Birinci xanım Mehriban Əliyeva əvvəlcə 110 nömrəli körpələr evi - uşaq bağçasının yeni korpusu ilə tanış oldu. Yeni korpusun istifadəyə verilməsi Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondunun balacalara növbəti hədiyyəsidir.Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 110 nömrəli bağça 1965-ci ildən fəaliyyət göstərir. Buradakı 12 qrupda 220 uşağa təlim-tərbiyə verilir. Bu uşaq müəssisəsi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən 2011-ci ildə əsaslı təmir olunub. 2012-ci ilin martında Prezident İlham Əliyev bağçanın açılışında iştirak edib. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramına əsasən 2014-cü ilin avqust ayından bağçada ikimərtəbəli əlavə korpusun inşasına başlanılıb. İndi bu yeni korpusda 4 qrupda 80 uşağa qayğı göstərilir. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olur. Bağça azyaşlı sakinlərinin zövqünə uyğun qurulub. Uşaq müəssisəsində balacaların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnməsi tam təmin edilir. Körpələr evi - uşaq bağçasında balacalarda olan bacarıq və istedadları aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb.Uşaqları Beynəlxalq Müdafiə Günündə balacalarla görüşə gələn Mehriban Əliyeva onlarla söhbət etdi. Uşaqlar da hər dəfə olduğu kimi, birinci xanım Mehriban Əliyevanın ətrafına toplaşdılar və öz məharətlərini göstərməyə çalışdılar.Heydər Əliyev Fondunun prezidenti uşaqlara və bağçanın kollektivinə uğurlar arzuladı.Sonra Mehriban Əliyeva 172 nömrəli bağçaya gəldi. Azərbaycanın birinci xanımına məlumat verildi ki, 1971-ci ildən fəaliyyət göstərən bu uşaq tərbiyə müəssisəsi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində əsaslı təmir olunub. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramına əsasən isə 2014-cü ilin avqust ayından bağçada 4 qruplu, 80 yerlik, ümumi sahəsi 1152 kvadratmetr olan ikimərtəbəli əlavə korpus inşa olunmağa başlanılıb və hazırda tikintisi başa çatdırılıb. Bağçada indi 12 qrupda 230 uşaq tərbiyə alır.Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqlarımızın gələcəyinə yönələn müxtəlif layihələr reallaşdırır. Son illərdə Fondun təşəbbüsü və dəstəyi ilə paytaxtın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işləri aparılıb, məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində səmərəli tədbirlər görülüb. 2014-cü ilin fevralında Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramının təqdimatı olub və bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib. Bu gün Fondun fəaliyyətinin nəticələri isə onu göstərir ki, bu qurum tərəfindən həyata keçirilən digər layihələr kimi, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramı da uğurla icra edilir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Hacıqabulda qaz xəttində yanğın - YENİLƏNİB + VİDEO
"Arka Sokaklar"ın Zeynəbi evini satdı-SƏBƏB
Azərbaycanda ödəmə terminallarında bank kartlarından istifadə mümkün olacaq
90-ci illərin trend olan saç düzümləri
Tatlısəsdən duyğusal paylaşım-FOTO
Yadplanetlilərin Antarktidadakı bazası - VİDEO - FOTO
Ozan Güvən hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Olmayan intim həyat ölümcüldür
Çerkez mantısı ( foto resept)
Günün qoroskopu: Təxəyyülü işə salın!
Daha bir türk serialı başlayır
Baharı xatırladan aksesuarlar
Qadın omba əməliyyatında öldü-FOTO
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Orta məktəblər pullu olacaq? - RƏSMİ AÇIQLAMA
DiKaprio özündən 21 yaş kiçik sevgilisi ilə tətildə - FOTO
Müdafiə Nazirliyi: “Əməliyyat şəraiti tam olaraq ordumuzun nəzarətindədir”
Dəmirdən heykəllər
Monika Belluççi hər kəsi təəccübləndirdi-FOTO
Uşaqları maska taxmağa necə razı salmalıyıq?
Bürclər hansı aksesuarları sevər?
Diş çəkdirərkən öldü, tabutda dirildi
Ən yaxşı ağardıcı maskalar
Riyaziyyat bəyi şoka saldı
Brad Pitt hansı qadınlara aşiq olur?
Koronavirusa görə çəkilən sosial VİDEO izlənmə rekordu qırır
15 ay işlədi – 58 milyon qazandı
Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində növbəti dəfə EKMO aparatından istifadə edilib - FOTO
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
Ruhlar haqqında
2 milyon dollardan ibarət "YOLKA" qurdular-FOTO
Məşhur aktyordan gözlənilməz addım-FOTO
Sabah qar yağacaq
Qışda artıq çəki probleminin həlli
“Nuhun gəmisi” yenidən qurulur
HAVA necə olacaq? 7 İyun
İlker Kaleli və Biran Damlanın sevgisi
Rusiya vətəndaşlığı almaq asanlaşdı
TƏBİB-dən karantinin sərtləşdirilməsinin nəticələri ilə bağlı VACİB AÇIQLAMA
"Ermənilər digər əraziləri də işğal ediblər"
Demetin evini yardılar
Mioplopita-Yunan alma piroqu (foto resept)
Koronavirusdan qorxan gözəllik yarışmasının qalibi saçlarını kəsdi - FOTO
Azərbaycanın daha bir incisi
Serenay “Yasak elma”da rol alacaq?
Evlilikdən sonra kişilər niyə belə olurlar?
Yeni standartlar: taksilər bu rəngdə olmalıdır
Ən gözəl dəvə seçildi
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Bəşəriyyəti lərzəyə salan xəstəlik yoxa çıxmaq üzrədir















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]