
Bu gün UEFA Avropa Liqasında 2014/15 mövsümünə start verilir. Milli.Az Azərispor.Az-a istinadən xəbər verir ki, Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində bu mövsüm üç klub təmsil edir.
Onlardan biri - "Neftçi" mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Amma Azərbaycan kubokunun qalibini də ilk mərhələdə maraqlandıran vacib bir görüş var. Bu da təbii ki, Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"i arasındakı duellərdən hansının qalib olacağıyla bağlıdı. Axı "ağ-qaralar" məhz bu cütün qalibi ilə üz-üzə gələcək.
İlk təsnifat mərhələsindəki təmsilçilərimiz isə "Qəbələ" və "İnter"dir. Paytaxt klubu Avroliqaya Premyer Liqamızın gümüş, "Qəbələ" bürünc medalçısı kimi vəsiqə qazanıb. Bakılılar əvvəllər bir neçə dəfə qitə miqyasında görüşlər keçirdiyindən müəyyən təcrübəsi var. "Qəbələ" isə ilk dəfə Avropa səhnəsinə çıxır və debütantdır.
Bölgə təmsilçisinin avrokuboklardakı rəqibi Bosniya və Herseqovina "Şiroki Briyeq"idir. Hansı ki, "Qəbələ"dən fərqli Avropa səhnəsində xeyli təcrübəyə malik komandadır. "Şiroki Briyeq" vaxtilə Azərbaycan klubuna rəqib olub. Bosniya və Hersoqovina təmsilçisi daha öncə avrokuboklarda "Neftçi" ilə qarşılaşıb. 2004/05 mövsümündə Çempionlar Liqasının birinci təsnifat mərhələsində "ağ-qaralar"la üz-üzə gələn komanda evdə 2:1 qalib gəlsə də, səfərdə 0:1 hesabıyla uduzaraq iki oyunun nəticəsinə görə mübarizəni dayandırmışdı. Ümid edək ki, "Neftçi" kimi, "Qəbələ" də bu komandadan güclü olacaq və debüt mövsümündə uğur qazanacaq. Komandanın heyətində böyük dəyişikliklər olmasına, yeni baş məşqçinin gəlməsinə baxmayaraq, Dorinel Muntyanunun komandasına inam var.
"İnter"i isə Moldova "Tiraspol"unu mübarizədən kənarlaşdırmalıdır. "Şiroki Briyeq"dən fərqli, Tiraspol təmsilçisi heç vaxt Azərbaycan klublarıyla qitə arenasında qarşılaşmayıb. Amma əvəzində Azərbaycan və Moldova klubları dəfələrlə avrokuboklarda üz-üzə gəliblər. Özü də maraqlıdır ki, moldovalılar bir qayda olaraq təmsilçilərimizi mübarizədən kənarlaşdırıblar. Hətta ən zəif klubları iddialı komandalarımıza rəqib olduğu, təmsilçilərimizi az qala növbəti mərhələdə gördüyümüz duellərdə də qarşı tərəf inanılmaz şəkildə bizi məyus edib. Amma ümid edək ki, "İnter" Moldova klubları ilə bağlı uğursuz sindroma son qoyaraq mərhələ adlayacaq. Bu, həm də qarşısına ən azı iki mərhələ keçmiş "bankirlər"in hədəflərinə uyğundur.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın istənilən qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədir və hesabında 8.875 reytinq xalı var. "İnter" 4.025 xalla klub sıralamasında Avropanın 276-cı komandasıdır. "Qəbələ" isə 2.025 reytinq xalı ilə 375-cidir.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
3 iyul
20:00. Qəbələ - Şiroki Briyeq
Hakimlər: Artyom Kuçin, Yevgeni Belski, Rustam Suyunov, Denis İzmaylov (hamısı Qazaxıstan).
Qəbələ. Şəhər stadionu.
22:00. Tiraspol - İnter
Hakimlər: Ante Vuçemiloviç, Dalibor Konyar, Hrvoje Barişiç, Damir Batiniç (hamısı Xorvatiya).
Tiraspol. "Şerif" stadionu.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Qar fobiyası - Chionophobia
Günün ulduz falı
Addım-addım manikür
Azərbaycanı böyük təhlükə gözləyir
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... - VİDEO
“Arka sokaklar” yenidən yayıma başlayır
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Saça düzgün qulluq etmək
Bu günün hava proqnozu
20 mindən çox şagird üçün son zəng çalınacaq
Ərdoğan Davudoğlunun yerinə kimi gətirəcək?
Castin Biber xanımı ilə FOTOsessiya etdirdi
Günün qoroskopu: Mübahisə etməyin!
Ali məktəblərə YENİ QƏBUL QAYDALARI təsdiqləndi
Dünya mətbəxi - Rusiya
Qadından içi 14 litr maye ilə dolu nəhəng şiş çıxarıldı
Yeni növ canlı alimləri dəhşətə gətirdi-FOTO
Məşhur aktyora ağır itki-FOTO
Konqresmen Ed Roys Azərbayacana gəlir
İki qatilin amansız davası
Toy donları
Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransının sədri ilə görüşüb
LG Display liderliyini qoruyur
Sən bizi bağışla, Zəhra...
BÜRCLƏR bizə nə vəd edir? - 1 MART
Ana südünü necə artırmalı?
DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb
Günün ulduz falı
Qeyri-adi fincanlar
Mannılı balıq şarları (foto resept)
Maraqlı divar saatları
Türk xilasedici itə süni nəfəs verdi - VİDEO
Sadə salat (foto resept)
TƏBİB: “Karantin rejimindən yorulmuşuq”
"İçərişəhər"in turizm obyektlərinə giriş pulsuz olacaq
Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - RƏSMİ
Maykl Ceksonun gizli vəsiyyəti
İlin ən yaxşı ölkəsi seçildi
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Azərbaycanda 30 minə yaxın şagird "iki" aldı
Şuşada himnimiz səsləndi - VİDEO
Dövlət orqanlarının saytlarının dağıdılması barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirildi
330 milyon ağıllı saat satılacaq
Koronavirusa qarşı ƏN TƏSİRLİ qidalar - Tanınmış həkim açıqladı
Maraqlı şəkillər...
Vladimir Putin Dağlıq Qarabağda baş verənlərə görə narahatlığını bildirib
İlin ən etibarsız parolları açıqlandı
Kann kinofestivalı başlandı
Aslı Enverin adı ƏSLİNDƏ
Trampın təriflədiyi 15 yaşlı Reyhan: "İxtiramla bağlı 5 investordan təklif gəlib"















- ŞƏRHLƏR