Zİrəddin Rzayevin ANS PRESS-ə eksklüziv verdiyi proqnozları təqdim edirik:
"Kosmosda qəribə halların baş verdiyini görürəm. Sanki göy yer üzünü təhdid edir, hədələyir. 2020-ci ilə qədərə kosmosda baş verən hallar yer üzünə bədbəxtlik gətirəcək. Böyük və sonsuz suyun ortasında nəhəng bir obyektin fəlakəti yaşanacaq.
Amerikada güclü yanğınlar görürəm. Bu yanğın mənə cəhənnəmi xatırladır. Vaşinqton və ona yaxın olan yerlərdə təbii fəlakətlər aktivləşəcək. Xüsusən zəlzələ və qasırğalar tüğyan edəcək.
2015 və 2016-cı illər Amerika vulkan püskürməsinin şahidi olacaq.
2015-ci il ictimai sabitlik baxımından Maldova, Qazaxıstan üçün də bir o qədər uğurlu olmayacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ilin sonlarında öz sağlamlığından ehtiyatlı olmalıdır. Mən onda ürək-qan damar sistemi və beyin qan dövranında, o cümlədən endokrinik sistemində rahatsızlıq görürəm. İnfarkt və insult xəstəlikləri onu təhdid edir. Əgər bu il müalicə olunsa və sağlamlığını diqqətdə saxlasa xilas olma ehtimalı var.
İlin ortaları Yaponiyada yenidən təbii fəlakətlər, xüsusən yeraltı təkanlar özünü göstərəcək.
İtaliyada təbii fəlakətlər olacaq. Orada ictimai qorxu yaranacaq.
Məkkə və Mədinədə ağ tüstü görürəm. Bu mənə dumanı xatırladır. Bu görmənin nədən xəbər verdiyini anlaya bilmirəm. Hislərim mənə bir o qədər xoş şeylər demir.
Hansı ölkə olduğunu dəqiq deyə bilmirəm, amma neftlə bağlı güclü və böyük yanğın baş verəcək. Göy üzünü qara tüstü bürüyüb və orada helikopterlər uçur. Bu öncəgörmələr mənə ən çox şərqi xatırladır.
2015-ci ilin ilk yarısı Rusiya və Amerika münasibətləri gərginləşməyə başlayacaq. Ancaq bu gərginlik müharibəyə səbəb olmayacaq.
2015-ci il Rusiya üçün iqtisadi baxımdan bir o qədər də uğurlu olmayacaq. Lakin Rusiya bu gərginliyi uğurla başa vuracaq. 2016-cı ilə qədər iqtisadi baxımından Rusiya özünü tədricən doğruldacaq.
Rusiya təhlükəsizlik baxımından nəzarəti daha da gücləndirməlidir. Xüsusən də nəqliyyatla bağlı məsələlərdə diqqətli olmalıdır.
Rusiya tarixin yeni sınaqlarını yaşamasına baxmayaraq, onu böyük uğurlar gözləyir. Yaşanılan ağır sınaqlar Rusiyada immunitet yaradacaq. Bu çəkişləmələrdə Rusiya daha da güclənəcək.
2015-ci ilin yay fəslində bir çox ölkələrdə havalar anomal keçəcək.
Son iki il müddətində yaz-yay fəslində atom bombasını xatırladan güclü və dəhşətli partlayış olacaq. Dəhşətli partlayışda çox sayda insanlar öləcək.
Qərbdən Şərqə gələn bir çox qida məhsulları insanlara ölüm gətirəcək. Çox sayda insanları təhlükədə görürəm.
Allah hər şeyin doğrusunu biləndir. Onun bizə verən elmindən başqa heç nə qavraya bilmərik. Hər şey Onun ixtiyarındadır". 2015-ci ildə ölkə rəhbərlərindən biri dünyasını dəyişəcək!
Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanla bağlı yenə nəsə söyləməkdən çəkindi. Söhbət zamanı Azərbaycanda elə bir dəyişiklik olmayacağını deyən Zirəddin Rzayev ölkəmizlə bağlı proqnoz verməkdən imtina etdi. Proqnozun verilmə tarixi : 2014-cü ci il 27 noyabr.
Rusiyada yaşayan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev yenə də insanları təəccübləndirməkdə davam edir. Məşhur ekstrasensin 2015-2016-cı illər üçün verdiyi proqnozlardan biri də doğru çıxıb.
Zirəddin Rzayev Səudiyyə Ərəbistanı kralının ölümünü 2014-cü ilin dekabr ayında 2015-2016-cı illərlə bağlı ANS PRESS-ə verdiyi proqnozunda bu hadisəni belə vurğulamışdı: “2015-ci ildə ölkə rəhbərlərindən biri dünyasını dəyişəcək!”
Zirəddin Rzayev proqnozunda hansı dövlət olduğunu deməmişdi. Lakin məlum olduğu kimi bu il Səudiyyə Ərəbistanın kralı dünyasını dəyişib. Beləliklə də Zirəddin Rzayev bu proqnozu da özünü bele dogrultdu.
Qeyd edək ki, həmin proqnozlardan biri də elə həmin ilin sonunda özünü doğrultmuşdu. O, Malayziya təyyarəsinin qəzaya uğramasını əvvəlcədən bildirmişdi. İctimai-siyasi və o cümlədən, təbiət hadisələrini öncədən gördüyünü iddia edən Zirəddin Rzayev bu hadisəni dəqiqliyilə təsvir etmişdi: "Böyük və sonsuz suyun ortasında nəhəng bir obyektin fəlakəti yaşanacaq… Hansı ölkə olduğunu dəqiq deyə bilmirəm, amma neftlə bağlı güclü və böyük yanğın baş verəcək. Göy üzünü qara tüstü bürüyüb və orada helikopterlər uçur. Bu öncəgörmələr mənə ən çox şərqi xatırladır".
Təbii ki, ictimaiyyətdə Zirəddin Rzayevə münasibət birmənalı deyil. Lakin hələlik ekstrasensin verdiyi proqnozlar bir-bir özünü doğruldur. Ümid edirik ki, onun digər öncəgörmələri ekstrasi yarıyolda qoymayacaq.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR