
Azərbaycan qanunvericiliyinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələr verilməlidir.
Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Gülşən Həsənova mətbuata açıqlamasında bildirib ki, əcnəbilərə fərdi icazələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəyi nəzərə alınmaqla, Dövlət Miqrasiya Xidməti tərəfindən verilir:
"Fərdi icazə ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə tələb olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Nazirlik 5 iş günü müddətində daxil olmuş məlumatlara baxaraq, işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi vasitəsilə rəy verir. Nazirlik tərəfindən həmin müddət ərzində rəyin bildirilməməsi fərdi icazənin verilməsinə etiraz olunmadığı kimi qəbul edilir. Fərdi icazənin verilməsi və ya bundan imtina olunması barədə müvafiq qərar Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilir".
Hüquqşünasın sözlərinə görə, iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir: "İş icazəsi almaq üçün işəgötürən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu, nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandırmalıdır. Həmçinin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması mütləqdir".
Hüquqşünas Gülşən Həsənova deyib ki, iş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər: "İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış ərizə ilə müraciət etməlidir. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən ərizə-anketi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surətini, Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması haqqında tibbi arayışı təqdim etməlidir".
Sonda hüquqşünas bildirib ki, Azərbaycan Respublikasında haqqı ödənilməklə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına və onların müddətinin uzadılmasına görə 1000 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Rusiyanın gizli Qarabağ planı
Holland pendirli spagetti (foto resept)
Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol
Toya hazırlaşan cütlükdə xəstəlik tapıldı
Yay fəslində hansı rənglər dəbdədir?
5 gözəllik trendi
İşğaldan azad olunan Qubadlı və Cəbrayılın kəndlərindən VİDEOREPORTAJ
Özcan Deniz yeni villaya köçdü
Yeni BMW M3
Xərçəngin müalicəsi tapıldı - Türk alimdən İNQİLABİ ADDIM
Evdə yaşayan şir
Bakıda daha bir piyada keçidi istifadəyə verildi
Çində daha bir ölümcül virus qeydə alındı
5 min insanın ölümünə 2 yaşlı uşaq səbəb olub?
Bu sezonun eynək modelləri
14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi - FOTO
Hamiləlikdə yaşanan problemlər
Müəllimlərin sertifikasiyadan keçirilməsi müzakirə edilir
Bakıya qar yağacaq
"Qaz kəmərinin bərpa işləri bir neçə gün davam edəcək"
Pelin Karahan plastik əməliyyat olundu?-FOTO
Işın Karaca etiraf etdi
Siqaret yaddaş itkisinə səbəb olur
Qeyri-adi klaç çantalar
Puldan daha əhəmiyyətli olan...
Duasıyla xiyar yetişdirən bağban-FOTO
Məşhurlara məxsus bahalı üzüklər
Rövnəq Abdullayev şəhidlərimizin ailələrinə mənzil bağışladı
ATƏT Qarabağdan narahatdır
B vitamini çatışmazlığı yorğunluq yaradır
Azərbaycanın dühalarından biri: Altov
"Çocuklar Duymasın"ın aktrisası 20 kq arıqladı-FOTO
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
İran prezidenti: "Urmiya gölündə suyun səviyyəsində 10 sm artım müşahidə olunur"
Bu gün "Eurovision-2014"ün ikinci yarımfinalı olacaq
Hollivud ulduzundan ermənilərə təhqir
Türkiyəyə şok ittiham
Lobyalı-göbələkli salat (foto resept)
Hakim futbolçuya EVLİLİK TƏKLİFİ etdi -FOTO
Çiyələkli "Rafaello" (foto resept)
Yemək çantasına barmaqarası baxmayın!
Nilufər əməliyyat olundu
İnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu
ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
Yağlı dəriyə qulluq necə olmalıdır?
Pxisoloji xəstəliklərlə mübarizə aparmış məşhurlar
Gözəl əllərə necə sahib olaq?
Toxuduqlarım
Xalq şairi Söhrab Tahir dəfn edildi
Allah yanında ən sevimli iş nədir?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]