"Həyatda böyük uğura nail olmuş hər kişinin arxasında onunla fəxr edən arvadı və təəccüblənmiş qaynanası durur" (Bruks Heys)
Deməli, belə - əziz dost, evlənmisən. Yazdıqlarımı "ailə qurmusan", "həyatda birgə addımlayacağın adamı seçmisən", "subaylığın daşını atmısan" və ilaxır kimi ifadələrlə əvəzləmək, vətəndaşlıq vəziyyətinin dəyişməsini xeyli təmtəraqlı, hətta bayağı cümlələrlə ifadə etmək olar.
Amma düşünmürəm ki, belə gurultulu kəlmələrə ehtiyac duyuruq. İllər əvvəl mən də belə romantik idim və düşünürdüm ki, həyatımın ən gözəl dövrü başlayır.
Ən azı, ona görə ki, səhərlər işə yollanmazdan əvvəl çay dəmləmək, axşamlar paltar yumaq, xörək bişirmək - bir sözlə, kirayədə qalan subay adamın həyatındakı xırda, amma zəhlətökən, yeksənəq, günbəgün təkrarlanan primitivizmlərdən yaxamı qurtarmışdım.
Düşünürdüm ki, evlənəndən sonra axşamlar rahatlıqla futbola baxa biləcəyəm və soyuducuda ərzaqların nə durumda olması da məni qətiyyən maraqlandırmayacaq.
Belə də oldu, amma dərhal yox.Ailə həyatı veteranı kimi bir və əsas məqamı, daha doğrusu, evlənən hər gəncin bilməsi lazım olan həqiqəti yazıram: QAYNANA ilə ehtiyatlı olun.
Afrikada olmusunuz? Mən də olmamışam, amma bilirəm ki, orada nə var, nə yox - televizora baxıram. Televizor deyəndə ki, əla alətdi,
plazma ekrandı, bir ay olar almışam, kreditini də hələ tam ödəyib qurtarmamışam, di gəl, nə olsun ki, əvəzində qonşum Əliağanın paxıllıqdan köynəyinin yuxarı üç düyməsi boyda məkanı çatlayır.
Xülasə, qayıdaq mövzuya. Bax, həmin Afrikanın cəngəlliklərində yaşayan və ya yaşamaq istəyən insanların başlıca həyat qanunu var.
O qanun təxminən belədir: "Yırtıcılardan qorun, yoxsa parçalayarlar səni - ən böyük yırtıcını isə qətiyyən yaxına buraxma".Afrikalıların dilindən çevirəndə təxminən belə səslənir. Bəlkə də başqa cürdür, bilmirəm, bu barədə veriliş gedəndə bizim xırda gədə elə atılıb-düşür, qıyya çəkirdi ki, başım qarışmışdı təlim-tərbiyəyə. Yəni sonbeyişin üstünə bağırmağa, arvadağaya göz ağartmağa və otağın küncündəki kresloya qısılmış qaynanaya da arvadağaya ağartdığım gözün yanındakı o biri gözü bərəltməyə.
Qaynanaya olan sevgi kilometrlərlə ölçülürBeləcə, gəldik mətləbə. Məndən soruşa bilərsən ki, haşa, qaynanam niyə kresloya qısılıb oturub və mən də qəzəblə ona baxanda daha da qorxur.Bəli, bu, əsas məsələdir və indi ondan bəhs edəcəyik.Az əvvəl (yazının ilk cümlələrinə bax) bəhs etdiyim kimi, yenicə evlənmisən və hələ anlamırsan ki, dünənki mərəkədən - yəni toydan - sonra sənə qaragöz (mavigöz, qonurgöz, yaşılgöz və ilaxır) mələklə toyuna yazılmış, şadlıq evinin haqqı ödənəndən sonra qalan pullar çatıb. Təbii, o pulları və mələyi götürüb bal ayına yollana bilərsən. Məsələn, Arktikada ağ ayıları fitləyib qorxuda bilərsən və xanımın da sənə baxıb qürrələnər, ya da Monqolustan çöllərində özünü süvari hesab edib yəhərdəki nahamvar oturuşunla atı gülməkdən infarkt vəziyyətinə sala bilərsən. Bütün bunlar öz yerində.Bir məsələ də var ki, dünəndən fərqli olaraq bu gün qaynanan var. Qorxma, səni hürkütmək istəmirəm, axı qaynana ilə kürəkən arasındakı münasibətlər barəsində elimizin o qədər bayatı, əfsanə, rəvayət, nağıl, şeir, qəsidə, ballada, poema və ya arxivlənməmiş faylları var ki, saymaqla qurtaran deyil.Bircə onu bil ki, od olmayan yerdən tüstü çıxmaz, pis-pis saytlara baxılmayan kompüterə də antivirus proqramı yazmazlar.Ona görə də özünü ələ al, taleyinlə barış və anla ki, planetar miqyasda bir haqq-hesabla qarşılaşmısan.Təbii, ən yaxşı yetim qızla evlənməkdir. Amma artıq gecdir.Simanda rişxəndli təbəssümü görürəm. Bilirəm, dodaqaltı deyirsən ki, xeyr, sənin qaynanan elə olmayacaq, o, əla qadındır və hər şey əla olacaq.Bəs nə... Bəyəm o deyildi ki, dünən toyda sənə səadət arzulayırdı? O idi.Amma sən həmin kəlmələrdən sonra dübarə söylənən "Onu da əlavə etmək istəyirəm ki..." sözlərinə qulaq asmadın, çünki tamadanın "İndi də söz verilir bəyin iş yoldaşlarına" kəlmələrindən sonra ofisdə qonşu otaqda oturan o gözəlçəni görüb ağzın getmişdi qulaqlarının dibinə.Düşünürsən ki, qaynananın dediyi "əlavə etmək istəyirəm ki..." kəlmələri bica məsələdir?
Ay-hay...O kəlmələr sənin bu günədək olan bəyaz, pəmbə, sakit həyatının sonudur.Ona görə də indi yazacaqlarımı qulaqlarında sırğa elə - qorxma, məcazi məna nəzərdə tutulur.
Beləliklə, başlayaq.
I qanun. Qaynana toya qədər həlim, gözəl, xoşxasiyyət görünməsinə rəğmən, yaramaz, qəddar, qaniçən məxluqdur. Bu qanunu gündə 164579 dəfə təkrarla və əzbərlə.II qanun. Qaynanadan xoş münasibət və səmimiyyət gözləmək Həştərxan xoruzunun yumurtlamasına ümid etmək təkidir. Nə etsən də, onun qarşısında nə qədər əyilsən də, ona nələr alsan da, yaltaqlansan da unutma - sən o adamsan ki, qaynananın dünya gözəli, misli-bərabəri olmayan, gözünün ağı-qarası qızını əlindən almış adamsan. Və indi də öz axmaqlığınla onun, yəni qaynananın həyatını zəqquma döndəribsən.III qanun. Qaynana ilə lokal toqquşmalar və "cəbhə bölgəsi"ndəki atışmalarda arvadın sənə yardımçı olmayacaq. Hətta arvadınla qaynanan toyuna qədər it-pişik kimi davranıblarsa belə. Niyə?! Çünki arvadın "arxa cəbhə"nin möhkəm və etibarlı olmasını istəyir. Axı sənin hansısa hərəkətindən sonra "üü-üü" deyərək ağlamaq, "Dədəmin xarabasına gedirəm!" deyib sənin qaynananın yanına yollanmaq, arvadın üçün ən rahat evakuasiya vasitəsidir.IV qanun. Qaynatan sənə müttəfiq olacaq, amma çox zəif və passiv. O, sənin ərzi-hallarına, qəmküsari-şikayətnamələrinə, dadi-ahlarına qulaq asacaq, başını yelləyəcək, hərdən də əlini əlinə vurub "Pay atonnan, sən işə bax ha - bu arvad lap Pinoçetdir ki!" deyəcək, amma "genişmiqyaslı hərbi əməliyyatlar"a qatılmayacaq. Çünki qaynatan insandır və hər bir insan kimi yaşamaq istəyir. Özü də nisbətən sakit.Deməli, bu qanunların nəticələri necədir? Çox sadə. Qaynana ilə "sülh"ə nail olmaq mümkün deyil. Ona görə hansısa yaltaqlanmalar və baş bulamaqları bilmərrə unut - bunlarla vəziyyəti daha da ağırlaşdırarsan. Elə toy gününün ertəsi qaynana anlamalıdır ki, sən oğuz elnin qəhrəman övladısan, androidsən, samuraysan, timsahsan, adamyeyənsən, Çinqaçkuksan, Terminatorsan, Hannibal Lektorsan, Təpəgözsən, cəlladsan və ümumiyyətlə, Kinq-Konqsan.Bəlkə belə olarsa, qaynanan ilə "döyüş əməliyyatları"nda "atəşkəs rejimi" bərqərar olar, tərəflər arasında yalnız "xırda atışma"lar və "snayper" tutaşmaları olar.Nə etməli?Bir para məsləhətlər var. Əvvəla, qaynana nə deyirsə-desin, onun hər sözünə, hər fikrinə qarşı çıx. O, sən olan yerdə nəfəs almağa, köhnə bakılılar demişkən, "mıqq eləməyə" qorxmalıdır. Sənə ünvanlanmış suallara ya qaşlarını çatıb sifətinə təəccüblü görkəm verib cavab ver, ya da ümumiyyətlə, sus.Məsələn, qaynanan sənə "Sabahın xeyir, oğul" deyərsə donquldan "Xeyir ola, sabah xeyirdir?" de. Qaynanan ayın sonunda səndən "Oğul, maaşından bir xəbər yoxdur?" soruşanda corabında bit tapmış əsgər görkəmi al, qaşları çat, gözlərində ildırımları toqquşdur və söylə: "Hörmətli qaynana, sənin ərindən fərqli olaraq mənim aldığım pula maaş demək olar!"Əslində, bütün bunlar əsas məsələ deyil. Ən mühümü odur ki, geri çəkilmə, "əsir düşmə" və mövqeləri əldən vermə. Ailə həyatının ilk günləri, işğal edilmiş şəhərin fəthi təkidir. Özünü sərkərdə kimi hiss et. Fəth etdiyin şəhərə daxil olan kimi əsgərlərini poçt, teleqraf, şəhər darvazaları və kanalizasiya kimi ən mühüm obyektlərə qarovul qoy, bundan sonra isə qələbənin dadını çıxar...Di gəl, təcrübəli sərkərdələr bilirlər ki, uzun müddət arxayın qalmaq ölümə bərabərdir. Düşmən ahəstə şəkildə əsgərlərini ələ alacaq və günlərin birində ayılacaqsan ki, düşmən əhatəndə, özün də təksən.Bundan sonrası isə pambıq plantasiyalarında əbədi köləlikdir ki, orada hətta iş zamanı oxumağa da icazə vermirlər və bu səbəbdən də məşhur zənci müğənni olmaq şansların ümumiyyətlə, olmayacaq.Yəni qaynanan sənin bütün "müdafiə istehkamları"nı və "səngər"lərini ələ keçirəcək.Unutma ki, hər şey ən adi, hətta normal təsir bağışlayan "Oğul! Zəhmət olmasa, çörək al" kəlmələri ilə başlayır. Bil ki, qaynanan səni itaət və köləlik toruna salmaq istəyir. "Oğul!" Bu şirin səslənən kəlməyə aldansan, köləliyinin ilk anları başlayasıdır.Çünki hamı düşünür ki, burada nə var axı: bir dəfə çörək almaqla dünya dağılmır.Ola bilər ki, dünya dağılmasın. Amma sonra çörək, yağ, bazarlıq başlayacaq, daha sonra evi tozsoranla təmizlədəcəklər, xörək bişirəcəksən, qabları yuyacaqsan, hətta xalça-palaz çırpacaqsan."Qaynana ilə elə dalaşmaq gərəkdir ki, sanki həyatında sonuncu dəfədir"Köhnə və çox müdrik deyim var: "Kürəkən həyatında bir dəfə səhv edir". Çalış ki, o səhvi etməyəsən və bu səbəbdən də qaynanan səni çörək almağa yollamağa cəhd edəndə bərk məşğul olduğunu ona göstər - qoy, anlasın ki, kürəkən olmasa, bu dünyanın işləri kəllə-mayallaq vurar.Təbii ki, belə cavabdan sonra qaynana narazı qalacaq, deyinəcək və sair və ilaxır. Fikir vermə - deyinib, yorulacaq və sakitləşəcək.Ən yaxşı variant qaynanadan mümkün qədər uzaqda yaşamaqdır. Məsələn, ABŞ-da və yaxud Avstraliyada.Əsl idilliya olardı, amma hamının Amerika və ya Avstraliyaya yollanmaq imkanı yoxdur. Ona görə "yağı düşmən"lə elə onun öz ərazisində vuruşmaq gərəkdir.Əgər qaynanan bütün mövqeləri ələ keçiribsə və sənin qiyam cəhdləri kökündəcə boğulursa, onda uzunmüddətli, qaynananı təbdən salacaq "partizan müharibəsi"ni seç.Asandır belə "müharibə". Məsələn, qaynanan səni çörək almağa yollayanda evə 50 qram mismar, ya da 2 qəzet və ya 10 hava şarı ilə qayıt.
Səni bazara yolladılar - bütün pula pivə, ya da günəbaxan tumu al.Axşamlar isə qaynananın yanında oturub türklərin "ağlamalı" seriallarına bax və sürəkli olaraq soruş: "Qaynana, a qaynana, bu adamlar niyə ağlaşırlar? O bığlı kişi kimdir? Bu qız niyə hıçqırır? O arvad niyə gülür? Bu uşaq kimdir?"Əmin ol ki, belə axmaq suallara cavab vermək qaynananı zinhara gətirəcək və o, təxminən ilyarım-iki il sonra səndən əl çəkəcək.Bax, belə. Ümid edirəm ki, bu yazını oxuyandan sonra qaynana ilə davranmağın və ən əsası, ona qalib gəlməyin üsulları əyan oldu.Ancaq o da var ki, qaynanasız həyatın dadı olmur...
Mənbə:Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR