1993-cü il təvəllüdlü T. Dadaşov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub.
Milli.Az bildirir ki, Azvision.Az şəhidin evinə baş çəkərək, yas mərasimində iştirak edib.
Qardaşının ad günündə ölüm xəbəri gələn şəhid...Əməkdaşımızla həmsöhbət olan Fərid Dadaşov qardaşı Turalın ölüm xəbərini ad günündə eşitdiyini deyib: "Aprel ayının 8-də qardaşımdan təbrik gözləyirdim. Tural heç vaxt ad günümü yaddan çıxarmazdı. Həmin gün nədənsə qardaşımdan səs çıxmayınca, narahat oldum. Tural cəbhədə ağır döyüşlər başladığı vaxtdan evə zəng etmirdi. Hamımız narahat idik. Onun sağ olduğuna inanırdıq. Düşünürdük ki, Tural ölə bilməz, ad günümdə də gözləyirdim ki, Tural zəng edib, məni təbrik edəcək. Dostlarımla doğum günümü qeyd edirdim, atam ağlayaraq zəng edib dedi ki, təcili evə gəl.Həmin an atamın titrəyən səsindən başa düşdüm ki, Turala nə isə olub. Evə gələndə dedilər ki, qardaşın şəhid olub. Turalla fəxr edirik".
"2 ay səbr edin, gəlib özümə toy edəcəyəm"
Qardaşının sözlərinə görə, Tural hərbi xidmətdən qayıdıqdan sonra ailə qurmağa hazırlaşırdı: "Tural mənim üçün həm böyük qardaş, həm də əsl dost idi. Onunla tez-tez əlaqə saxlayırdıq. Hərbi xidmətdən razılıq edirdi. Tural əsgərlikdə olanda sevdiyi qızın ailəsinə elçi gedib, "hə" cavabını almışdıq. Qardaşım bu xəbəri eşidəndə çox sevinirdi. Tural mənə mesaj yazmışdı ki, 2 ay səbr edin, gəlib toy edəcəyəm. Qardaşımın toy arzusu ürəyində qaldı. Tural ailə qurduqdan sonra xaricdə təhsil almaq istədiyini deyirdi"."Xonçalar hazırlayıb, qol qaldırıb oynayacaqdıq"
Şəhid əsgərin anası Kəmalə Dadaşova oğlunun qəhrəmancasına şəhid olduğunu bildirib: "Oğlum iki aydan sonra evə qayıdacaqdı. Əsgərlikdən mesaj yazmışdı ki, ana evlənmək istəyirəm. Gözləyin, qayıdıb toy edəcəyəm. Amma o, qayıda bilmədi. Tural qəhrəman kimi döyüşdü və şəhid oldu. Mən artıq nə deyə bilərəm ki? Heç bir söz Turalımı geri qaytarmayacaq. Onun toyuna hazırlaşırdıq, planlaşdırırdıq ki, Tural qayıdandan sonra toy edəcəyik. Hamımız sevinclə o günü gözləyirdik. Xonçalar hazırlayıb, qol qaldırıb oynayacaqdıq. Amma qismət olmadı"."Şəhid atası adı daşımaq, çox ağırdır..."Mərhumun atası Sabir Dadaşov vətən uğurunda şəhid olan bütün hərbçilərə Allahdan rəhmət diləyib: "Mən bu gündən şəhid atasıyam. Bütün atalar kimi, oğlumla fəxr edirəm. Tural torpaqlarımız uğurunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O, hər zaman bizimlə olacaq"."Turalın gözəl arzuları vardı. O, hərbi xidmətdən qayıtdıqdan sonra Türkiyədə magistratura oxuyacaqdı. Tural yüksək balla universitetə daxil olmuşdu. Atasına dəstək olmaq üçün həm oxuyur, həm də işləyirdi. Tural unversitetdə təhsil alarkən tanınmış restoranlardan birində qəlyançı işləyirmiş", - deyə şəhidin dostları bildirib.Qeyd edək ki, şəhidin yas mərasimində Nizami rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi, eləcə də SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edirdi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı