Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinə qoyulan limit dolmaq üzrədir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildiriblər ki, bu il Azərbaycana Həcc ziyarəti üçün ümumilikdə 2600 nəfərlik yer ayrılıb.
Bununla əlaqədar QMİ-yə artıq təxminən 2500 nəfər sənədlərini təqdim edib. Hazırda limitin dolmasına çox az, cəmi 80-100 nəfərlik yer qalıb.
QMİ-dən onu da bildiriblər ki, əslində sənədlərin qəbulu üçün ilkin olaraq qoyulan son müddət çoxdan bitib. Lakin limit tam dolmadığından bu müddət avqust ayının sonunadək uzadılıb. Ona görə də, vaxtın azlığını nəzərə alaraq QMİ Həcc ziyarətinə getmək istəyənlərə tələsməyi və sənədləri tezliklə təqdim etməyi tövsiyə edir. Bunun üçün vətəndaşlardan passport, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil və sağlamlıq haqqında arayış tələb olunur.
İdarə həmçinin vətəndaşları xəbərdar edir ki, Həcc ziyarətinə səfərlə əlaqədar sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Bu ad altında vətəndaşlardan pul və sənəd toplayanlarla bağlı faktlar olduqda dərhal İdarəyə xəbər verilməsi xahiş edilir.
Bu dəfə zəvvarlara iki formada ziyarət təklif olunur. Daha yaxşı şəraitli mehmanxanalarda qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən mehmanxanalarda 4 nəfərlik otaqlarda yerləşdirmə variantının xərci 5750 ABŞ dolları, məhdud şəraitli, 5-6 nəfərlik otaqlı mehmanxanalarda yerləşmək variantı isə 4700 dollardır.
Bildirilib ki, bu il Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə səfərlər 11-15 sentyabr tarixlərində həyata keçiriləcək. Yaxın Şərqdə münaqişə ocaqlarının çoxluğu ilə əlaqədar bu il avtobuslarla ziyarət marşrutu olmayacaq, səfər yalnız təyyarə reysləri ilə baş tutacaq.
Qeyd edək ki, bu il Müqəddəs Qurban bayramının sentyabrın 24-nə təsadüf edəcəyi gözlənilir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Di Kaprio Kendal Cenner ilə sevgilidir? - FOTO
Ordu əks-hücuma keçir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Benzinin qiyməti niyə qalxdı?
Afaq Bəşirqızı üçün özəl gün
Boşansalar da ayrılmadılar-FOTO
Məşhur aktrisa "Mona Liza" əsəri haqqında film çəkilir
Gənc nazir nişanlandı-FOTO
Yayın əvəzedilməz trendi: İpək donlar
Bir parça təbəssüm!
İspandillilər ən yaxşı maşınları seçdilər
Xəbərdarlıq: güclü külək, dolu
Fahriye Evcen Burak Özçivitin yeni imicindən danışdı
Rəngarəng geyim nümunələri
Merayya Keri arıqlığı ilə diqqət çəkir-FOTO
Rasputinin 9 öncəgörməsi
Maksim səhhətinə görə uzun müddət oxumayacaq-FOTO
Məşhur aktyorun üçüncü övladı doğuldu-FOTO
Daha bir məşhur koronavirusa yoluxdu
Yanacaq dolu qatar relsdən çıxdı.
Ölmək istəyirəm
Bakını niyə boşaldırlar?
Vitiliqo xəstəliyi (dərinin ağarması)
Bu gün imtahandır
Azərbaycan Ordusu gecə döyüşlərində düşmənə zərbələr endirdi - VİDEO
Sevgi niyə əziyyət verir axı?!
Gözəgörünməz yaxta inşa olunur-FOTO
Qazlı içkilər yaddaşı pozur
İşçilər iş yerində nəyə üstünlük verirlər?
Sürətli dırnaq uzadan maska
Hava haqqında - 20.12.2013
Feysbildinq- üz üçün məşqlər
Koronavirusa təkrar yoluxmanın səbəbləri açıqlandı
Beyin yandıran şəkillər
Şimali Koreyada bu gün qurultay keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
Cəbhədən son xəbər
Ebru Gündeş Bodrumda dincəlir-FOTO
Cümhuriyyətin ilk baş naziri
Atəşkəs yenidən pozuldu
İstirahət gününün HAVAsı - XƏBƏRDARLIQ
Azərbaycanda bu adları xoşlamırlar?
Quşüzümünün faydası
Bapbalaca boyu var...
Leyla Əliyevanın şeiri türk mətbuatında
Dində evliliyin 5 meyarı
Azərbaycan polislərinə yeni silah veriləcək
Həyatı yoldaşı seçərkən...
Tovuz rayonunun ziyan çəkmiş kəndlərində bərpa işləri görülür
İrəvan Rusiya işğalı dövründə














