Ailə kimin üçünsə bir imtahan, kimin üçünsə bir hədiyyədir. Əslində həmişə fərqli cür yanaşdığımız imtahan, bəlkə də, illərlə xəyalını qurduğumuz, fərqli duyğular bəslədiyimiz ailə həyatımızda da qarşımıza çıxır. Heç düşünmədən belə canımızı fəda edə biləcəyimiz övladımızla, hər şeyimizi, sirrimizi, sevgimizi, dərdimizi, ömrümüzü paylaşdığımız həyat yoldaşımızla, bir çox hallarda ömrümüzün, demək olar ki, yarısını paylaşdığımız qaynanamızla… Bəli, bütün bunlar əslində içində olduğumuz üçün fərqinə varmadığımız, ancaq səbr edib sinə gərəndə bizə cənnətləri qazandıra biləcək bir imtahandır.
Övladımızla imtahan – bəlkə də bir xəstəliyi ilə. Gözünün önündə çöhrəsindən çarəsizlik yağan və köməyə ehtiyacı olan övlad. Bax, burada əsl imtahan başlayır. Allaha (c.c.) təvəkkül görə bilmədiyimiz və bizə ədalətsiz, ağır kimi görünən, əslində isə pərdə arxasında bizi Cənnətə səsləyən övlad imtahanı. Nə böyük bir imtahandır, elə deyilmi?!
Həyat yoldaşımız – hər şeyimiz. Onunla da imtahan olunuruq. Bəzən işdən evə gec gəlməsinə, bəzən ailəsinə və ya övladlarına vaxt ayıra bilməməsinə və bir çox özünəxas əskiklərinə qarşı sevgi ilə səbr etmə… Bu da bir imtahandır və bunun kimi daha nələr… nələr…
Bütün bunlara baxmayaraq, ailə bir nemətdir. Əskiklər isə şorbanın duzu kimidir. Onlar olmasa, gözəlliklərin qədrini bilərikmi?
Ailə quran insanı “qəfəsə düşən quşa” bənzədən qafil insan nə qədər ayaqda durmağa çalışsa da, nə qədər vüqarlı görünməyə cəhd etsə də, çinara bənzəməyə çalışsa da, əslində payızda yarpaqlarını tökməkdən qorxan ağaca, qaşsız üzüyə, ləpəsiz dənizə, hilalsız gecəyə, qarşılıqsız sevgiyə bənzəyir.
Qoca çinarlar var ki, insan baxdıqca vüqarına, gözəlliyinə valeh olur, amma bir də kölgə saldığı yerə baxın, bir yaşıllıq gorməyəcəksiniz. Ailəni bir yük kimi görən insan da belədir. Nə qədər vüqarlı görünsə də, əslində bir o qədər aciz və tənhadır çinar kimi. O böyüklükdə ağac bir də görürsən ki, kiçik, cılız bir qurdun əlində aciz qalır və heç gözləmədiyimiz adi bir gündə yıxılır. Ətrafında heç nə olmadığı üçün dayaq tapa bilmir. Halbuki ətrafında, kölgəsində ağac bitməyə qoysaydı, bəlkə də, onların köklərinə sarılar və ayaqda durmağı bacarardı. İnsan da belə deyilmi? Xəstəliklərimizlə, nəfsimizlə imtahan olunanda bizə dayaq olan ailəmizdir. Biz onlar olduğu üçün bu qədər ürəkli, iradəli, güclü görünürük. Yoxsa, gücümüz nəyə çatar ki?
Bəli, sərv olmalıyıq, istər ailədə, istərsə də cəmiyyətdə. Bir çoxumuzun qarşısına çıxan ailə imtahanını özümüzə hədiyyə olaraq qəbul etməliyik. Axı qarşılıq olaraq bizə Cənnət vəd edilir. Sinə gərməliyik çətinliklərə, sıxıntılara və “xəyanət”, “ayrılıq” kəlmələrini unutmalıyıq. Yalnız gözəllikləri görməyə çalışmalıyıq. Ən azı buna cəhd göstərməliyik. Çünki işdir, araya ayrılıq girsə və bunun qarşısını ala bilməsək, ən azı vicdanımıza hesab verəndə “mən əlimdən gələni etdim” cümləsini rahatlıqla deyə bilək.
Allahın halal qıldığı şeylər arasında ən sevmədiyi şey boşanmadır. Bəzən bu kəlməni çox asanlıqla söyləyə bilirik. Halbuki, ayrılıq kəlməsinin arxasında nə böyük uçurumlar var. Ani bir hirslə dediyimiz bu söz bir ömür boyu bizi girdablara sürükləyir. Sonralar nə qədər həyatımıza yön verməyə çalışsaq da, artıq bu kəlmə içimizə bir cığır salmış olur və bir də düzəldilməsi mümkün olmayan, düzəlsə belə, əvvəlki kimi qalmayan yolda görürük özümüzü. Kaş ki, ailə nemətinin qədrini əlimizdə ikən bilək və nə olursa olsun, əlimizdən buraxmamağa çalışaq. Mirvari necə sədəfində dəyərlidirsə, ailə də bütövlüyündə qiymətlidir. Bax buna görə həmişə dəyərli olmağa çalışmalıyıq. Ən azı ona görə ki, bizlər Allahın yaratdığı ən ali varlıqlarıq…
R.Qızılgül
XƏBƏR LENTİ
Məşhur aktrisa efirlərə qayıdır-FOTO
Hello kitty-dən çantalar
Koronavirusa yoluxma ən çox bu bölgələrdədir - SİYAHI
Dəri ləkələri üçün pomidor suyu maskası
Qıvırcıq saçları düzləşdirmək üçün maska
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
Azərbaycanda 800 qramlıq körpə doğuldu
Azərbaycanda bəzi meşə sahələrinin sürüşmə təhlükəsi var
Peşmərgə Suriyaya keçdi
Dünyadakı ən lüks və bahalı 10 marka
Azərbaycanda şagirdlərin məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar
Mercedes-Benz-dən super Brabus
Qırılan dırnaqlardan xilas ol
Fərqli spaqettili maffinlər (foto resept)
2020-nin ən yaxşı çantaları
Havayı yaşamağın 10 yolu
Teylor Svift fanatına kömək etdi-FOTO
"WhatsApp"a kamera gəlir
"You-Tube" ilə bağlı inanılmaz qərar
Həccin vaxtı açıqlandı
Diş əti xəstəliyi və diş fırçalama
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
Yataq dəstləri
Güləşçimiz erməniyə aman vermədi
Yaz fəsli üçün maskalar
"Formula-1" Avropa Qran-prisi üçün biletlərinin 65 faizini əcnəbilər aldı
Hər il 5.3 milyon insan “tənbəllik”dən ölür.
Sizi "tox" saxlayacaq 7 qida
Asma çarpayı modelləri
Türkiyədə partlayış baş verib
Ərdoğana xəyanət edənlər yaxalandı
Az sədəqə çox bəlanın qarşısını alar
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
2012-ci il notbookları və netbookları
Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bürclərin bilinməyən xüsusiyyətləri
Yoluxma sayı 400-dən aşağı düşdü, 517 nəfər sağaldı - RƏSMİ
Metroda şalvarsız gün
Hamiləlikdə idman təklifləri
Dostlar, gedək Kəlbəcərə, səyahət edək Şuşaya...
Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr
İnstagramdan YENİLİK!
Yeni güclü antibiotik ixtira edilib
Koronavirusla bağlı son STATİSTİKA
"Andromeda" satıldı - 3,6 milyon avro
Limonlu duş
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Uğrunda can verdiyimiz müqəddəs bayrağımız
Günün qoroskopu: maliyyə problemləri mümkündür
- ŞƏRHLƏR