Tədqiqatda 27 COVİD-19 xəstəsi iştirak edib. Tədqiqatçılar koronavirusdan əvvəl heç bir sağlamlıq problemi olmayan dörd xəstənin (14,8%) ensefalopatiya, baş ağrısı, əzələ zəifliyi və reflekslərin azalması daxil olmaqla yeni nevroloji simptomların ortaya çıxdığını tapıblar.
Müalicə üçün həmin 4 xəstə reanimasiya şöbəsinə yerləşdiriliblər. Beynin maqnit rezonans tomoqrafiyası zamanı dörd xəstənin hər birində dəyişikliklər müşahidə olunub.
Xəstələrin üçü elektroensefalografiya aparılıb və onlarda aktivliyin zəifləməsi aşkar edilib. Sinir keçiriciliyi üçün sınaqdan keçirilmiş hər üç xəstədə yüngül miyopatik və nöropatik dəyişikliklər müşahidə edilib.