Ətrafınızdakıların sizdən narahat olduğu, hətta sizdən sürətlə uzaqlaşdıqları halları olubmu?...
Ağız qoxusu problemi yaşayırsınız?...
Stomatoloqunuzun təklif etdiyi kimyəvi müalicələr faydalı olmur ya da ağızınızı bağlayaraq danışmaq həll təşkil etmədiyi kimi sizi antipatikmi göstərir?...
Bu problemlərinizin həlli yollarının təbiətdə axtarmağa hazırsınızmı?...
Budur, ağız qoxusunun aradan qaldırmağın təbii yollarla üsulları!
-25 qram adaçayı
-25 qram lavanda çiçəyi
-25 qram yarpız
-15 ədəd hil
-1 litr su
Adaçayı, lavanda, yarpız və 15 ədəd hil bir qabın içərisində ½ litr su ilə bir buğum qaynadılır. Bu qarışıq 30 dəqiqə soyudulduqdan sonra süzülür və təmiz bir şüşəyə doldurulur. Ağız qoxusunu dəf etmək üçün bu qarışıq ilə gündə 3 dəfə qarqara edilir.
YAXŞI BU BİTKİLƏRİN DİGƏR FAYDALARINI BİLİRSİNİZMİ?
Adaçayı
Gecə tərləmələrində və həddindən artıq tərləmələrdə, lavanda çiçəyinin yanında köməkçi ola biləcək tək bitki olaraq göstərilir.
-Xəstəlik sonrası gücsüzlük hallarında müvəffəqiyyətlə istifadə edilə bilir.
-Kramplarda (kramp,əsasən qol və qıçlarda, bəzən iç orqanlarda da görülən və müxtəlif əsəbi, ruhi faktorlara bağlı inkişaf edən ağrılı, spazmlı əzələ sıxılmasıdır), onurğa iliyi narahatlıqlarında, orqan titrəkliklərində istifadə edilə bilir.
-Adaçayının qaraciyərə də çox müsbət təsir etdiyini meydana gətirdiyi bilinərkən, yaranan bütün narahatlıqları aradan qaldıraraq, qazları yox edir.
-Qan təmizləyici təsiri olan adaçayı, tənəffüs orqanlarını və mədəni bəlğəmli ifrazatlardan təmizləyir, iştah açır
-Adaçayı, mədəni və bağırsaqları rahatlaşdırıb qazların tənzimlənməsini təmin edir
-Kramp həll edici təsiri sayəsində, ishalda çox rahatlaşdırıcı təsir göstərir
-Arı sancmalarında, sancılan bölgəyə adaçayı yarpağının tozu tətbiq oluna bilir.
-Adaçayı xaricdən tətbiq olunduğunda (çalxalama və qarqara), badamcıq iltihabı, boğaz xəstəlikləri, diş iltihablanmaları, damaq və ağız boşluğu iltihablanmalarında və ya xoralarında xüsusilə təklif edilir.
-Adaçayı, agrıyan dişlərə, dişəti çəkilməsinə və qanamasına qarşı da istifadə edilə bilir. Bitki çayına batırılan pambığın xəstə bölgələrə tətbiq olunması uyğun hesab edilir.
-Əsəbi və yorğun olan kəslərə arada-sırada adaçayı duşları tövsiyə edilir.
-Zəif və gücsüz uşaqlara balla qarışdırılaraq içirilə bilir.
-Adaçayının həddindən artıq istifadəsində qan təzyiqi yüksələ bilir. Xəbərdarlıqçı xüsusiyyəti olmasından ötəri qan dövranının nizamlı işini təmin edər.
-Həzm sisteminin nizamlı işini təmin edir.
-Depressiv hallar və buna bağlı əsəbi titrəmələrdə istifadə edilir.
-Çayıyla qarqara edilsə ağız, dişəti və dildəki şikayətlərlə boğaz və badamcıq infeksiyalarına qarşı faydalıdır.
-Əsəbi yorğunluqlara yaxşı gəlir.
-Menopoz dövrü çətinliklərində azaldıcı təsiri vardır.Menopoz - insanlarda yumurtalığın fəaliyyətini tamamilə dayandırmasına deyilir.
Lavanda çıçəyi
-Cinsi gücü və cinsi istəyi artırar.
-Rahat və sakit yatmağı təmin edər.
-Sinirləri sakitləşdirir.
-Mərkəzi sinir sistemi və üst tənəffüs sinir sisteminə müsbət təsir edər.
-İshala xeyirlidir.
-Mədə və bağırsaq narahatlıqlarında müalicə edici təsiri vardır.
-Migren və baş ağrılarında təsirlidir.
-İştah açar.
-Qan təzyiqi aşağı olan kəslərin təzyiqini tarazlayar..
-Siniri zəif olan kəslərin sinirlərini sakitləşdirər.
-Birinci Dünya Müharibısi əsnasında yaralanan əsgərlərin yaraları xəstəbaxıcıları tərəfindən lavanda suyu ilə dezinfeksiya edilərdi.
-Ümumi qaraciyər narahatlığı və ya qaraciyər çatmazlığı şikayəti olanların imdadına çatan bir bitkidir.
-Xroniki Hepatit-B və Hepatit-C xəstələrinin də tətbiq edə biləcəkləri lavanda müalicəsini, Hepatit-B və Hepatit-C viruslarının aktiv olmasına qarşı, qaraciyərdə maddələr mübadiləsiini gücləndirir.
Saç tökülməsinə qarşı "Lavanda"
Bir tutam lavanda otunu (təxminən 4-5 qram və ya təpələmə 1 yemək qaşığı) 500-750 ml qaynamaqda olan suya əlavə edin. Təxminən 5 dəqiqə vam xodda dəmləyin. Dəmləmə tamamlandıqdan sonra ilıq olmağını ı gözləyin və ilıq ikən süzün...
Saçlarınız təmizdirsə dəmlədiyiniz lavanda suyu ilə saçlarınızı yuyun və yarım saat masaj edin . Yarım saatdan sonra yalnız suyla durulayın.
Əgər, saçlarınız çirkli və çox yağlanılmışdırsa əvvəl sabun (təbii yaşıl sabun) və ya şampunla yuyun. Sonra dəmlənmiş lavanda suyu ilə yuyaraq, yarım saat masaj edin. Daha sonra yalnız su ilə durulayın. Saç tökülməsi dayanana qədər həftədə bir-iki dəfə tətbiq olunur. Saç tökülməsi dayandıqdan sonra önləyici məqsədli olaraq zaman-zaman tətbiq edin.
Qaraciyər yağlanmasına qarşı "Lavanda"
Qaraciyər yağlanmasına qarşı mükəmməl bir dəstəkləyicidir.
Lavanta müalicəsi , kimyəvi terapiya ilə bağlı inkişaf edən qaraciyər fermentlərinin (transaminazlar > ALT, AST) yüksəlməsi vəziyyətində qısa zamanda idarə altına alınaraq normal səviyyələrinə enmələrini təmin edər. Qaraciyər yağlanmasına bağlı olaraq yüksələn qaraciyər ferment dəyərlərinin salınmasında, lavanda müalicəsinə paralel olaraq cəfəri-limon müalicəsi də tətbiq oluna bilər.
Yarpız
-Qusma və ürəkbulanmasının qarşısını alar.
-İqtidarsızlığı aradan qaldırar.
-Bədənin dinc qalmasına köməkçi olar.
-Mədə soyuqlaması, soyuqdəymə və qripdə faydalıdır.
-Bəlğəm və öd qovucudur.
-Menstruasiya gətirici, ürək rahatlaşdırıcıdır.
-Bədənə qüvvət verər.
-Sidik qovucudur.
-Qan təmizləyici təsirlərə malikdir.
Hil
-Həzm sisteminə xəbərdaredici təsiri vardır.
-İştah açandır.
-Yaddaşı gücləndirir.
-Ağız qoxusunu aradan qaldırmaq üçün istifadə edilə bilər.
-Qoxusu və dadı çox itidir.
-Dizenteriyanı müalicə edər.
-Bol sidik qovucudur.
-Mədəni rahatladar, qazı qovar.
-Mədə pozuqluğu nəticəsində meydana gələn migreni sakitləşdirər.(Miqren - başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılar olan nevroloji xəstəlikdir)
-Ağciyərlər üçün antiseptiktir.
-Bronxitə çox fayda verər.
-Tüpürcək ifrazını sürətləndirər.
Suyun təsiri isə danılmazdır
-Kafi miqdarda su içmək daha çox kalori xərclənməsini təmin edər.
-Aç qarınına içildiyində bədəndəki zərərli maddələrin atılmasını asanlaşdırar.
-Dərinin nəmini və gərginliyini artıraraq qırışların qarşısını alar, yumşaqlıq və parlaqlıq verər, selülitdən qoruyar.
-Eyni zamanda səsi gözəlləşdirər.
-Böyrəklərin işini nizama salar, sidik yollarını qum və daş əmələ gəlməsindən qoruyar.
-Sızanaqları yox edər.
-Mədə üçün imtina edilməzdir.
-Mədə yanması, gastrit və mədə xorasını yaxşılaşdırar.
-Əzələ ağrısını yox edər.
-Oynaq və yağlanan əzələləri açar.
XƏBƏR LENTİ
İştahı itirmədən arıqlamağın yolları
Normal bədən tempraturumuz necə olmalıdır?
Tibb bacısı: “Biz dəmirdən deyilik” - VİDEO
Putin 9 yaşlı uşağa İphone bağışladı
Zəlzələ ola biləcəyini 4 ay əvvəl demişdi... - VİDEO
Van Damın Bodrum sərgüzəştləri-FOTO
İspan dili (sınaq)
Pərdə seçimi
Zibillərdən hazırlanmış sənət nümunələri
Manikür modelləri
Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb
Fizika üzrə “Nobel mükafatı”nın qalibləri açıqlandı
Hazır göz makiyajı
Səhər yeməyinin əvəzedilməz ərzaqları
Ərdoğan ermənilərə qarşı hücuma hazırlaşır
Soya südünün faydaları
Sosial şəbəkə "xəstə"lərinə "dərman" tapıldı
Hava haqqında
Sabahın HAVAsı
İşğaldan azad edilən Kəlbəcərin daha bir kəndindən görüntülər - VİDEO
"Azərbaycan Türkiyənin və Fransanın yanıdadır"
Tələbə qız şəkilləri sayəsində varlandı-FOTO
İnstagram həvəskarları üçün yaxşı xəbər
Telefonla film çəkdi 25 min qazandı-FOTO
Bu qidalar sayəsində dəriniz qurumayacaq və daha gec qırışacaq
May ayında əfv gözlənilir?
Portağal pəhrizi
Bankok sakinləri havasız qaldı-FOTO
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi -Siyahı
ABŞ-ın tanınmış aktyoru vəfat edib
Qozadan "Kirpi" düzəldilməsi
Azərbaycan əhalisinin gəlirləri artıb
Biskvitli muhallebi (foto resept)
Toyuq dönərinə görə məhkəməyə verdilər
Məşhur müğənni ata olacaq
Sünnət üçün ideal yaş
Azərbaycanda işıqpulu ilə bağlı MÜHÜM XƏBƏR: BUNDAN SONRA... - VİDEO
Hamiləlik dövründə qidalanmağınıza diqqət edin
Tərləyərək arıqlamağa çalışırsınızsa...
Baralgin həbləri satışdan niyə yığışdırıldı?
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
Kişilər qadınlardan niyə soyuyur?
Düşmənin hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edildi - VİDEO
Ledi Qaqa bu dəfə də insanları təəccübləndirməyi bacardı-FOTO
Ermənistan mülki vətəndaşlara qarşı qadağan edilmiş silahlar tətbiq etməyə başladı
Stomatoloqdan qorxanlar oxusunlar!
Elton Con mükafatlandırıldı-FOTO
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Türk sərhədində erməni təyyarələri
Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO
- ŞƏRHLƏR