Dekabrın 30-dan yanvarın 1-dək stansiyaların adlarını məşhurlar səsləndirəcək.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan qurum 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək.
2020-ci ilə sayılı günlər qaldığı bir vaxtda metronun stansiyalarında bayram əhval-ruhiyyəsi hiss olunur. Sərnişin axınının sıx olduğu “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Koroğlu” və “Avtovağzal” stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb.
Yeni il rəmzləri ilə bəzədilmiş retro vaqonlardan ibarət qatar bu dəfə də sərnişinlərin görüşünə gələcək. Dörd gün ərzində - dekabrın 29-dan yanvarın 1-dək “A” və “Р“”, eləcə də, 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu qatar “İçərişəhər” stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə biləcək.
Bakı metropoliteni daha bir ənənəsinə sadiq qalacaq. Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək. Hər il bu ənənələrə yenilik gətirən təşkilatçılar bu dəfə də tam fərqli layihə ilə azyaşlı sərnişinlərini sevindirəcək.
“İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Böyük şou-tamaşada nəhəng oyuncaqlar, şarlardan müxtəlif formalı fiqurlar düzəldəcək klounlar azyaşlı sərnişinləri əyləndirəcək.
Uşaqların sevimlisi olan sehrbaz isə tam fərqli formatlı və ilk dəfə nümayiş etdirəcəyi illüziya proqramı ilə izləyicilərini heyran qoyacaq.
Dekabrın 29 və 30-da “İçərişəhər” stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil ediləcək. Bu dəfə ənənəvi konsert prqramına da yenilik gətiriləcək.
Dekabrın 29 və 30-da saat 12:30-14:00-dək tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradacaq.
Bu il “Bakı Metropoliteni” QSC bütün sərnişinlərinə daha bir yeni il sürprizi edəcək. Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndirəcəklər. Məşhurlar stansiyaları üç gün ərzində - dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Ağıllı" zibil vedrəsi təqdim olundu-VİDEO
Üzə parlaqlıq verən maska
“Jazz”-ın yaranması
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Agentlər bu gözəlin izinə düşdülər
Dişləri də ağardan süd pəhrizi
Uşaq sahibi olan cütlər
Yerin yaxınlığından daha bir ASTEROİD keçdi-FOTO
Ordubad rayonu
Özünə güvənən uşaq böyütməyin 5 yolu
Kəlbəcərin İstisuyunun yeni görüntüləri - VİDEO
Qəbələdə torpaqla bağlı sənədlər vətəndaşlara təqdim olundu
Pendirli pomidor dolması (foto-resept)
Adi yumurta İnstagram-da rekord vurdu - VİDEO - FOTO
Xəzərdə nərə yoxa çıxır
Kobe ölümündən sonra cinsi təcavüz xəbəri ilə gündəmdə - FOTO
Konçita Vüst YENİ İMİCDƏ-FOTO
3 addımda köynəklərinizi yenidən yaradın
Amsterdam
Yanlış bildiyimiz məlumatlar
Torpaqda yetişdirilməyən gül
“Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqdən olan erməni əsilli muzdlular da var” - RƏSMİ
Hava haqqında - 06.10.2013
130 ölkədə 14 milyard ağac əkən gənc
Uşaqların təhsilində bağçaların rolu – sosial adaptasiya
Fransada ara qarışdı
Məşhur aktyor həyat yoldaşından şikayətləndi
HAVA necə olacaq?
Kəlbəcər rayonunun Zivel kəndi - VİDEO
İlk kosmik turist təqdim edildi
Davudoğlunun Ermənistana səfərdədir
"Çin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" - Səfir
Qadınların nifrət etdiyi 7 kişi geyimi
Şuşanın azadlığını Qurani Kərim, namaz və tortla qeyd etdilər - VİDEO
Google-dan yeni xidmət
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
Türkiyənin yeni azərbaycanlı baş naziri
Neft yenə bahalaşır
Dj Siena Xəyanət açıqlaması
Ağ Evdən cavab - "Qarabağ Azərbaycanın nəzarətinə qaytarılmalıdır"
Bədxərcsiniz, yoxsa qənaətcil?
Azərbaycanda nağıl kimi hadisə: ilan qıza vurulub
Ən məşhur taksi servisi Azərbaycana gəldi
Dünyanın ən varlı adamı məlum oldu
Azərbaycanda daha 31 nəfər koronavirusdan öldü: 802 yeni yoluxma
Almaniyadan böhrandan çıxmaqla bağlı təklif: İş həftəsi dörd günə endirilsin
Qadın.Netlilərin ixtisas arzuları (son)
Qozlu bulka (foto resept)
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
"Facebook" "Like"dan reklam məqsədilə istifadə edəcək














