev: “Daha səkkiz kənd işğaldan azad olundu”
Azərbaycanlı idmançı Belarusda "Ümid kuboku" beynəlxalq turnirində rekorda imza atıb
Xəzər sahilində ölü heyvanlar peyda oldu
Bakıda fantastik qiymətə it
Yeni il üçün manikür modelləri
"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək
Rusiyadan ermənilərə inanılmaz zərbə
Saç sağlamlığı üçün saçları necə yumalı?
Məhkəmə "Facebook"a "Yaşıl işıq" yandırdı
Flaşmob sevənlər üçün film
Avtomobilini sığortalamaq istəyənlərin nəzərinə!
Yeni doğulan körpəsi ilə maraqlı şəkillər çəkən qadın
60 min qərbli qadın İŞİD sıralarında
Yeni “Nu poqodi”də Canavarın 3D görüntüsü təqdim olunub - FOTO
YAY FOBİYASI: bu xəstəlik kimləri ölümə aparır?
Bir hərəkətlə piydən azad ol
Bu qidalar sayəsində dəriniz qurumayacaq və daha gec qırışacaq
Qeyri-adi vərdiş-Solaxaylıq
Makiyaj vasitələri necə təmizlənməlidir?
Elektron qurğuların yuxuya təsiri
Erkən menstruasiyanın səbəbləri