Bu dünyada gərək dostu, görmüşəm
Süfrəsində yemək olmur çörəyi.
Aldanmışam, sirlərimi demişəm.
Dar günümdə kövrəlməyib ürəyi.
Kəlməbaşı yerli-yersiz and içib,
Hey danışıb sədaqətdən don biçib.
Gün dolanıb, həftə ötüb, ay keçib,
Axtarmayıb olmursansa gərəyi.
Gəl, oğulsan sonra, tapa biləsən,
Görüşəndə günahkarsan hələ sən.
Vay o günə borcu geri istəsən,
Ağrıdar başını dərdi, gileyi.
Qulaq asın, deyiləsi sözüm var,
Bicliyindən duza düşür qarğalar...
Ay qardaşlar, ay bacılar, insanlar!
Aldatmasın sizi şeytan kələyi!
İlham İdrisoğlu Brest 27.06.2010
Biqeyrət nə bilir elin qədrini?
Düşsən gülüstana bülbülü axtar
Sərçə hardan bilir gülün qədrini?
Səpilib qoynunu sonalar tutar.
Qarğa hardan bilir gölün qədrini?
Çeynəyib hər sözü ucuz edən var.
Düz yolu tərgidib çəp də gedən var.
Etdiyi əməlçün dırnaq didən var
Boş baş hardan bilir əlin qədrini.
Qeyrət kəmərini unudan insan.
Düz keçər yanından odlara yansan.
Pis olmaz arabir sözünü udsan.
Nadan hardan bilir dilin qədrini?
Danışıb özündən çıxanlar gördüm
Kükrəyib yalandan çaxanlar gördüm
Ay İlham, ucadan baxanlar gördüm.
Biqeyrət nə bilir elin qədrini?
İlham İdrisoğlu Brest 14.05.2012
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hərbçilərimiz təlim kursu keçəcəklər
2013-cü ilin gündəlik və mərasim geyimləri
İnanılmaz və qəribə dostluqlar
Qadin.Netlə bağlı ən xoş xatirələrimiz (Son)
Fərqli manikür nümunələri
Günün qoroskopu: Münaqişə etməyin!
Keti Perri hamiləliyini bu cür təsdiqlədi-VİDEO
Ermənilər hərbçimizi vurdular
Zaman və sevgi...
Azərbaycanda toylara icazə verilməsi ilə bağlı Hikmət Hacıyevdən AÇIQLAMA
Çində tibbi maska çatışmazlığına görə yeni çarəyə tapdı
Azərbaycan FHN-in təyyarəsinin Nepala uçuşu məsələsi həll edilir
Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA - VİDEO
Məşhur aktrisa ana olduğunu hər kəsdən gizlətdi
Qadın ana olandan sonra niyə aqressivləşir?
Kişilər nəyə görə qadınlardan hündürdülər?
Azan çiçəyi
Keyt Middltonun svarovski ilə bəzədilən geyimi - FOTO
AzTV Şuşada yayımlanmağa başladı - VİDEO
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
Burning Man festivalında qeyri-adi stillər
Fahriye Evcen baldızı ilə mübahisəsindən DANIŞDI
Bu qadın "Kainatın Gülüşü" tituluna layiq görüldü-FOTO
Britni Spirsdən arıqlamaq üçün məsləhət.
Təhsil qız üçün vacibdir yoxsa oğlan üçün?
Nurgül Yeşilçay ərə gedir-FOTO
Emin Ağalarov “Jara-2020”nin taleyinə aydınlıq gətirdi
Bakıda təhlükə: özünüzü qoruyun!
La Liqada ölüm-dirim mübarizəsi: "Kral" pusquda
Ağdərənin işğalından 26 il ötür
Azərbaycanda bir rayonda səkkiz müəllim koronavirusa yoluxdu - RƏSMİ
ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları
ABŞ-da 91 yaşlı qadın gözəllik kraliçası seçildi(FOTO)
Valideyinlərə SOS - Uşaqlar necə "zəhərlənir"?
Qadin.Netlilərin maraq dünyası (4-cü hissə)
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
"Zərif" piroqu (foto resept)
Peşə seçərkən diqqətli olun
Göyərti qutabı (foto-resept)
Pendirli-göbələkli kotletlər (foto resept)
Tapın görək?!
Pensiyaçılara Bakı 2015 müjdəsi
BÜRCLƏR bizə nə vəd edir?-4 Sentyabr
HAVA necə olacaq?-28 Sentyabr
Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edildi
I Pinco Pallino- dan uşaq geyimləri
Qarpızın fərqli təqdimatı
Etiket qaydaları
Güclü külək Bakıda tufan qopardı
“Çukur”da yeni aktyor
- ŞƏRHLƏR