Qadin.NET / Eh tələbəlik...

Eh tələbəlik...

Səni ilk görəndə belə deyildin,

Uzun donun vardı,uzun saçların.

Şənliyin,şuxluğun indiki kimi,

Amma çıxmaz yadımdan utancaqlığın.

Birinci kursda sən bambaşqa idin

Nə qaibin olurdu,nə də ki,ikin,

Oxuyurdun,yazırdın,əsl tələbə idin,

Qrupda bilənlərin sırasında gedirdin.

Amma...

Yalnız sənə demirəm hamımıza aiddir,

Bu dörd ildə nə qədər dəyişmişik kim bilir.

Kosmetika cəkirdik amma adın bilmirdik,

Amma indi söhbətimiz "Qala","Oriflame"dir.

Dəyişmişik gör necə,özümüz də bilmədən,

Biz bizikmi,ilahi,əsər qalmayıb bizdən?!

Birinci kurs mehriban,sakit,ağıllı idik,

Müəllimi ilahi,tanrı,Allah bilirdik.

Zamdekanın adını eşidəndə uzaqdan

Ürəyimiz əsirdi,tez çıxırdıq aradan.

Amma indi Yaşarı ələ salıb gülürük,

Qəmbərdən də qorxmuruq,"Şəkərbura" deyirik.

"Donuq məğrur baxışlar"-necə böyük səslənir,

Vaqiflərin,Kamilin kini qəlbimizdədir.

İmtahanda,zaçotda nə əzablar çəkmişik,

Stipendiya alınca hər zülümü görmüşük.

Qəzet pulu yığınca "starosta" yazığa

Dünyada ən "layiqli" sözlər deyilməyibmi?

Tort puly,bayram pulu yığınca biz yazıqlar

Əsəbdən,gərginlikdən təngə gəlməmişikmi?

Pul yığımı bir yana

Keçək imtahanlara.

Maarifin imtahani-təxribatlar meydanı.

Bileti dəyişən kim,yalandan danışan kim.

Kamilin imtahanı-şordan,balıqdan,ətdən

Verməzsən hazır ikin!

Habilin imtahanı-surunənlər dəstəsi

Bu gün Universitetdədir!

Namiqin imtahanı-Vallah,millət kefdədir...

Bütün imtahanlarımız belə başa çatırdı,

Tort müharibələri həmişə olmalıydı.

Uşaqlar yüyürüncə qalmış tortun üstünə

Səs basırdı hər yanı,görən çatacaq kimə?!

Tortdan ala bilənlər tez aradan çıxırlar,

Yerdə qalan yazıqlar termosa daraşırlar.

Bir qurtum çaydan ötrü söz-söhbət də düşərdi,

İki alanlarınsa heç nə vecinə deyildi.

Beləcə hər imtahan ləzzət verib bizlərə,

Hərə bir cür yaşadır bu anları qəlbində...

Bir zamanlar kiminsə Universitet dedikdə

Böyük hörmət hissiylə gözləri yaşaracaq,

Kimsə bu sözün belə fərqinə varmayacaq,..

Kimsə keçərkən bir gün bu möhtəşəm binanın

beş-on addımlığından

Ayaq saxlayaraq bir an

Gözləri yaşaracaq.

Qayğısız tələbəlik keçərək xəyalından

Baxışıyla süzəcək bu doğma binaları ,

Ayrılıq həsrətiylə axacaq gözyaşları...

Kimi isə keçərkən bu doğma küçələrdən

O günləri yadına salmamaq üçün qəsdən

Yolunu dəyişəcək,

Tələbəliyini belə yaddaşından siləcək...

Gəl düşünək,əzizim!Bir ayrılıq nədir ki,ona tabe oluruq?

Dörd il yaşananları asanca unuduruq.

Biz bir olsaq yaşayar xatirələr bizimlə,

Zövq versin tələbəlik yada düşdükcə bizə.

Həmişə arzularla gənc olaq indikitək,

Unutma-On dörd baci,beş qardaşıq,bir ürək!!!


Əzizlərim,bu şeri Bakı Dövlət Universitetində oxuyarkən  tələbə yoldaşım Qəbələ rayonundan olan Ofeliya adli bir qız yazmışdı.Necə yazıbsa eləcə də sizlərə çatdırdım.Xatirə dəftərimdə bu şeri görəndə sizinlə də paylaşmaq istədim.Umidvaram ki,siz də bu şeri oxuduqca xəyalən öz tələbəlik illərinizə bir daha səyahət etmiş oldunuz.
22 avqust 2011
GO BACK