
İlk mobil telefonlar
İlk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunub. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclədiyi aparatı təqdim edib. Bu aparatın çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 santimetr olub. Telefon 8 saat ərzində akkumulyator vasitəsilə işləyə bilib. Telefonun ilkin satış qiyməti 3995 dollar olub.
Təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olunub. 1998-ci ildə peyk rabitəsinin kommersiya istismarından sonra mobil telefon stansiyasının əhatə dairəsindən kənarda işləyən mobil telefonlar insanların istifadəsinə verilib.
Mobil telefonların reytinqi və istehsal olunduğu ölkələr
2013-cü ildə "J.D. Power and Associates" tədqiqat agentliyi müasir istehlakçıların tələblərinə cavab verən populyar mobil ticarət markalarının reytinq cədvəlini hazırlayıb. "Apple" şirkəti doqquzuncu dəfə 855 bal toplayaraq lider olub. İstehlakçılardan 795 bal almış "Nokia" şirkəti populyarlığa görə ikinci ən böyük smartfon istehsalçısı, "Samsung" şirkəti isə 793 balla 3-cü ən populyar marka hesab olunub. İlk beşlikdə, həmçinin "Motorola" və "HTC" şirkətləri yer alıblar.
"J.D. Power and Associates" şirkətinin çıxardığı nəticələr istehlakçıların konkret məhsul üzrə rəy və təəssüratlarına əsaslanıb. Sorğuya cavab verənlər üçün smartfonların məhsuldarlığı 33 faizlə, dizaynı 23 faizlə, funksiyaları və istifadəsinin asan olmağı hər biri 22 faizlə əsas götürülüb.
İstifadə olunan mobil telefon markalarından "Nokia" Finlandiyanın, "Samsung və LG electronics" Koreya Respublikasının, "Apple" və "Motorolla" Amerika Birləşmiş Ştatlarının, "HTC" Çin Xalq Respublikasının, "Huawei" Çexiya Xalq Respublikasının, "Sony Ericsson" isə İsveç və Böyük Britaniyanın məhsuludur.
Ölkəmizdə gənclərin maraq göstərdiyi marka və modellər
"İNTEGRALPLUS" mağazalar şəbəkəsindən verilən məlumata görə, gənclər daha çox son model mobil telefonlara maraq göstərirlər. Xüsusən, alıcılar "Samsung Galaxy S5", "Samsung Note 3" və "İphone 5s" modellərinə diqqət edirlər: "Hazırda mağazamızda "Galaxy
Note 3" 599 manat, "Samsung S5" 699 manat, "İphone 5S" isə 689 manatdır. Müştərilər seçim edərkən daha çox android sisteminin olmasına, kamera göstəricilərinin keyfiyyətinə, sosial şəbəkələri dəstəkləməsinə önəm verirlər. Təbbi ki, maraqlar fərqlidir. Daha sadə model istəyən də var, bütün funksiyaların yüksək olmasını istəyənlər də. Kampaniyadan asılı olaraq telefon satışı kifayət qədər həyata keçirlir. Faizsiz kredit, kartlara xüsusi endirim kimi kampaniyalar geniş marağa səbəb olur. Ümumilikdə isə seçimlər və maraqlar fərqli olur".
Mağazalar şəbəkəsindən bildirirlər ki, gənclər yeni çıxacaq modellər haqqında suallar verirlər. Xüsusən də "İphone 6" və 2015-də istehsal olunacağı gözlənən "Samsung 6s" haqqında suallar çoxluq təşkil edir.
"IRSHAD Telecom" mağazalar şəbəkəsindən isə dedilər ki, indiyə kimi alıcılar aldıqları heç bir modeldən şikayətçi olmayıblar. Mağaza rəsmisi qeyd etdi ki, etibarlı modellər satılıb: "Seçim çox olduğundan istifadəçilər də müxtəlif modellərə maraq göstərirlər. Elə bir model yoxdur ki, müştərilər onunla maraqlanmasın. Ancaq hazırda daha çox "Samsung" və "Apple" firmaları arasında rəqabət gedir. Ən çox diqqət mərkəzində olan "Apple" firmasına məxsus olan "İphone 5S"dir. 16 GB-lıq yaddaş kartına malik olan model 696 manatdır. Mağazada ən bahalı telefon modeli "İphone 5S"dir. 64 GB yaddaş kartı olan model isə 835 manata təklif olunur".
"Baku Electronics" mağazalar şəbəkəsində isə kampaniyalardan asılı olaraq modellərə qarşı marağın dəyişdiyini dedilər. Mağaza rəsmisi deyir ki, hazırda "Samsung", "HTC" modellərinə tələbat çoxdur: "Qiymətlər olduqca müxtəlifdir. Ən aşağı qiymətdən, ən yüksək qiymətədək məhsullarımız var. Gənclər mağazamızın saytında istənilən telefonun parametrləri, qiyməti haqqında məlumatlar əldə edə bilər. Alıcılar daha çox "Samsung", "HTC", "Sony xperia" telefonlarına üstünlük verirlər. Ancaq yenə də bütün bunlar müştərinin seçimindən, zövqündən və istəyindən asılı olaraq dəyişir".
“Ağıllı telefon”lardan şikayətlər...
Telefon satışı və təmiri ilə məşğul olan Məhəmməd Rəsulzadə deyir ki, hazırda ən çox "Samsung" firmasının məhsulları satılır. Ancaq mobil telefonlardan şikayətlər də olduqca çoxdur:
"İstifadəçilər daha çox smartfonların "donma"sından şikayət edirlər. Belə olan zaman adətən telefonun ekranı tez-tez sönüb-yanır, bəzən də uzun müddət istifadəyə yararsız halda qalır. Ən çox problemli telefonlar "Samsung" firmasının məhsullarıdır. Heç bir "Samsung" modelinin batareyası 6 aydan artıq davam gətirmir. İstifadəçilər bununla bağlı nə qədər şikayət etsələr də, əlimizdən batareyanı dəyişməkdən başqa heç nə gəlmir. Batareya dəyişilən zaman isə təbii ki, orijinal batareya qoyulmur. Bu zaman onların istifadə müddəti daha da az olur. Telefona yazılan proqramlar isə hamısı yenilənmiş versiyada, orijinal proqramlardır. Əks halda telefon həmin proqramı dəstəkləmir".
Mobil telefonlar insan orqanizminə necə təsir göstərir?
Fransanın Bordo Universitetinin apardığı tədqiqatların nəticəsində məlum olub ki, insan gün ərzində 30 dəqiqədən artıq mobil telefondan istifadə edirsə, bu, onda beyin xərçəngi xəstəliyinə tutulma riskini artırır. Eyni zamanda İsraildəki Təl-Əviv Universiteti və "Beylinson" xəstəxanasının alimləri iddia edir ki, mobil telefonların elektromaqnit şüalanması ilə insan orqanizmində qalxanabənzər vəzdə xərçəng xəstəliyinin yaranması və inkişafı arasında əlaqə var.
Bir digər beynəlxalq təşkilatın apardığı araşdırmalar nəticəsində, mobil telefonsuz və smartfonsuz qalmanın artıq psixi pozuntuya çevrildiyi aşkarlanıb. Britaniya və ABŞ-dakı psixiatrlar bunu "no mobile phobia" və ya "nomofobi" adlandırıblar. Bu mobil telefondan məhrum qalmaq, xüsusilə də sosial şəbəkələrə daxil ola bilməmək qorxusudur. Britaniyada 1000 telefon istifadəçisi arasında keçirilmiş anonim sorğuya əsasən respondentlərin 66 faizi mobil telefonlarını itirəndə və ya telefon əllərinin altında olmayanda özlərini çox narahat, depressiyada hiss etdiklərini qeyd ediblər. 18-24 yaşlılar arasında bu göstərici 76 faizdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə mobil telefonlarla bağlı elektromaqnit şüalanmasını xərçəngin inkişafının potensial səbəblərindən biri kimi qəbul edib. Mütəxəssislərin fikirincə, müəyyən zaman daxilində mobil telefonların elektromaqnit şüalanması orqanizmə ciddi təsir göstərir.
Hematologiya Klinikasının elmi rəhbəri İsgəndər Bağırov deyir ki, telefonun insanda xərçəngin hər hansı bir növünü yaratması tam dəqiqliklə sübut olunmayıb. Tibb sahəsində bu barədə də dəqiq müayinələr aparılmayıb: "Mobil telefonlardan insana dəyən ziyan elektromaqnit dalğalarının orqanizmə göstərdiyi təsirə bərabərdir. Belə bir paralellik var. Ancaq telefonun konkret hansısa xərçəng xəstəliyini yaratdığını demək olmur"
"Mobil telefonlardan asılılıq xəstəlik kimi qəbul olunacaq"
Regional Psixologiya Mərkəzinin direktoru Dəyanət Rzayev deyir ki, mobil telefonlardan uzaq qalmamq bir vərdişdir. İnsanlarda bu getdikcə asılılığa çevrilir. Psixoloqun sözlərinə görə, narkomaniya, alkoqolizm Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəlik qəbul olunduğu kimi, mobil telefonlardan, sosial şəbəkələrdən, internetdən asılılıq da bir neçə il sonra xəstəlik kimi qəbul olunacaq: "Əvvəllər narkomaniya və alkoqolizm də xəstəlik kimi qəbul olunmurdu. Sonradan daxil edildi. Gənclərimiz yatarkən, istirahət edərkən, hətta ayaqyoluna gedərkən belə telefonu yanlarından ayırmırlar. İnsana elə gəlir ki, mobil telefon yanında olmasa ona təcili zəng gələcək, yaxınlarından kiməsə nə isə olacaq və o, telefona çata bilməyəcək şəklində qorxular yaranır. Halbuki, əvvəllər mobil telefonlar yox idi. Insanların da həyatı yolunda idi. Hər bir işlərini vaxtında görə bilirdilər".
Psixoloqun sözlərinə görə, mobil telefonlardan asılı olma insanlarda obssessiv-kompulsiv pozuntu yaradır. Bunlar isə insanın həm zamanını alır, həm də aşırı həyəcana səbəb olur: "Gənclər üçün telefondan asılılıq vaxt itkisinə səbəb olur. Onlar daim telefon üzərində sosial şəbəkələrdə olurlar. Yəni dayanmadan virtual ünsiyyət qururlar. Bu isə özü bir növ yarışa çevrilir. Gələcəkdə isə mobil telefonlardan asılılıq xəstəlik kimi qeydə alınmalıdır".
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Türkiyədən vacib xəbər gözləyirik
İranlı deputat koronavirusa yoluxduğunu etiraf etdi - FOTO
Arıqladıcı çayları və həqiqətlər - Xanımlar mütləq izləsin!
Dondurulmuş qidalar: zərər, yoxsa...
ABŞ İrana söz verdi
“Google Play” heç cür “App Store”u ötə bilmir
Kişilərə bəd xəbər: qadınlar sizdən mükəmməldir
Rusiyanın Xalq artisti vəfat etdi
Bakıda Azərbaycan-Bavariya biznes forumu keçirilib
Münasibətdə kişilərin sevdiyi anlar
Adobe Photoshop (Dərs-17)
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
COVID-19 peyvəndinin sınaqları dayandırıldı - Naməlum xəstəlik ortaya çıxdı
Bu həna hələ çox su aparacaq...
Bu əslində mebeldir?
Meyvələrin faydaları
Marsda göl tapıldı
Dünyanın ən gözəl pulu seçildi – FOTO
Xamalı doğramac (foto resept)
Martın 15-i imtahandır
Rusiyada koronavirusa yoluxanların sayı 147-yə çatdı
Həkimdən Bəhram Bağırzadənin səhhəti ilə bağlı AÇIQLAMA
Samsung Tizen-li 2 smartfon göstərəcək
Saçları tez-tez yumaq zərərlidirmi?
Məşhur müğənni nazir olmaq istəyir
Kirayə ev axtaranlar, bunlara DİQQƏT EDİN
Qalmaqallı məşhurlar "Yasak Elma" serialında-FOTO
Çəki azaldan bitki
Əliyev Sarkisyan görüşü olacaq
Qurban Qurbanovdan qələbə şərhi
Yuxu və ölüm arasındakı fərqlər
Filippində güclü zəlzələ olub
Vəsiqəlik şəklimizi niyə sevmirik?
"Sevimli üzlər" (foto resept)
Məktəb fənləri azaldıla bilər
Avropanın ən həyacanlı əyləncə parkı açıld
İnsanların həyatını asanlaşdıran 7 texnologiya
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
Azərbaycan Türkiyədə İKT sahəsində iri sərgidə təmsil olunacaq
Xoşa gəlməz ağız qoxusunun qarşısını necə almalı?
Ərə getdiyini hər kəsdən gizlədir
Yeni doğulan uşağa görə 500 manat verilsin-TƏKLİF
Azərbaycan Avro-2020 üçün yeni stadion tikəcək?
Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
ABŞ-da əkizlər yüz il fərqi ilə başqa-başqa pandemiyaların qurbanı oldu
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu
Uçan ilanlar
Gəlin makiyajı necə olmalıdır?
Bu yay dəhşətli isti olacaq
Bu gün və dünən














