Ailə olmadan xoşbəxt və varlı olmaq mümkün deyil. Ən azından amerikalılar belə düşünürlər. "Gallup" təşkilatının apardığı sorğunun nəticələrinə əsasən, ABŞ-da ailəli vətəndaşlar tənhalara və ya boşanmışlara nisbətən öz həyatlarından daha çox razıdırlar. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.
Belə ki, sosioloqlar altı parametri nəzərdə tutan xoşbətlik indeksi tərtib ediblər. Bunlar həyatdan razılıq, emosional vəziyyət, fiziki sağlamlıq, iş şəraiti, sağlam həyat tərzi sürmək və baza tələbatlarından (məsələn, tibbi yardım) istifadə imkanlarıdır. Hər bir sorğu iştirakçısına onun cavabından asılı olaraq 1-dən 100-dək bal verilib. Qeyd edək ki, xoşbəxtlik indeksi ABŞ-da 2008-ci ildən başlayaraq hər il ölçülür.
Sorğuda yüz minlərlə adam iştirak edib. Nəticədə məlum olub ki, ailəli amerikalılarda bu indeks 68-69 bal (ən aşağı göstərici 2009-cu ildə qeydə alınıb və 68,7 bal olub) təşkil edib.
İkinci yeri tənha vətəndaşlar tutub. Onlarda indeks 64-dən 65 baladək təşkil edib. Dul amerikalılar öz xoşbəxtliklərini 63-64 bal və mülki nikahda olanlar isə 62-63 balla qiymətləndiriblər. Boşanmış və ayrılmış cütlüklər isə özlərini daha pis hiss ediblər (müvafiq olaraq, 59-60 və 55-56 bal).
Tədqiqatçıların qeyd etdikləri kimi, sorğu zamanı ailəli amerikalıların xoşbəxt olmaqla yanaşı, həm də başqalarından varlı olduqları da məlum olub. Belə ki, 2011-ci ildə ailəli vətəndaşların 22 faizinin gəlirləri 90 min dolları ötüb. Halbuki bu, boşananlar arasında cəmi 8 faiz təşkil edib.
Buradan nikahın xoşbəxtliyə və zənginliyə doğru birbaşa yol olması barədə nəticə çıxarmaq olar. Lakin buna baxmayaraq, sosioloqlar bu barədə yekun fikir söyləməyə tələsmirlər. İstisna olunmur ki, varlılar və xoşbəxtlər sadəcə olaraq daha tez-tez evlənir və ərə gedirlər. Həmçinin, həyatdan razılığa başqa amillər, məsələn, yaş və dini mənsubiyyət də təsir göstərə bilər.
Mənbə:trend.az
XƏBƏR LENTİ
Qanunsuz tikililərin sənədləşməsinə başlanılır
Bakıdakı çimərliklər təhlükə mənbəyidir
Ayrılıq acısı ilə mübarizə
Yas düzəldi, bəs toy?
Sobada göbələkli toyuq (foto-resept)
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Taysonu Çiliyə buraxmadılar
Instagram-da Yenilik
150 dollarlıq yığcam smartfon
Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq
Hər 40 saniyədə bir nəfər intihar edir
Bu yağdan istifadə edənlərin nəzərinə
486 müəllim imtahandan imtina etdi
Toxumaq dərsi-4
Yay geri qayıdır
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Göz altı torbaları
Hamı ilə oyun oynamağı sevən it
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
Günün ulduz falı
Düz qarına sahib olmağın 5 qaydası
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
Aşura günü bu məscid və ziyarətgahlarda qan verə bilərsiniz
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Haqlı olmaq mübarizəsi
Xəyalımızdakı gözəl evlər
Rəngarəng donlar
Təbrizin qədim ölçü vahidləri
Gözaltı torbalarını azaldan 5 ərzaq
Dənizə qərənfillər atıldı - Bulvarda neftçilər anıldı
"İsveçə gedə bilməsəm də..." Xəyalə Muradla müsahibə
Kremlə iyunadək vaxt verildi
Məşhur aktrisa ilk dəfə sevgilisi ilə-FOTO
Məşhur cütlüyün evində səslər yüksəlib
Dünyanın ən kiçik restoranı açılacaq
Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
Svarovski qaşlardan əşyalar
eBay-da satılan 9 bahalı məhsul
Namaz və onun qaydaları (4-cü hissə)
Qonaq otağı mebelləri
Daha az kalori üçün 12 təklif
Şahzadə Beatris 32 yaşını belə qeyd etdi
Şeyma Subaşı geyimlərini satır-FOTO
Günün ulduz falı
Hərəkət et, yaşa!
Bu xəbəri oxuyan uşağına onu verməz
Kalori saymadan arıqlamağın 10 yolu
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
İkimərtəbəli uşaq çarpayıları
Samsung xəstələrə kömək edəcək