
"İkiillik evlilikdən sonra həyat yoldaşım qazanc məqsədilə Rusiyanın Volqoqrad şəhərinə getdi. İlk aylar bizimlə əlaqə saxlasa da, 1 ildən sonra zənglər kəsildi. Bir qızımız vardı. İllər keçir, lakin yoldaşımdan heç bir xəbər ala bilmirdik. Hətta atasıgil də onunla maraqlanmaq üçün Volqoqrada getmişdi. Amma əliboş geri qayıtmışdılar". Bunu əməkdaşımıza Biləsuvar rayon sakiniNadirə Qafarova danışıb.
Onun dediyinə görə, aradan 5 il keçdikdən sonra qızını da götürüb ər evini tərk edib. Elə həmin il başqası ilə qeyri-qanuni nikaha girib. "Mən bütün ömrümü onu gözləməklə keçirə bilməzdim. Uşağı böyütmək də asan deyil. Beləcə ikinci dəfə ailə qurdum. Ailə qurandan 4 il sonra isə keçmiş həyat yoldaşım geri qayıtdı. Onu deyim ki, birinci dəfə rəsmi nikahda olsam da, ikinci dəfə nikahım qeyri-rəsmi idi. Yoldaşım qayıtmadığı üçün birinci nikahın ləğv olunduğunu düşünürdüm. İkinci ailə qurduğum insan imkanlı idi və nə alırdısa, mənim adıma keçirirdi. Yoldaşım qayıdandan sonra bir müddət bizimlə işi olmadı. Bu ilin fevralından isə məni narahat etməyə başlayıb. Mənə deyir ki, "sən rəsmən mənim həyat yoldaşımsan, mən ailəmi geri istəyirəm". Bilirəm, bunu mənim sahib olduğum var-dövlətə görə edir. Mən isə ikinci həyat yoldaşımla xoşbəxtəm və iki oğlum var".
Hüquq müdafiəçisi Elçin Ağayevin sözlərinə görə, Ailə Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, ər və ya arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə nikah xətm oluna bilər. "Əgər ər və ya arvad itkin düşübsə, onun barəsində axtarış elan edilibsə və nəticə etibarilə o insandan xəbər alınmayıbsa və bunu məhkəmə təsdiq edirsə, bu zaman nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən pozula bilər".
E.Ağayevin bildirib ki, nikahın etibarsızlığı Ailə Məcəlləsinin 25-ci maddəsi ilə tənzimlənir. "Nikah bir çox hallarda etibarsız sayıla bilər. Belə ki, ölkədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 nəzərdə tutulub. Yalnız bəzi məqamlarda yaş 1 yaş azaldıla bilər. Əks halda, nikah saxta - etibarsız hesab edilir. Tərəflərdən birinin razılığı olmadıqda, tərəflərdən birinin gizli xəstəliyi aşkar olunduqda nikah etibarsız sayıla bilər".
Hüquq müdafiəçisinin sözlərinə görə, N.Qafarova nikah pozulmadan qeyri-rəsmi nikaha girib. "Ər məhkəmə tərəfindən itkin elan edilmədiyi və həmin dövrdə nikah pozulmadığı üçün nikah qüvvədədir. Nikahın pozulması üçün məhkəməyə müraciət etmək lazımdır. Hesab edirəm ki, nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Mülki Məcəllənin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir.
Bu, Ailə Məcəlləsinin 28.2 maddəsi ilə tənzimlənir. Yəqin ki, həmin dövrdə nikah müqaviləsi bağlanmayıb. Bu səbəbdən də nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin və ya arvadın saxlanması üçün digər tərəfdən bu məcəllənin 85-86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36-37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. Nikah pozularkən, ər və ya arvad ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. Nikah etibarsız hesab edildikdə, ər və ya arvad nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər".
E.Ağayev deyib ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər və ya arvad da ümumi əmlak üzərində hüquqa malikdir. "Buna görə də qadının qazancı nikah pozulmadığı üçün onların birgə əmlakı sayılır. Nikah pozulan zaman bu əmlak iki hissəyə bölünəcək".
Bundan əlavə, Ailə Məcəlləsinin 84-cü maddəsində ər və arvadın boşandıqdan sonra belə aliment öhdəliklərinin olduğunu deyən hüquqşünas hesab edir ki, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad müəyyən edilmiş qaydada aliment tələb edə bilər.
XƏBƏR LENTİ
Fərizənin anası:"Hələ də ürəyim əzilir"
Dima Bilan xəstəxanalıq oldu
Saç aksesuarı hazırlayaq
Ağıllı fincan hazırlanır
Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
BDU-dan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA
Qaxda yeni körpü salınır
Sidney viran qaldı
Toxumağı öyrənək. Dərs - 1
Kann kinofestivalı başlandı
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
HAVA necə olacaq?
Oktyabrın sonunda Bakıda Xəzər İnşaat Həftəsi keçiriləcək
Qısa ətəkli ziyafət geyimləri
Macar mətbəxi-Qulyaş(foto resept)
Sadə və səliqəli dırnaqlar
Dərini nəmləndirən kakao yağı
Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - FOTO
Günün ulduz falı
Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA
Azərbaycanda zəlzələlərin sayı artıb, seysmik aktivlik müşahidə olunur
Şahzadənin hər kəsi təəccübləndirən görüntüsünün sirri
Qeyri-adi skamyalar
Şeyma Subaşını ələ saldı
Günün qoroskopu: Uğurlu gündür!
Azərbaycanda 20 minə yaxın şagird yenidən məktəbdaxili qiymətləndirmə üçün müraciət edib
Namaz insanı günahdan necə uzaqlaşdırır?
Hər kəsin sevdiyi serial cütlüyü onlar oldu-FOTO
Koronavirus barədə ilk dəfə məlumat vermiş mərhum həkimin övladı dünyaya gəldi
Britaniyalı məşhur müğənni vəfat edib - VİDEO
Şahzadə Diananın qardaşı qızı 60 yaşlı biznesmenə ərə gedir-FOTO
Krım sakini yadplanetlilər tərəfindən oğurlandı – Şok olay
Türkiyənin bu yeniliyindən Azərbaycan da qazanacaq
Qoltuq altı qaralmalarından qurtulun
Uşaqlarda rast gəlinən yoluxucu xəstəliklər
Uşaqların sosial-psixoloji inkişafı-25
Silvestr Stalloninin anası öldü
"Afili aşk" FİNAL edir-SƏBƏB
Arıqladan ballı alma sirkəsi
Sabah hava necə olacaq?
Düşüncə dərsi (3)
Nazirlər Kabineti rəsmisindən koronavirusa görə birdəfəlik ödəmə AÇIQLAMASI
2019-cu ilin ən gözlənilməz kəşfləri
Kalori saymadan arıqlamağın 10 yolu
Yağış suyunun faydaları
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
16 yaşında özünə məktub
Pomidorlu və püstəli salat
Evdə frappe qəhvə (foto-resept)
Sami Yusufdan Laçınla bağlı paylaşım














