Uşaqlar üçün əsas kompleks səbəblərindən biri də onların qulaqlarıdır. "Çömçə qulaq" kimi tanınan qulaq dikliyi əksər uşaqlarda var. Kiçik yaşlarda uşaqlar üçün bu hal nə qədər şirinlik olaraq qəbul edilsə də, yaş artdıqca onlar əslində belə qulağın normal olmadığını anlayırlar. Uşaqlarda çömçə qulaq xüsusilə məktəb dövründə psixoloji zədələrə səbəb olur. Yoldaşları arasında lağ mövzusu olan uşaqlar özünə inam problemi yaşayır. Halbuki kiçik bir əməliyyatla onları bu zədələrdən qorumaq mümkündür.
Estetik cərrah, LOR Südabə Sədrəddinovanın sözlərinə görə, uşaqlar üçün çömçə qulaqdan xilas olmanın ən uyğun dövrü 6 yaşdır. Qulaq inkişafı insanlarda 6 yaş ətrafında tamamlanır. Bu səbəbdən də ideal olan vaxt çömçə qulaq əməliyyatını uşaq məktəbə başlamadan etməkdir. Beləcə uşağın yaşayacağı psixoloji zədələrin və ictimai problemlərin də qabağına keçilmiş olar: "Otoplastika hazırda geniş yayılmış əməliyyat növüdür. Çömçə qulaq başla qulaq arasındakı bucağın normaldan daha geniş olması halıdır. Qarşıdan baxıldığında qulaq seyvanı diqqətə çarpır, qulaq seyvanının kənarları dik olur. Çömçə qulaq, estetik bir problem olub fiziki bir xəstəlik halı sayılmır. Ayrıca diqqət çəkəcək ölçüdə bir açıqlıq, çömçə görünüşlülük varsa, psixoloji problemlərə yol aça bilir. Müalicə və lazım olan əməliyyat edilməzsə, uşaq davamlı psixoloji problemlər və özünə inam itkisi yaşaya bilər. Əməliyyat edilmədikdə uşaq ya bu vəziyyəti qəbul edib bu şəkildə yaşamağa çalışar ya da çömçə qulağını davamlı olaraq gizləməyə cəhd göstərər. Təəssüf ki,xəstələr əksəriyyətlə gənc qızlıq dövründə bizlərə müraciət edirlər. Bu vəziyyətdə onların uşaqlıq və gənclik dövrlərində həm ictimai, həm də psixoloji baxımdan problemlərlə keçirmələrinə səbəb olur. Əməliyyat belə sayılmayacaq bir proses olan qulaq düzəldilməsində qorxulacaq bir hal yoxdur".
Estetik cərrah bildirir ki, 6 yaşdan yuxarı, hələ qulaq qığırdağı möhkəmlənməmiş uşaqlarda bu cür əməliyyatlar çox rahat və tez olur. 2 həftə ərzində isə qulaq anadangəlmə formada ağrısız və zədəsiz olur: "Çömçə qulaq əməliyyatında qulağın formasına uyğun əməliyyat yöntəmi seçilir. Qulaq seyvanının qığırdağı çəkilərək əksinə istiqamətə çevrilir. Qulaq qığırdağının ara-dib qismi başa tikilərək bucaq məsafəsi azaldılır. Daha sonra qulaq arxasındakı dəri çoxluğu çıxardılır və ardından da keçici bir qıf ilə bu formanın qorunması təmin edilir. Təxminən bir həftə sonra qəlib çıxardılaraq qulaq arxasındakı tikişlər sökülür. Əməliyyat tikişləri qulaq arxasında olduğu üçün gözlə görülməz. Əməliyyatdan 2 həftə sonra tamamilə şiş çəkilir və əməliyyat olunmuş qulaqda yenidən genişlənmə olmaz".
Qulaq əyriliklərinin uşaqlar üçün necə bir travma olduğunu valideynlərin başa düşməsi çətindir. Çünki məktəb və ya dost çevrəsində lağ nöqtəsi olan uşaq bunu ifadə edə bilmir və daxilən küsür. Ümumiyyətlə, güzgüyə baxmamaq, valideynləri ilə müqayisə etmək, toplumda əlləri ilə qulaqlarını qaşımaq və daim buna görə narahat olmaq vadar edir ki, uşaq evə qapansın və ona gülənlər ilə əlaqəni kəssin. Hər bir tərif isə uşaqda ikrah hissi oyadır və hər kəsin onu ələ saldığını düşünür. Bu isə uşaqlarda çox ciddi problemlər yarada bilir.
Psixoloq Gülər Namazova da bu fikirdədir. Onun dediyinə görə, bu gün valideynlərə uşaqlarının əməliyyatını təklif etmək belə qorxuludur. Çünki valideynlərin buna reaksiyası birmənalı olmayacaq və o razı olacaq ki, uşağı gülüş obyekti olsun, lakin bıçaq altına girməsin. Valideyn nəzərə almayacaq ki, bu travma uşağında bıçaqdan da ağır zərbə vurmuş olur: "Uşaqlarda yoldaşlarının onlara lağ etməsiylə psixoloji problemlər ortaya çıxar. Qız uşaqları saçlarıyla qulaqlarını örtər və başqalarının yanında saçlarını yığa bilməzlər. Oğlanların işi isə daha çətindir. Qulaqların əməliyyat edilməsi onlarda kiçik yaşlarından özünə güvəni artıracaq. Valideynlər buna estetik əməliyyat gözü ilə baxmamalıdırlar. Nəzərə almalıdırlar ki, uşaq üçün çömçə qulaq bu gün problem olmasa belə nə vaxtsa problem olacaq və qulaqlarına görə uşaq utanacaq. Ona görə, kiçik yaşlarından qüsurları düzəlmək daha məsləhətlidir. Xüsusən qız uşaqlarında yarana biləcək kompleksin qarşısını vaxtında almaq lazımdır, çünki qızlar gözəllik baxımından daha həssasdır və çox hallarda psixoloji travmanı da məhz qızlar alır".
Mənbə: Ekspress.Az
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR