Milli.Az movqe.az-a istinadən xəbər verir ki, tibbdə vitaminlərin hansının müalicə məqsədi ilə, hansının da xəstəliyin qarşısını almaq məqsədi ilə istifadə ediləcəyi müəyyəndir.
Nə vaxt hansı vitaminlərə ehtiyac oldduğu aşağıda qeyd edilib.
Böyrək çatışmazlığı olan və dializ xəstələri: Folik turşu, D vitamini
Mədə və bağırsaq əməliyyatı keçirənlər: B12 vitamini
Bağırsaqda problemi olan xəstələr: D vitamini, B12
Şəkər xəstələri: B1, B6
Vegetaryan: B12
VİTAMİN ÇATIŞMAZLIĞI
Vitamin əskikliyinin xəstəliklərə gətirib çıxara biləcəyi ilk dəfə 1896-cı ildə aydın olub və bu nəticə ortaya çıxıb:
• C vitamini əskik olanda dəri və diş əti problemləri
• A vitamini əskik olanda görmə problemləri
• D vitamini əskik olanda sümük problemləri
• B vitamini əskik olanda dəri və sinir sistemi problemləri yaranır
Qeyd edək ki, İnkişaf Etmiş və İnkişaf Etməkdə olan ölkələrdə qidalanma problemləri baş verən zaman vitamindən az istifadəyə çox rast gəlinmir. Ancaq vitamin problemi yalnız qeyri-kafi qidalanma zamanı ortaya çıxmır. Həyatımızın müxtəlif dövrlərində artmış ehtiyacın (körpəlik, hamiləlik, yetkinlik) ödənilə bilməməsi; diabet, böyrək çatışmazlığı, mədə əməliyyatları kimi problemlər yarada bilər. Vitamin müalicəsi deyilən zaman bu insanların xüsusi müalicə edilməsi lazımdır. Ancaq indiki vaxtda təbii qidalarla qəbul olunması lazım olan vitaminlər ,ehtiyac yaranmadan dərman olaraq təsadüfi alınır.
ÇOX QƏBUL OLUNAN VİTAMİNLƏRƏ DİQQƏT YETİRİN
Vitaminlər kimyəvi xüsusiyyətlərinə görə, suda və yağda əriyən vitaminlər olmaqla iki qrupa ayrılır. B və C vitaminləri suda əriyə bildiyi üçün bədənimizdə yayılması problem olmur. Buna görə əskiklikləri yağda əriyən vitaminlərə görə, daha çox müşahidə olunur. Çox qəbul olunması bədənə öyrəşmədiyi üçün çox vaxt problem yaradır. Yağda əriyən vitaminlər (A, D, E, K vitaminləri) çox qəbul olunarsa bədəndə yığılır və idarəsiz istifadə edildiyi zaman "hipervitaminoz" deyilən vitamin çoxluğuna gətirib çıxarır. Vitamin əskikliyi qədər çoxluğu da sağlamlıq problemidir.
Məsələn, D vitamini çox olduqda kalsium çoxluğu, D vitamini zəhərlənməsinə gətirib çıxarır. Artmış D vitamini bədəndə çox kalsium əmilməsinə, buna görə də ciddi kalsium çoxluğuna səbəb olur. Bu da ürək və böyrək sağlamlığı baxımından ciddi və əhəmiyyətli nəticələr doğurur. Çox miqdarda A vitamini, dəridə tündləşməyə, çillənməyə, baş təzyiqinin artmasına, şiddətli baş ağrısına, görmə problemlərinə səbəb ola bilər. K vitamini isə qanın laxtalanmasına istiqamətli problemləri ortaya çıxara bilər.
Yuxarıdakı məlumatlardan aydın olduğu kimi, tibbi olaraq vitaminlərin necə istifadə ediləcəyini müəyyənləşdirə bilərik. Vitamin istifadəsi ilə qarşılaşılan problemlər bu dərmanların dərman kimi qiymətləndirilməyib zərərsiz olmasını zənn etməkdən irəli gəlir. Hal belə olunca həkim icazəsi olmadan, idarəsiz və şüursuz vitamin istifadəsi dəyişik sağlamlıq problemlərinə də yol aça bilər. Xüsusilə ehtiyacdan çox istifadə olunduğununda bədəndə yağda əriyən vitaminlərin çoxluğuna daha sıx rast gəlinilir. Vitaminin çoxluğuna görə bu problemlər ortaya çıxır:
D vitamini çoxluğu qan kalsium səviyyəsində artmağa və buna bağlı olaraq əzələ krampları, ürək ritminin problemlərinə
A vitamini çoxluğu beyin təzyiqinin artmasına, əzələ gücsüzlüyünə, baş ağrısına, görmə problemlərinə
C vitamininin bədəndə çoxalmasına baxmayaraq, sidiklə atıldığından bəzi böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilir.
Xatırladaq ki, son vaxtlarda aparılan elmi işlər də yüksək dozada istifadə olunan E və C vitaminlərinin ağciyər xərçəngi riskini artırdığı göstərir. Araşdırmalar yüksək doza A, C və E vitamini istifadə etməyin mədə-bağırsaq, prostat xərçəngində xərçəng inkişafına səbəb olmasa da, insan ömrünün qısalmasına və şişin böyüməsinə dəstək olur. Gündəlik ehtiyac olunan miqdarda təbii qidalardan alınan vitaminlərin isə hər hansı bir problemə gətirib çıxarmadığı müəyyən olunub.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qanunsuz tikililərin sənədləşməsinə başlanılır
Bakıdakı çimərliklər təhlükə mənbəyidir
Ayrılıq acısı ilə mübarizə
Yas düzəldi, bəs toy?
Sobada göbələkli toyuq (foto-resept)
2016-cı ildə bu gəlinliklər dəb olacaq
Taysonu Çiliyə buraxmadılar
Instagram-da Yenilik
150 dollarlıq yığcam smartfon
Sankt-Peterburq görüşü barədə Minsk qrupu məlumatlandırılacaq
Hər 40 saniyədə bir nəfər intihar edir
Bu yağdan istifadə edənlərin nəzərinə
486 müəllim imtahandan imtina etdi
Toxumaq dərsi-4
Yay geri qayıdır
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Göz altı torbaları
Hamı ilə oyun oynamağı sevən it
Azərbaycandan keçəcək siklonla bağlı AMEA-dan şərh
Günün ulduz falı
Düz qarına sahib olmağın 5 qaydası
Türkiyə Ermənistanı 1915-ci il hadisələrini yenidən araşdırmağa çağırır
Aşura günü bu məscid və ziyarətgahlarda qan verə bilərsiniz
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Haqlı olmaq mübarizəsi
Xəyalımızdakı gözəl evlər
Rəngarəng donlar
Təbrizin qədim ölçü vahidləri
Gözaltı torbalarını azaldan 5 ərzaq
Dənizə qərənfillər atıldı - Bulvarda neftçilər anıldı
"İsveçə gedə bilməsəm də..." Xəyalə Muradla müsahibə
Kremlə iyunadək vaxt verildi
Məşhur aktrisa ilk dəfə sevgilisi ilə-FOTO
Məşhur cütlüyün evində səslər yüksəlib
Dünyanın ən kiçik restoranı açılacaq
Zibil yığanların ən çox pul qazandığı ölkələr - SİYAHI
Svarovski qaşlardan əşyalar
eBay-da satılan 9 bahalı məhsul
Namaz və onun qaydaları (4-cü hissə)
Qonaq otağı mebelləri
Daha az kalori üçün 12 təklif
Şahzadə Beatris 32 yaşını belə qeyd etdi
Şeyma Subaşı geyimlərini satır-FOTO
Günün ulduz falı
Hərəkət et, yaşa!
Bu xəbəri oxuyan uşağına onu verməz
Kalori saymadan arıqlamağın 10 yolu
ÜST rəsmisindən Azərbaycanda koronavirusla bağlı proqnozu
İkimərtəbəli uşaq çarpayıları
Samsung xəstələrə kömək edəcək
- ŞƏRHLƏR