Uzun donun vardı,uzun saçların.
Şənliyin,şuxluğun indiki kimi,
Amma çıxmaz yadımdan utancaqlığın.
Birinci kursda sən bambaşqa idin
Nə qaibin olurdu,nə də ki,ikin,
Oxuyurdun,yazırdın,əsl tələbə idin,
Qrupda bilənlərin sırasında gedirdin.
Amma...
Yalnız sənə demirəm hamımıza aiddir,
Bu dörd ildə nə qədər dəyişmişik kim bilir.
Kosmetika cəkirdik amma adın bilmirdik,
Amma indi söhbətimiz "Qala","Oriflame"dir.
Dəyişmişik gör necə,özümüz də bilmədən,
Biz bizikmi,ilahi,əsər qalmayıb bizdən?!
Birinci kurs mehriban,sakit,ağıllı idik,
Müəllimi ilahi,tanrı,Allah bilirdik.
Zamdekanın adını eşidəndə uzaqdan
Ürəyimiz əsirdi,tez çıxırdıq aradan.
Amma indi Yaşarı ələ salıb gülürük,
Qəmbərdən də qorxmuruq,"Şəkərbura" deyirik.
"Donuq məğrur baxışlar"-necə böyük səslənir,
Vaqiflərin,Kamilin kini qəlbimizdədir.
İmtahanda,zaçotda nə əzablar çəkmişik,
Stipendiya alınca hər zülümü görmüşük.
Qəzet pulu yığınca "starosta" yazığa
Dünyada ən "layiqli" sözlər deyilməyibmi?
Tort puly,bayram pulu yığınca biz yazıqlar
Əsəbdən,gərginlikdən təngə gəlməmişikmi?
Pul yığımı bir yana
Keçək imtahanlara.
Maarifin imtahani-təxribatlar meydanı.
Bileti dəyişən kim,yalandan danışan kim.
Kamilin imtahanı-şordan,balıqdan,ətdən
Verməzsən hazır ikin!
Habilin imtahanı-surunənlər dəstəsi
Bu gün Universitetdədir!
Namiqin imtahanı-Vallah,millət kefdədir...
Bütün imtahanlarımız belə başa çatırdı,
Tort müharibələri həmişə olmalıydı.
Uşaqlar yüyürüncə qalmış tortun üstünə
Səs basırdı hər yanı,görən çatacaq kimə?!
Tortdan ala bilənlər tez aradan çıxırlar,
Yerdə qalan yazıqlar termosa daraşırlar.
Bir qurtum çaydan ötrü söz-söhbət də düşərdi,
İki alanlarınsa heç nə vecinə deyildi.
Beləcə hər imtahan ləzzət verib bizlərə,
Hərə bir cür yaşadır bu anları qəlbində...
Bir zamanlar kiminsə Universitet dedikdə
Böyük hörmət hissiylə gözləri yaşaracaq,
Kimsə bu sözün belə fərqinə varmayacaq,..
Kimsə keçərkən bir gün bu möhtəşəm binanın
beş-on addımlığından
Ayaq saxlayaraq bir an
Gözləri yaşaracaq.
Qayğısız tələbəlik keçərək xəyalından
Baxışıyla süzəcək bu doğma binaları ,
Ayrılıq həsrətiylə axacaq gözyaşları...
Kimi isə keçərkən bu doğma küçələrdən
O günləri yadına salmamaq üçün qəsdən
Yolunu dəyişəcək,
Tələbəliyini belə yaddaşından siləcək...
Gəl düşünək,əzizim!Bir ayrılıq nədir ki,ona tabe oluruq?
Dörd il yaşananları asanca unuduruq.
Biz bir olsaq yaşayar xatirələr bizimlə,
Zövq versin tələbəlik yada düşdükcə bizə.
Həmişə arzularla gənc olaq indikitək,
Unutma-On dörd baci,beş qardaşıq,bir ürək!!!
Əzizlərim,bu şeri Bakı Dövlət Universitetində oxuyarkən tələbə yoldaşım Qəbələ rayonundan olan Ofeliya adli bir qız yazmışdı.Necə yazıbsa eləcə də sizlərə çatdırdım.Xatirə dəftərimdə bu şeri görəndə sizinlə də paylaşmaq istədim.Umidvaram ki,siz də bu şeri oxuduqca xəyalən öz tələbəlik illərinizə bir daha səyahət etmiş oldunuz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pijamalar
Sarkisyandan təslim mesajı
Azərbaycanda 631 həkim işə imtahanla qəbul olunub
Bakıda yeni avtomobil yolu və piyada keçidləri tikilir
Vanna otaqları
Öldüyü deyilən gənc qız dəfn mərasimində dirildi - FOTO
Yann Tiersen
Cenner 10 il əvvəlki FOTOsu ilə TƏƏCCÜBLƏNDİRDİ
Çimərlik geyiminin tarixi
Baş ağrısı
Rusiyaya getmək istəyənlərin nəzərinə: Qaydalar dəyişdi
Disney şəhzadələri bu günün trend geyimlərində
Nikahla bağlı yeni qanun
Müge Boz ərə gedir-FOTO
Sərt karantin günlərində aptekdən dərman sifariş verməyin qaydası
Yaşıl çay necə içilməlidir?
Qozun faydaları
Prezident seçkilərində MDB-dən olan qısamüddətli müşahidəçilər missiyası Azərbaycana gəlib
Günün qoroskopu: huşyar davranın, sayıq olun
Bir maşının neçə sürücüsü ola bilər?
İspan futbolçu rəsmən "Qarabağ"da
Küçə sənətindəki sürrealizm
Bayden ABŞ-da prezidentlik yarışını qazandı
Yuxu yozmaları - M
Bayram günü Dünya dağıla bilər
Bu avtobuslar yığışdırılır
Qoyun əti, süd, yumurta bahalaşdı
"Dördbucaq" piroqu(foto resept)
Sürücülər üçün: Cəriməni tez ödəyənə 50 faiz güzəşt
Gəncədə zəlzələ olub
Novruz bayramı günlərində əhali hansı regionlarda istirahətə üstünlük verir?
11 sentyabr terrorundan 12 il keçdi
Şəhid ailələri ilə bağlı təklif
Daha iki filmdə "Agent-007"ni canlandıracaq
Şlyapa necə yuyulmalıdır?
Səhv etmişəm?
"Azərbaycanın elektron imzalı sənədi bütün dünyada tanınır"
Demetin qızı 4 minlik gəlinciyi ilə diqqət çəkdi-FOTO
Günün ulduz falı
"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" qanunda dəyişiklik edildi
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
Kişilər üçün üz maskaları
ABŞ xakerlərdən daha yaxşı qorunacaq kosmik sistemlər hazırlayacaq
Polis zabiti İnstagram-dan sərvət qazandı - FOTO
“İndiana Cons” qayıdır: Harrison Ford yenə baş qəhrəman olacaq
Daha sağlam və daha gözəl əllər üçün
Ayselin “Eurovision 2018” mahnısı DƏYİŞDİRİLDİ:VİDEO
Qəbizliyi aradan qaldıran çaylar
Ürək sağlamlığını qorumaq üçün tövsiyələr
Ev üsulu saç boyama
- ŞƏRHLƏR