Ötən il alimlər Saturnun peyklərindən biri Enseladın qalın buz örtüyü altında maye sudan ibarət böyük okeanın mövcud olduğunu aşkar etmişdilər. Elə həmin andaca elm ictimaiyyəti hipotetik yadplanetlilərin yaşaya biləcəyi səma cismlərinin siyahısına Enseladı da aid etdi. Enseladın nüvəsini qızdıracaq Saturnun cazibə qüvvəsi, dərin okean, atmosfer təbəqəsini əvəz edə biləcək qalın buz örtüyü və s. şərtlər səbəbindən bir çox mütəxəssislər yadplanetli canlıları çox uzaqda deyil, elə kosmik ölçülərlə hesabladıqda bir addımlığımızda yerləşən peykdə axtarmağımızın daha məqsədəuyğun olduğunu irəli sürmüşdülər. Amma sözsüz ki iddilar fərziyyədən o yana keçmirdi. Elə isə Enseladda həyatın inkişafı nə dərəcədə mümkündür?
Bir ay əvvəl Kanada və ABŞ-dan olan planetoloqlar nəhayət rəsmi açıqlama verərək, Enseladın həyatın yaranması və inkişafı üçün bütün şərtlərə malik olduğunu bildiriblər. Əldə edilmiş məlumatlar Saturnun peykini Günəş sistemində yerdənkənar həyat nümunəsini tapmaq üçün ən real namizəd edir.
Avtomatik kosmik cihaz "Cassini-Huygens"-in təqdim etdiyi məlumatlar göstərir ki, Enseladdaki qeyzerlər yüksək tərkibli karbon qazı və bir sıra digər birləşmələri ilə fərqlənir. Mütəxəssislər güman edir ki, Saturnun peykindəki sular mineral maddələrlə zəngindir. Məlumatlardan yararlanaraq, alimlər Enselad sularının kimyəvi xüsusiyyətlərinin modelini hazırlayıblar. Hesab edilir ki, duz tərkibinə görə okeanı Yer okeanları ilə müqayisə etmək olar. Enseladın okeanı bundan başqa böyük soda qatılığı və yüksək qələvilik səviyyəsi ilə də fərqlənir.
Bütün bunlar peykin yanar süxurları ilə okean sularının qarşılıqlı əlaqəsindən xəbər verir. Bizim planetdə oxşar şərtlərə Şimali Amerikadakı Mono gölü malikdir. Orada balıqlar yoxdur, amma çubuqşəkilli ekstremofil bakteriyalar olan GFAJ-1 yaşayır. Yerdə varsa, Saturnun peyki Enseladda niyə oxşar mikroorqanizmlər mövcud olmasın?
Enselad Saturnun altıncı ən iri peykidir. Diametri 500 km-ə bərabərdir. 2005-ci ildə "Cassini-Huygens" aparatı oraya yaxınlaşdıqdan sonra peykə maraq daha da artmağa başlamışdı. Saturnun peyklərinin öyrənilməsi işinə həm də NASA və ESA TSSM-in birgə layihəsi həsr edilib. Mütəxəssislər 2030-cu illərdə növbəti dəlillərə yiyələnəcəklərini qeyd edirlər.
"Saturnun peyki Enseladda həyat mümkündürmü?" sualına hələlik verilə biləcək ən doğru cavab nə ola bilər? Mümkündür, amma bunu da nəzərə almaq vacibdir ki, həyatı mümkün edə biləcək şərtlər onu hökmən mövcud etməli də deyil. Yalnız bir şeyi dəqiqliklə qeyd etmək olar ki, tezliklə çox mühim tapıntıların şahidi olacağıq. Bunu, NASA və SETI kimi nüfuzlu kosmik araşdırma mərkəzləri də təsdiqləyir.
Həyatın təkamülü

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR