Dünən gecə saatlarından bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən smart-kartlara ödəniş terminallarında əlavə 10 manat vəsaitin hədiyyə edilməsi ilə bağlı yanlış məlumatlar paylaşılıb, səs yazıları, elanlar verilib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da insanların kütləvi aldadılması halları aşkarlanıb.
“Azəriqaz” İstehsalat Birliyi olaraq bəyan edirik ki, belə məlumatlara aldanmayın və aşağıdakı şərhimizə diqqətlə yanaşın. Ümumiyyətlə smart-kartın bərpası deyilən bir xidmət mövcuddur. Yəni sosial şəbəkələrdə bu barədə yayılan video materialda da həmin proses tam düzgün izah olunur. Smart-kart necə bərpa olunursa, ondan danışılır.
Abonent məsələn, 10 manat vəsait yükləyib. Bu zaman kartı terminaldan tez götürərkən və ya həmin anda internet ötürücülərdə problem yaranarsa, vəsait karta yüklənməyə bilər. Amma ödəniş ödəmə qəbzində əksini tapır. Bir anda abonent vəsaitin yükləndiyini başa düşür və gəlib kartdakı məbləği sayğaca yükləyəndə, sıfır göstəricisi göstərir. Bu halda məsləhət görülür ki, smart-kart təkrar ödəniş terminalına aparılmalıdır və menyuda “Smart-kartın bərpası” seçilməklə əvvəlki məbləğ yenidən yüklənilməlidir. Yəni proses bu qədər sadədir.
Lakin kimlərsə bunu tamam başqa məqsədlərə yönəldib. Dünən gecə saatlarından etibarən belə bir ajiotaj yaradılıb ki, ödəniş terminallarında “Smart-kartın bərpası” düyməsini klikləməklə kartlara əlavə 10 manat da yükləmək mümkündür. Bəziləri bunu “Azəriqaz” İB-nin vətəndaşlara “hədiyyəsi” kimi də qələmə verib. Birliyin sosial şəbəkələrdə apardığı monitorinq zamanı da müşahidə edilib ki, bəzi marketlərdəki ödəmə terminalları qarşısında gecə saatlarında hətta növbələr də yaranıb.
Bildirmək istərdik ki, bu yanlış əməliyyat abonentlərin smart-kartlarında ciddi qüsur yarada bilər. Çünki hər ödəmə bir vahid kod üzərində icra olunur və təkrarsızdır. Yəni kartı ödəmə terminalına zərurət olmadığı halda daxil edib “Smart-kartın bərpası” düyməsini klikləyib əməliyyatı həyata keçirmək, yalnız həmin kartın sıradan çıxmasına gətirib çıxara bilər. Belə olan halda kartda yaranan qüsurlara görə yeni məbləğ yükləniləndə problemlər yaranacaq və bundan başqa abonentlər kartlarının əvvəlki qaydada işləkliyini təmin etmək üçün “ASAN xidmət”, “ASAN Kommunal” və Birliyin xidmət sahələrinə üz tutmalı olacaqlar. Bu zaman onların həm vaxt itkisi ilə üzləşməsi, həm də müəyyən müddətə qazsız qalması qaçılmazdır.
XƏBƏR LENTİ
Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
Sobasız pirojna (foto resept)
Mövsümi allergiya nədir və ondan necə qorunmalı?
Məşhur aktrisanın övladı tələf oldu
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi
Dərsliklər üçün rəylərin öyrənilməsinə başlanıldı
Lavandalı limonat
Hansı oyuncaq uşaqda hansı xüsusiyyəti inkişaf etdirər?
Şokoladdan Hökumət evi
Səməd Vurğun dünyası rənglərin işığında
Robbi Uilyams xəstəxanalıq oldu
Düyü ilə noxud şorbası (foto-resept)
Rəqəmləri birləşdir-8
Mehmet Ali Erbilin gənc sevgilisi danışdı-FOTO
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Olimpiya yığmamız Braziliyaya yola düşdü
Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçularımız - SİYAHI
Bakıda mənzillərin qiymətləri - CƏDVƏL
Məşhur aparıcıdan 10 milyonluq ianə
Bu gecə Azərbaycana qış gəlir
Ağalarovlar 20 il öncə və indi
Gözəl sırğa modelləri
Azərbaycanda yetim, atılmış uşaqlara müjdə
Qaynadılmış kartof sayəsində işıq yandırdı-VİDEO
Azərbaycanda 900-dən çox insan qidadan zəhərlənib
Saçınız sağlam olsun
Qitələrarası ilk “teleportasiya” keçirilib
Bakıya Yeni İl vitrinlərdən gəlir
HAVA necə olacaq?
Telefonla bağlı ÖDƏNİŞ SİSTEMİ dəyişir
Rusiya turistlər üçün açıq olan ölkələrin siyahısını genişləndirəcək
Dəbli paltolar
Zooparkdan 14 şir qaçdı
Girovlarımızdan məktub var
Fransız rəssamın heyranedici əl işləri
Son günlər müşahidə edilən hava şəraiti ilə
Aylıq gözəllik baxımına 10 min xərcləyir
Hava haqqında
İstanbulda yağan güclü qar Bakıdan aviareyslərin həyata keçirilməsinə təsir edib?
Dərslər nə vaxt və hansı formada başlayacaq? – AÇIQLAMA
Futbol tarixinin ən yadda qalan transferləri
İlin adamı bəlli oldu
Sabahın HAVASI
Çanta və ayaqqabı kombinasiyaları
Qarğıdalı şorbası (foto-resept)
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Yaşlı insanlar koronavirusa necə qalib gəlir? - ARAŞDIRMA
Qeybət qırmağı necə tərk etmək olar?
Bədbin düşüncə tərzinin mənfi nəticələri
Kainatın böyüklüyü nə qədərdir?














