Əziz Qadın.Netlilər. Çoxdan istəyirdim ki, sizə aksesuar hazırlamaq haqda xəbər təqdim edim. Çox fikirləşdim ki, nə hazırlayım? Həm hər bir ləvazimat əlinizin altında olsun, həm də çox asan və dəbdə olan bir aksesuar olsun... Nəhayət, belə qərara gəldim ki, sizə bu il ən çox dəbdə olan şambala adlı qolbağın hazırlanmasını göstərim. Məncə, hamımızın evində haradasa saxladığımız muncuqlar var. Onlardan kimdə görsəm nəsə hazırlayıb verirəm özünə.
Siz də evdə nə muncuğunuz varsa, götürün və onları dəyərləndirin. Mənim bu gün hazırladığım qolbaqların muncuğu taxta muncuq olacaq. Bəlkə siz taxta muncuğu xoşlamırsınız və ya əlinizdə olan muncuq tam başqa muncuqlardır, fərq etməz, əsas odur ki, bəyəndiyiniz muncuq olsun. Deyəsən çox danışdım, bəlkə başlayaq?![]()
Bizə lazım olanlar:
1) 5-6 ədəd muncuq: istəyə bağlıdır, istəsəniz bunu 1 muncuqdan 10 muncuğa qədər artıra bilərsəniz.
2) İp: bu iplər xüsusilə "çanta sapı" adı ilə satılır, istənilən rəngdə olur, mən qəhvəyi və qara iplərdən hazırladım
3) Qayçı
4) Alışqan (iplərin ucunu yandırmaq üçün)
5) Skoç (hazırlayacağımız aksessuarı rahat hazırlamaq üçün bərkidəcəyik)

1.40 sm uzunluğunda qalın qəhvəyi ip, 30 sm uzunluğunda qara bir az nazik ip, 6 ədəd muncuq və skoç götürürük.
İlk öncə nazik qara ipimizə muncuqlarımızı keçiririk, sonra hər iki ucunu skoç vasitəsilə bərkidirk ki, tərpənməsin və işləməyimizə mane olmasın.
Gördüyünüz kimi ipin bir ucunu qara ipin altından salıb, qəhvəyi olan ipin içindən çıxarırıq.
Və bu düyünləri hardasa 10-15 dəfə təkrar edib təxmini bu uzunluğa qədər toxuyuruq.
Daha sonra muncuqlarin birini yuxarı çəkib onun altına da bu düyünlərdən edirik, mən burda iki düyün etmişəm, siz istəyə bağlı olaraq 2, 4, 6 düyün edə bilərsiniz, yəni iki-iki artıra bilərsiniz. Muncuqların arasında olan bu məsafələri düyünlər əvəz edir və hər dəfə üstünə bir muncuq atıb davam edin.
Bu minvalla davam edirik, muncuqlar bitdikdən sonra əvvəldə neçə düyün atmışıqsa, ən sonda da eyni sayda düyün atırıq və bitdikdən sonra iplərin sonunu yandırmaq yaddan çıxmasın.
Daha sonra isə iki ipi üst-üstə qoyuruq (şəkildə göründüyü kimi) və yeni eyni vəziyyətdə düyünlər atmağa başlayırıq, bu düyünlərin sayını bilmək üçün onu bilək qalınlığına görə ölçüb düyünlər atacaqsınız.
Sonda iplərin hər iki ucunu ya düyün edin, ya da əgər əlinizin altında həmin rəngə uyğun kiçik muncuq varsa, ipin sonuna keçirin. Bir də onu deyim ki, bu qolbağı qola taxmaq çox asandır, ipləri hər iki tərəfdən dartsanız, qolbaq böyüyəcək, biləyinizə keçdikdən sonra ipləri yığmaqla qolbağı bilək ölçünüzə görə yığacaqsınız.
İnşAllah razı qaldınız, bu dəfəlik bu qədər, bəyənsəniz ardı olacaq.![]()
XƏBƏR LENTİ
Sevgiləri sabahlara saxlayanlara
Arktikada yeni ada və boğaz tapıldı
Mikayıl Cabbarova YENİ VƏZİFƏ VERİLDİ
Bakı nəqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
HAVA necə olacaq?- 19 MART
Jirinovskidən Qarabağla bağlı səs-küylü AÇIQLAMA
Amerikalılar Facebook-dan narazıdırlar
Saçları nəmləndirən banan maskası
Azərbaycanda bu banklar da bağlandı
Addım-addım doğru qidalanmaq
Yanağına Harrinin şəklini döymə etdirdi-FOTO
Darıxdırıcı həyatı dəyişdirmək üçün nə etməli?
Türkiyənin iki ümidi öldü
Məşhur futbolçu ebolaya yoluxub?
Bakıya hava müjdəsi
Balaca qız uşaqları üçün çimərlik geyimləri
Tələbələrə part-time iş
Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ
Bu ölkədə hər gün 2 min qız öldürülür
Azərbaycanda neft axtarılır
Dünyanın ən eybəcər iti öldü
"Seqvey"lərdən istifadə fiziki hərəkətsizliyi artırır
“Pərviz “Survivor”da finala gedəcək” - VİDEO
Azərbaycanda köhnə maşınların qiyməti qalxdı
Burun tıxanmasına qarşı tədbirlər
Dostları Tatlısəsi tək qoymadı - FOTO
"Şagirdlər tədris prosesi zamanı həddən artıq yüklənirlər"
Azərbaycanlını Ginnesin Rekordlar Kitabına salacaq istedadı
10 ildir kəsdirmədiyi saqqalını kəsdirdi-SƏBƏB
Faydalı məsləhətlər
"Bir Zamanlar Çukurovada" yeni aktrisa
Kələm maskası
NASA Yerdən 23 dəfə ağır ekzoplanet kəşf etdi
Azərbaycanda internet niyə kəsildi?
İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda bir neçə obyektdəki vəziyyətlə tanış olublar
Mədə ağrısını azaldan qarışım
Dünyanın ilk uçan velosipedi
Yaşınıza uyğun gözəlləşin!
Bu yazın ən sevimlisi kimonolar
Bir dəfə də sus, bomba partlamayacaq...
İştahı azaldan qidalar
Şəki işıqsız qalıb
Bakıda doğulub xarici təmsil edən şöhrətli alimlər
Manatın dünya valyutalarına nisbətdə məzənnəsi
İtaliyalılardan qeyri-adi əyləncə: Bunu da “kəşf etdi”lər – VİDEO
Hazalla Burak arasında QALMAQAL- FOTO
Lampalarda yeni il simvolları
Dövlət başçısı: "Düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxarmasın"
Duzdan dərman düzəldin
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır















- ŞƏRHLƏR