ANS PRESS-in məlumatına görə, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, yayılan xəbərlərin əsası yoxdur: "Eyni məzmunlu məlumat 2 il əvvəl Gürcüstan,Qazaxıstan və Rusiyada da yayılıb. Lakin araşdırma zamanı dərmanların əks təsiri təsdiqini tapmayıb. Maraqlıdır ki, hər iki ildən bir bu məlumatı paylaşırlar".
O həmçinin qeyd edib ki, sadalanan dərmanlar Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmir: "Bu dərmanlar dövlət qeydiyyatına alınıb. Sadəcə sosial şəbəkədə yalan məlumat yayılmasının qarşısını almaq mümkün deyil. 12 uşağın ölməsi yalandır. Belə bir hadisəni gizlətmək mümkündürmü?" - deyən Səfayə Əhmədova bəzən köhnə xəbərlərin də yeni kimi təqdim edildiyini bildirib.
Qeyd edək ki, sosial şəbəkədə, eləcə də WhatsApp vasitəsilə 3-12 yaşlı 12 uşağın qəfildən ölməsi haqqında xəbər yayılıb. Həmin uşaqların dərmanların allergik reaksiyası nəticəsində öldüyü qeyd edilib.Hətta mesajda "ölümə səbəb olan" dərmanların adları da göstərilib. Lakin daha bir maraqlı cəhət həmin mesajda iki allergiyaya qarşı dərman preparatının da adının çəkilməsidir. Bunlardan biri həb, digəri isə maye dərmandır. Mesajda bildirilib ki, əgər uşaqlarınızda hər hansı allergik reaksiya hiss edərsinizsə, bu iki dərmandan istifadə edin.
Ümumiyyətlə, bu cür mesajlar heç də hər zaman reallığı əks etdirmir. Bəzən reklam üçün bu üsullardan istifadə edirlər. Lakin belə olan hallarda səlahiyyətli orqanlar münasibət bildirməli, vətəndaşları xəbərdar etməlidirlər.
Çünki bu mesajlara inananlar təklif edilən dərmanlardan istifadə edə bilərlər. Bunun nəticəsi isə acınacaqlı ola bilər. Xüsusilə nəzərə alsaq ki, son zamanlar dərman zəhərlənmələrinin sayında artım var. Məsələn, bu ilin sentyabr ayında paytaxt ərazisində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dərman zəhərlənməsi ilə əlaqədar ümumilikdə 12 xəstə müraciət edib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov da ötən 2 ayla müqayisədə zəhərlənənlərin sayının artdığını bildirib.
"Ötən ay müraciət edən 12 xəstədən 3-ü azyaşlı uşaq olub. Onların zəhərlənməsinə səbəb nəzarətsiz buraxılmaları olub. Böyüklərdə qeydə alınan 9 zəhərlənmə faktı dərmanın kəskin allergik reaksiyası və əlavə təsiri ilə bağlı olub. Bundan əvvəl avqust ayında ümumi olaraq 9 müraciət daxil olub ki, bunun da 2-si azyaşlı uşaq olub. İyul ayında isə dərman zəhərlənməsi diaqnozu ilə şöbəyə 11 nəfər yerləşdirilib", - deyə şöbə müdiri əlavə edib.
Mənbə: ANS PRESS
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda bəzi yerlərə sulu qar yağacaq
Azərbaycanda mobil maliyyə xidməti niyə işə salınmır?
Bu gündən hava soyuyur
Tuba Büyüküstün Parisdə 7 milyonluq ev aldı-FOTO
Ördək dimdikli dinozavr növü tapıldı
Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ...
Dəbli gödəkçələr və jiletlər
Qat-qat xəmirdən tort (foto resept)
Sabahın HAVAsı
Mila Yavoviç paylaşımı ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
AzTV işğaldan azad olunan rayonlarda müxbir postları yaradacaq
I sinfə qəbul qaydalarına yenidən dəyişiklik ediləcək
Tırtıl və çiçək kurabiyə (foto resept)
Tulin Şahin 1 saata 50 min qazanır-FOTO
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir? - 29 mart
Məşhur cütlük boşandı
Putin liderləri hədələdi
İlin ilk iş gününün HAVASI
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
Nişan və ya qız toyu donları
Qorxmuram
Alimlər insan ömrünün orta həddini açıqlayıblar
İlk hündürdaban ayaqqabı
“Evdə tək” filmində “Rembo” olarsa - VİDEO
Bəşəriyyətin ən zəngin adamı
Bu çimərliklərdə EHTİYATLI OLUN - YENİLƏNİB
Yas mərasimlərində pul qarşılığında ağlayan qadınlar
Livan hökuməti tam tərkibdə istefa verdi
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
Deyl Karnegidən 12 məsləhət (2)
Leonid Aqutin Bakıya tək gələcək
Facebook-da çoxdan gözlənilən yenilik
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
Yeni messencer yaradılır
Avropa Parlamentinin üzvü: "Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır"
Həzi Aslanov yad edildi
Alma cemi (foto resept)
Deniz Çakır yenidən GÜNDƏM oldu-FOTO
Geyim kombinasiyaları
Əsl donuz faciəsi
Beren Saat BOŞANMA xəbərlərinə fikir bildirdi
Tənbəl heyvan necə bir heyvandır?
Məşhur aktrisa yenidən gündəmdədir-FOTO
İncə belə sahib olmaq üçün...
Əsgərimiz şəhid oldu
60 artıq orta yaşdır
Kerimcanın əməliyyatdan əvvəlki FOTOları
İrem Derici izləyicilərini təəccübləndirdi-FOTO
Xocavəndin işğaldan azad olunan Daşbaşı kəndi - VİDEO














