Qoç -bu gün köhnə dostlar və tanışlar sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Səmimi olun, təlaş və hisslərinizi gizlətməyin. Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq.Əks cinsin mənsubu sizə yardım üçün üz tutacaq.Bu gün problemlər yaransa, onların səbəbi izafi nikbinliyiniz və imkanlarınızı olduğundan artıq dəyərləndirməyiniz olacaq.Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə olarsa, pərişan qalmaz, təəssüflənməzsiniz.
Buğa - tərəfdaşlarınız, şərikləriniz, iş yoldaşlarınız və ya tanışlarınızın maliyyə, habelə daşınmaz əmlak sahəsindəki işləri sizin maliyyə durumunuza təsir edəcək. Ehtiyatı iki dəfə artırın, qənaətcil olun. Dəyişikliklər labüd və qanunidir, sizin nüfuzunuza zərbə vurmur. Üstəlik, dəyişiliklərin bəziləri arzuolunandır. Baş verənlərin nəticələrini axşam saatlarında görəcəksiniz. Uğur sizin olacaq. Bunu görməsəniz, ailə üzvləri deyəcəklər.
Əkizlər - tələsmək məsləhət deyil, güc toplayın. Rəhbərliklə fikir ayrılığınız olacaq, sizdən çox şey tələb edirlər. Şəxsi münasibətləriniz isə ürəkaçandır. Yeni dostlar qazanacaqsınız. Romantik meylləriniz ciddi olmayacaq, əvəzinə bu gün dostlaşdığınız insanlar sizi heç vaxt məyus etməyəcəklər.
Xərçəng - sizin soyuqqanlı ağlınız emosiyalarınızın üzə çıxmasına əngəl olacaq. Əlbəttə, başqa vaxt bu, əla olardı. Amma indi heç yerinə düşmür, çünki xeyli əyləncə və xoş təəssüratdan qala bilərsiniz. Azca sərbəst olun, peşman olmazsız. Bu gün xəsislik eləməyin, yoxsa yaxşı fürsətləri əldən qaçıra bilərsiniz. Yeri gəlmişkən, bu gün işgüzarlığınız döyüş hazırlığı vəziyyətindədir, istifadə edin.
Şir - hamı bu gün sizdən kömək gözləyir. Amma sizin bir probleminiz ortaya çıxanda onların hamısı gözdən itir. Kefinizi pozmayın. Heç kimin sizə kömək etməyəcəyini nə qədər tez anlasanız, bir o qədər yaxşıdır. Təklikdə hər şeyin öhdəsindən daha yaxşı gəlirsiniz. Dünyagörüşünüzü genişləndirəcək məşğuliyyətlərdən yapışın - teatra, kinoya, konsertə gedin. Uzaqdan gələn qohum və ya dostlarınız sizi sevindirəcəklər.
Qız - xeyli təlaş və narahatlıq olacaq - bəzən boş şeylər, bəzən isə tam ciddi səbəblər üzündən. Dərd orasındadır ki, nəyin, həqiqətən, vacib, nəyin vacib olmadığını heç cür təyin edə bilməyəcəksiniz. Məsləhət üçün yaşlı qohumlarınıza müraciət etməyə dəyər. Onlar vəziyyətdən baş çıxarmaqda sizə yardım edəcəklər.
Tərəzi - görüşlər keçirmək, toplantılara qatlımaq olar. Maraqlarınızın reallaşması prosesinə kimisə cəlb etmək istəyirsinizsə, çevik və sürətli hərəkət edin. İşlərinizin alınması üçün inandırıcı danışın, yalana əl atmayın, bacarıqlarınızdan bəhs edin.Uzaqdan xəbər alınması istisna deyil.Yaxın perspektivlə bağlı plan və məqsədləri təhlil edin, cari situasiya ilə məhdudlaşmayın.Gözlənilməz, xoş alqılar ola bilər.
Əqrəb - ilkin təəssürat yalan olacaq, hadisələr ləng və əvvəlcədən ehtimalı çətin məcrada inkişaf edəcək. Ətrafınızda yetərincə intriqa var. Münasibətlərdə qəfil dəyişkənliklər istisna deyil. Danışıqlar, vədlər, sövdələşmələr pozula, sizə verilən söz unudula bilər.Başqasının oyununa düşməyin, kiminsə məkrli oyunlarının və tamahının qurbanı olmayın. Ev işlərinə, yaxınlarla münasibətlərə daha çox diqqət ayırın. Evdə, işdə yeniliklər üçün əlverişli zamandır.
Oxatan - yolda, işdə, ünsiyyətdə ehtiyatlı, sayıq olun. Sizə birbaşa dəxli olmayan işlərə qatılmayın. Soyuqqanlı və məntiqli olmasanız, səhər saatlarındakı fikir anlaşılmazlığı sonradan münaqişəyə çevrilə bilər. Danışıq tonuna fikir verin, gərəksiz inadkarlıq etməyin.Günün ikinci yarısında ev işləri ciddi diqqət tələb edəcək. Arzuladığınız rahatlığın olmaması, fikirlərinizlə yaxın insanın maraqlanmaması sizdə narahatlıq, hətta naqolaylıq hissi yarana bilər. Fəqət, emosiyalara aldanmayın.
Oğlaq - müəyyən şərtlər və ya insanlar sizi seçim qarşısında qoya bilərlər. Həmin seçim, bəlkə də, sizə gərək deyil və ona ehtiyacınız da yoxdur.Amma tələsməyin, fikrinizi dəyişin, perspektivlərinizi bir daha dəyərləndirin. Çirkli və qərəzli "oyun"dan çıxmağa çalışın, sizi intriqaya cəlb edə biləcək hadisələrin məcrasını tərk edin. Planlaşdırımadığınız işə qatılmayın. Qəza və travma riskinin böyük olduğu gündür. Fəqət işə yaradıcı yanaşsanız və ya intellektual işə üstünlük versəniz, yaxşı nəticələr əldə edə bilərsiniz.Şəxsi münasibətlər müstəvisində təmaslarınızın möhkəm olmadığı insanla görüşü təxirə salın.
Dolça - gərgin fəaliyyət günüdür. İdeyalar fabrikinə çevrilməyin, cari və rutin işləri yerinə yetirin. Yaxşı bacardığınız işlə məşğul olun, tanıdığınız insanlarla ünsiyyətə üstünlük verin. Aktiv xəyalları praktiki işlə əvəzləyin. Maliyyə itkilərinə təəccüblənməyin, çünki energetik baxımdan xaotik dövr yaşayırsınız.
Şəxsi münasibətlər müstəvisində də dəyişikliklərə hazır olun.Olaylar ilk baxışdan gözəgörünməz, yaxud da kiçik məsələlər təsiri bağışlasa belə, onların gerçək məna və mahiyyətini az sonra anlayacaqsınız.
Balıqlar - gün paradoks, çoxdan bəri cavab tapmağa çalışdığınız sualın açmasını və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Harasa getmək və ya tam əksinə, o yerdən imtina etmək hissi yarana bilər.Sizin üçün mühüm olan insanla münasibətlərdə ənənəvi davranış stilini dəyişin. Yenilikləri reallaşdırın, işə başlamaqdan çəkinməyin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil. Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır. Sevdiyiniz insan sizə sürpriz vəd edir.
Alış-veriş üçün əlverişli gündür.
Mənbə: Milli.Az
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
İnsanlara xoşbəxtlik verən 7 qoxu
"Özünü kəşf et!" - 6
Azərbaycanda maraqlı hadisə: aypara formasında yumurta
"ABŞ Suriyada əməliyyatı davam etdirməyə hazırdır"
"Barselona"nın ulduzu qalır
Dünya çempionatında Qurani-Kərim paylanılır
Telefonunuza aksesuar seçərkən diqqətli olun
Bakıda daha bir marşrut xətti istifadəyə verilir
"Oxucu sevgisi arzu etdiyim ən böyük hədiyyədir..."
Yer kürəsinin əkizi tapıldı
Castin Biber xanımının FOTOlarını paylaşdı
Merve Bolğur paylaşımı ilə diqqət çəkdi-FOTO
Şokoladlı dondurma (foto resept)
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Hava haqqında
DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilir
İki şəhidimizin övladları dünyaya gəldi
Şadlıq evlərində vəziyyət necədir?
Sadə və gündəlik ayaqqabılar
Azərbaycan Dünya çempionatında daha iki medal qazandı
Hadiseyə ağır itki
2018-in dəbi necə olacaq?
Emin Ağalarov “Forbes”ə müsahibə verdi
Elmə məlum olmayan dəniz canlısı tapıldı - FOTO
Makiyaji incəsənətə çevirən Luna
Azərbaycan dəmir yollarında yenilik var
Whatsapp-da 3D yenilik
Dəbli boyunbağılar
Ərdoğandan Azərbaycan xalqına BÖYÜK DƏSTƏK
Son günlərdə ən məşhur modellər
Dünyada ən populyar brauzer hansıdır?
Doğuşdan qorxuram
Azərbaycanda nə qədər qadın sürücü var?
YUXU NƏDIR?
Edamdan 18 il sonra bəraət aldı
Qadın və ananın həqiqi məqamı
Anjelina Jolienin tərzi
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Abituriyentlərinin nəzərinə!
Nokia brendi yox olur
İranın Milli İnkişaf Fondu Azərbaycana sərmayə yatırmağa hazırdır.
Toxumaq dərsi-7
İki il əvvəl yoxa çıxan qadın dənizin ortasında tapıldı
İnsanı öldürən 10 ərzaq
Pulu uşağa necə tanıtmalı?
Putini qəzəbləndirəcək qərar
Mina partladı: 5 hərbçi yaralandı
Qızdırma salan dərmanlar uşaqlar üçün təhlükəlidir
İyunun 17-nə manatın məzənnəsi
Sarıkökün faydaları
![](/sfiles/img/icons/valuable-icon.png)