Oksitosin son illərin ən sevilən hormonlarından biridir. İllərdir anaların körpələrini dünyaya gətirmələri üçün lazım olan güclü rəhm sıxılmalarını başladan və körpə döşdən süd əmərkən südün körpənin ağzına fışqırmasını təmin edən bir hormon olaraq bilirdik oksitosini. Lakin, əsasən son illərdə oksitosinin ictimai əlaqələr və ruh halımızla əlaqədar sirləri ortaya çıxmağa başladıqca, bu qədim hormonun əhəmiyyəti gözümüzdə getdikcə artmağa başladı.
Bu gün oksitosin "bağlanma" hormonu olaraq xatırlanır; çünki ən sadə ictimai təsirlərdən, ana-körpə arasındakı bağlanmağa çatana qədər bir çox ictimai vəziyyətdə bu hormonun baş rolu oynadığını bilirik. Yekunlaşdıracaq olsaq, insanların bir-birlərinə inanmasını və ictimai olaraq bağ qurması lazım olan bütün hallarda, beyindən ifraz olunan oksitosin miqdarları artır. Bu da insanların bir-birləriylə inam içində birlikdəliklər qura bilməsidirki, hormonal alt quruluşunu meydana gətirir.
Oksitosin dərhal hər qarşılıqlı vəziyyətində yarana bilir.. Ana ilə körpənin hər cür qarşılıqlı, hətta ananın körpəsini düşünməsi belə ana bədənində oksitosin miqdarının qalxması üçün kafi olur. Lakin oksitosin yalnız analara, yaxud körpələrə təsir etmir. Gündəlik həyatda bəziləriylə birlikdə etdiyimiz hər cür fəaliyyət, bədənimizdəki oksitosin səviyyəsini artırır.
Yeni bir insanla tanış olduğunuzda, tədbir baxımından bir utancaqlıq yaşamanız təbiidir. Çünki qarşınızdakı insanın sizin üçün necə bir niyyəti olduğunu bilmirsiniz. Bu vəziyyətdə tətikdə olmaq üçün beyninizin amigdala bölgəsi aktiv hala keçər və yüngül bir gərginlik hiss edə bilərsiniz. Lakin az sonra, yeni tanış olduğunuz adamla ortaq bir söhbət mövzusu, bir neçə zarafat və hətta içdən bir qucaqlaşma, beyninizdə oksitosin ifrazını artırır.
Oksitosin əvvəlcə beyninizə gedib amigdala bölgəsini sakitləşdirər və amigdalanın beynə göndərdiyi "sarı həyəcan" siqnallarının kəsilməsini təmin edər. Ardından beynimizin ön bölgələrində olan mükafat mərkəzlərinə təsir edərək başda dopamin olmaq üzrə bir çox müsbət kimyəvi ifrazatın yaranmasına səbəb olar. Yəni qarşıdakı insanlarla səmimiyyət tələb edən vəziyyətlərdə beyinlərimiz bu səmimiyyətdən ən çox keyfi alacaq şəkildə kimyəvi bir dəyişmə keçirir.
Yalnız söhbət deyil, birlikdə edilən bir sıra idmanlar, dostlarla görüşmələr və hətta xor halında mahnı oxumanın də oksitosin səviyyəsini çox artırdığını bilirik. Hal-hazırda ictimai fobiyası olan və digər insanlardan utancaqlıq yaşayan kəslər üçün burundan sprey şəklində istifadə edilə bilinəcək oksitosin dərmanları üzərində sınaqlar davam edir.
Oksitosin necə ifraz olunur?
Oksitosin həqiqətən də çox gözlənilməz vəziyyətlərə cavab olaraq beynimizdən ifraz olunur və bizi ictimai olaraq daha təmin olmuş və bağlı insanlara çevirə bilir. Məsələn:
• Ehtiyacı olan bir insana birbaşa pul köməkliyi etmək: Xeyriyyə təşkilatlarında pul bağışlamaq belə bir təsiri göstərilməmiş; lakin ehtiyacı olan bir insana həqiqətən kömək etmək , o vəziyyətdə oksitosin ciddi artım göstərir.
• Bir dostunuza sevgiylə sarılmaq: Sarılmaq, oksitosin ifrazatının ən yaxşı yoludur. Bəlkə də buna görə sevgini ifadə etmənin də ən təsirli yollarından biridir.
• Facebookda bir yoldaşınızın köhnə bir paylaşmasını bəyənmək: Bəli, bəlkə bunu çox tez-tez etmirsiniz, amma yeni bir foto, paylaşma yerinə köhnədən yüklənmiş və artıq maraq çəkməyən bir paylaşmanı bəyənilməsi, göndərən adamda və sizdə oksitosin ifrazına səbəb olur. Səbəbi isə köhnə ortaq xatirələrin xatırlanmasıdır. Təxmin edəcəyiniz kimi bir araya gəlib köhnə günlərdə olduğu kimi xatirələri yad etmək də eyni işə yarayır.
• Komediya nümayişləri izləmək: Xüsusilə birlikdə izlənilən komediya nümayişləri, tamaşaçıların beynində oksitosin ifrazını artırır. Kütlə qarşısına çıxmadan əvvəl stress yaşayırsınızsa, yenə ən sevdiyiniz komediya tamaşalarından 15-20 dəqiqəlik bir hissəsi izlədikdən sonra çıxış etmək faydalı ola bilər. Çünki gülmək, oksitosin sekresiyasını artırır və bu da birlik qarşısından özünüzə etibarınızı dəstəkləyən bir infrastruktur meydana gətirər.
• Günəşli bir gündə gediş: Açıq havada edilən sakit gedişə də oksitosin sekresiyasını artırdığını bilirik. Əgər vaxtım yoxdur, deyirsinizsə, Steve Jobsun etdiyi kimi, bəzi danışıqlarınızı gedərkən etməyə çalışın. Böyük fərq yaratdığını görəcəksiniz!
• Atış təlimi etmək: Bəli, bir az qəribə bir yol; amma yoldaşlarla odlu silah təlimləri etmənin oksitosin sekresiyasını artırdığı göstərilmiş.
• Sizə inanan insanlarla bir arada olmağa çalışın: Birinə inanmaq deyil, amma bəzilərinin sizə inanması oksitosin ifrazat etməsinə səbəb olur. Evliliklərin uzun sürməsini təmin edən əhəmiyyətli ünsürlərdən biri də bu qarşılıqlı inamın olmasıdır. İnsanların sizə inanmasını necə təmin edəcəksiniz? Təbii ki, bolca yaxşılıq edib, açıq və dürüst olaraq .
• Sakitləşdirici musiqilər dinləmək: Xüsusilə romantik mühitlərdə seçim edilən ağır ritmli və sakitləşdirici musiqilər təsadüf deyil, çünki bu tərz musiqiləri dinləmək də oksitosini artırdığı bilinir.
• Oksitosin yaradan qidalarla qidalanmanızda yer açın: Nələr oksitosin ifraz edir? Yumurta, banan və acı bibər, oksitosin yaranması baxımından qabaqda gələn qidalardır. Sıxlıqla istehlak etmənizi təklif edərik.
• Dərin nəfəs məşqləri: Bütün ruhi və fiziki fənlər təməl başlanğıc nöqtəsi nəfəs alış-verişini nəzarət etməyə dayanır. Bu da təsadüfi deyil, çünki dərin diafraqma nəfəsləri, bir neçə dəqiqə içinə beyindən oksitosin ifrazını artırır. Gün içində bu əhəmiyyətli məşqə şübhəsiz yer açın.
Əlbəttə bütün yaxşılıqların tək səbəbi oksitosin deyil. Lakin bu nümunələrdən də gördüyümüz kimi, gözəl bir həyatın təməl xüsusiyyətləri, bədənimizdəki oksitosin miqdarını artırır. Oksitosinle əlaqədar son notumuz, bədənimizin ifraz etdiyi ən əhəmiyyətli antienflamatuvar, yəni "iltihab maneə törədici" maddələrdən biri olmasıdır.
Sevgi ilə dolu, böyük ailələr içində və xoşbəxt yaşayan insanların daha uzun ömürlü olmasını da indiki vaxtda oksitosinin bu təsirinə bağlayan çox araşdırmaçı var.
Dediyimiz kimi, insan çox mürəkkəbdir, içindəki sistemlər də elə. Lakin yalnız bir dənəsinə yaxından baxmaq belə necə yaşamamız lazım olduğu ilə əlaqədar çox şey pıçıldayır bizə .
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR