
Avropa səhnəsində böyük maraqla izlənilən Moskvanın "Helikon-opera" Musiqili Teatrı noyabrın 2 və 3-də Bakıda Heydər Əliyev Mərkəzində möhtəşəm proqramla çıxış edəcək.Mərkəzdən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Fondunun birgə layihəsi çərçivəsində noyabrın 2-də "Helikon-opera" Musiqili Teatrı "Əbədi sevgi" qala-konsertini Moskvada oktyabrın 31-də keçiriləcək premyeradan dərhal sonra Mərkəzin səhnəsində Azərbaycan tamaşaçılarına təqdim edəcək."Əbədi sevgi" qala-konserti "Helikon-opera" Musiqili Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertmanın yeni eksperimentidir. Proqrama ötən əsrin, xüsusilə 1960-cı illərin romantik hitləri, müxtəlif nəsillərin sevə-sevə dinlədiyi lirik musiqilər daxildir. Teatrın solistləri əfsanəvi "Bitlz" (The Beatles) qrupunun, Merlin Manro (Marilyn Monroe), Tina Törner (Tina Turner), Demi Russo (Demis Roussos), Adriano Çelentano (Adriano Celentano), Elton Con (Elton John), Selin Dion (Celine Dion), Uitni Hyuston (Whitney Houston) və digər dünya ulduzlarının repertuarından mahnılar ifa edəcəklər.Konsert ümumilkdə 21 mahnıdan ibarətdir. Çoxlarının ilk notlardan tanıdığı "All You Need Is Love", "I Believe in Love", "Je suis malade", "Only You", "Lady in Red", "Love Me Tender" də bu mahnılar sırasındadır.Noyabrın 3-də isə Heydər Əliyev Mərkəzinin səhnəsində italyan bəstəkar Umberto Cordanonun rus həyatından bəhs edən "Sibir" operası təqdim ediləcək. Bu səhnə əsəri iki gəncin təmtəraqlı çar Peterburqunda başlayıb ölkənin o biri başında - katorqada faciəvi sonluqla bitən sevgi hekayəsi barədədir. Quruluşçu rejissor Dmitri Bertmanın səhnələşdirdiyi opera yeddi ildir ki, teatrın repartuarındadır. "Sibir" tamaşası bu günədək Estoniya və Macarıstanda qastrolda olub.Xatıqladaq ki, "Helikon-opera" Musiqili Teatrını Dmitri Bertman 1990-cı ildə yaradıb. İlk truppası yeddi nəfərdən ibarət olan teatrda hazırda 350-dən artıq artist çalışır. "Helikon-opera"nın repartuarında 50-dən çox tamaşa var. Teatr opera əsərləri ilə yanaşı, mütəmadi olaraq folklora, operettaya və kino musiqisinə müraciət edir.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Onurğa sütunu üçün faydalı olan masaj
Botoks etdirən qadınlar eybəcər hala düşdülər - FOTO
Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh edib
Dovşandodaqlığın irsən keçmə riski nə qədərdir?
İsraildən koronavirusla bağlı ŞAD XƏBƏR
Müasir İncəsənət Muzeyində əməkdar rəssamın fərdi sərgisi açılıb
Bentley hibrid hazırladı - FOTO
Delfinlər
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
Anasına əsəbləşən uşaq sosial şəbəkədə diqqət çəkdi-VİDEO
Ölkənin əsas magistral yollarından birində hərəkət məhdudlaşdırılır
Bu ölkədə boşananlar ayrılıq gecəsi təşkil edir
Kral ailəsində bir İLK-FOTO
Sürücülük vəsiqəsini smartfon əvəzləyəcək
Sərt karantin tətbiq etməyən İsveçdə koronavirusa yoluxma kəskin azalır
Bu gün beynəlxalq Ana-Yer günüdür
Hadise anası ilə FOTO paylaşdı
“Taxt oyunları”nın sonuncu mövsümündən FOTO
Qarderoba nə əlavə etməli?
Zakir Həsənov cəbhədəki vəziyyətdən danışdı
Gənc aktyor çəkiliş zamanı öldü-SƏBƏB/FOTO
Yeni erməni rus savaşı
75 ildir böyüməyən ağac-FOTO
Mövlana sözləri -1
Prezidentin köməkçisi: “Nəvələrimiz bizdən 2020-ci ili soruşacaq və biz onlara tarixi danışacağıq”
Plastik istifadəsini azaltmağın yolları
2014-cü ilin gəlinlik modelləri
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
Qulaq cingiltisi beyin şişindən xəbər verə bilər
Fransa təkcə romantika şəhəri deyil
İbrahimoviç Parisdən qovulur
Professor İlham Rəhimovun kitabı təqdim olunub
Pensiya və maaş qalxacaq
Günün ulduz falı - 02.03.2014
Tonal krem seçimi
Epidemioloq Sergey Kravçenko: “Pandemiyanın “üçüncü dalğası” yoxdur” - MÜSAHİBƏ
Qara rəngli diş məcunu və faydası
Beyni aktivləşdirməyin ən asan yolu
Maksim Şevçenko Zəfər paradında iştirak etmək üçün Bakıya gəlir
Gündəlik sadə geyimlər
Qarğış edənləri hansı cəza gözləyir?
Evini boyamaq istəyənlər üçün
Aromaterapiya və istifadəsi
Xaricdəki diplomatik nümayəndəliklərin mədəniyyət mərkəzləri rəhbərlərinin uşaqları da diplomatik pasport ala biləcək
Ərdoğan Prezident İlham Əliyevlə görüşüb
İlon Maks oğlunun adını dəyişdirdi
2020-nin ən məşhur çantaları
Günün ulduz falı
Ukraynada koronavirusun ikinci dalğası başladı
Azərbaycanda yeni yol çəkilir














