Müasir gənclər arasında davranışı, geyimi və s. vasitələrlə başqalarından fərqlənməyə, qeyri-adi görünməyə çalışanlar çoxdur. Yeniyetməlik dövründən başlayaraq onlar özünü fərqli ifadə vasitələri axtarırlar. Başqalarından seçilmək istəyi o qədər güclü olur ki, çox vaxt gənclər gülünc vəziyyətinə düşür və ya özü kimi olmur, başqa bir insan obrazını yamsılamağa başlayırlar.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, bəzi gənclərə elə gəlir ki, qeyri-adi davranmaqla və görünməklə onlar daha çox seviləcəklər: "Heç kimə bənzəməməklə gələcəyinin daha uğurlu olacağını görürlər. Elə də adamlar var ki, hamı kimi, adi olduqlarını qəbul etmək istəmirlər. Xüsusilə də, müasir zamanda filmlərdə baş rollarda olan adi insana bənzəməyən vampir və ya mutant, avatar kimi obrazlar gəncləri qeyri-adi görünməyə həvəsləndirir. Təbii saç rənginə bənzəməyən boyalarla saçlarını boyamaq, uzun kirpik yapışdırmaq, caynağa bənzər dırnaqlardan istifadə etmək, hədsiz arıqlıq, qəribə geyimlər də gənclərin fərqli görünməyinə işarə edir. Bu istəyin xəstəlik dərəcəsində olan insanlar adi olduqları ilə barışa bilmirlər".
A.Qurbanova bildirib ki, cəmiyyət normal görünüşlü və davranışlı insanları yaxşı qəbul edir. Normal davranış və görünüş cəmiyyətdə əksəriyyətə xas olandır. Bir neçə nəsil artıq bu davranışı sınaqdan keçirib və bunun daha yaxşı olduğu qərarına gəliblər. Həm də əksəriyyətin seçdiyi davranış qaydalarının müsbət tərəfləri var. Əks halda bu qədər insan o davranışı sərgiləməzdi. Bu da onu göstərir ki, adi davranarkən siz də çoxu kimi yaxşı olursunuz. Qeyri-adi davranışı seçən şəxs isə nadir hallarda başqalarından daha yaxşı görünür. Əksər hallarda qeyri-normal davranış pis qəbul olunur.
Normal davranış qaydalarının digər müsbət cəhəti hər zaman özünüzü necə aparmağınızı bilməkdir. Hətta tanış olmayan belə şəraitdə siz başqalarının davranışına baxıb necə hərəkət etməli olacağınızı biləcəksiz.
Getdikcə qeyri-adi olmaq dəb halını alır. Gənclər çox vaxt fəqlənməyə çalışırlar ki, bunun da fəsadları olur. Yaxşı olar ki, enerjini başqa cür görünmək əvəzinə cəmiyyətə xeyri dəyə bilən işlərə yönəltsinlər.
Psixoloq onu da əlavə edib ki, hər adamın özünəməxsus xüsusiyyətləri olur. Hər kəsin davranışında unikal nəsə ola bilər. Bu, həddini aşmayanda normaldır və olmalıdır. İnsanlar tam bir-birinə bənzəyə bilməz. Hər kəsin istəkləri, məqsədləri, həyata baxış tərzi fərqlidir.
Çox vaxt gənclər özü kimi olsalar, maraqsız görünəcəklərindən qorxurlar. Onlara elə gəlir ki, adi olmaq darıxdırıcıdır. Bəziləri adi görünəndə özləri də darıxırlar. Bu isə onu göstərir ki, onlar məqsədsiz fəaliyyət göstərir və özünü inkişaf etdirmirlər. Müşahidələrə görə, özünü qeyri-adi, çox önəmli hesab edənlər daha çox darıxırlar. Qeyri-adiliyə meyl edənlər adi insanlara nisbətən daha çox əzab çəkirlər.
Müsahibimiz qeyd edir ki, qeyri-adi görünüş və davranış tənhalığa gətirib çıxarır. Onlar başqaları ilə dil tapa bilmirlər. Ancaq özü kimi bir adam tapsalar, münasibətləri alına bilər. Qeyri-adi davranış və görünüş insanlarda təhlükə hissini yaradır. Anormallıq qorxudur, ondan nə gözləyəcəyini insan bilmir.
Adətən insanlar başqasının necə bir adam olduğunu anlamaq üçün onu özü ilə müqayisə edirlər. Əgər onun kimi, yəni normal deyilsə, deməli, bu insanın problemi var. "Qeyri-adi davranışın cəmiyyətdə xoşagəlməz hiss və fikirlər yaratmasını bir misalla izah etmək olar. Yayda, isti havada bir qrup insan işləyir. Onlardan biri tez-tez barmağını burnuna, sonra isə bir stəkan suyun içinə soxur. Bütün işçilər onun bu hərəkətinə gərgin vəziyyətdə baxırlar. İşçilər bir-birinin arasında onun burnundakı çirkləri çıxarıb suya soxduğunu deyirlər. Bu, onlara qəribə və qorxunc gəlir. Sonradan həmin adamdan niyə belə etdiyinin səbəbini soruşanda məlum olur ki, o, barmağını suya, sonra da burnuna soxaraq, istinin təsirindən burnundan yaranan narahatlığı aradan qaldırmış. İsti ona pis təsir edir və o, ətrafdaklıların nə düşünəcəyinə fikir vermirmiş".
Qurbanova onu da deyib ki, qeyri-adi davranış heç də həmişə şəxsin psixi xəstə olduğunu göstərmir. Bu, şəxsin özünə qarşı inamsızlığından və ya fərqli xarakterindən, zövqündən irəli gələ bilər. Lakin qeyri-adi davranış ağır psixi xəstəliklərdən də xəbər verə bilər. Qəribə davranışla üzləşdikdə ilk növbədə davranışın nə dərəcədə təhlükəli olduğunu müəyyən etmək lazımdır. Misal üçün, bəzi xəstələr oturacağa oturmazdan və ya yemək yeməzdən əvvəl qəribə hərəkətlər etməyə başlayırlar. Bəziləri isə qırmızı rəngdə olan geyim geyinməkdən və ya sarı rəngdə divar və ya əşyaları olan otaqda qalmaqdan qorxurlar.
Elə də xəstələr var ki, onların üz ifadələri qəribə olur. Xəstələr arasında öz-özünə danışan və gülənlər də olur. Bütün bu sadalanan davranışlar təhlükəsizdir. Onların hərəkətləri başqalarına qəribə görünsə də, zərər gəlməz.
Bu cür davranışa imkan daxilində fikir verməmək lazımdır.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR