Barışı dərin düşüncələrdən yaxınlığında eşitdiyi hənirti ayıltdı. 50 yaşlarında bir kişi ağır-ağır nəfəs alaraq ona əl açmışdı. Kişinin geyiminin səliqəli, əl-üzünün təmiz olması Barışda təəccüb yaratdı. Öz-özlüyündə; "yaşlı adam gedib işləmək əvəzinə utanmadan dilənir", dedi, "bəlkə də məndən imkanlıdır".
Kişinin gözlərinin içinə baxaraq, ələ salırcasına:
-Çörək pulumu istəyirsən, deyə səsləndi.
-Yox, şokolad pulu istəyirəm; yaşlı insan cavabında dedi.
Barış heyrətlə kişinin üzünə baxıb, "necə də zarafatcıl diləncidir", deyə gülümsündü.
-Deməli, siz çörək tapmayanda şokolad yeyirsiniz, hə?
-Yox, oğlum, çörək tapmayanda aş yeyirik.
Barış bir anlıq duruxdu. Bu adam mənimlə zarafatmı edir, nədir?
Amma özünü itirməyib suallarına davam etdi.
-Bu gün qarnınız yaman doyub deyəsən, üstündən də şokolad istədiniz?
-Kasıbın könlünə şokoladmı düşər? Bu gün həyat yoldaşımın ad günüdür, şokoladı çox sevir, hədiyyə etmək istədim, deyə yaşlı adam cavab verdi.
Barış təəccüblə; -doğum günlərində tort alarlar, şokolad deyil, deyə gülümsündü.
-Oğlum, tort biz kasıblar üçün deyil, heç 30 illik evliliyimizdə yoldaşımın ad günündə tort aldığım yadıma gəlmir, amma şokolad hər zaman alardım.
Yaşlı insanın bu sözləri Barışa təsir etdi, elə bugün səhər yoldaşı ilə bərk dalaşıb evdən çıxmışdı. Hər nəqədər fikrini dağıtmağa çalışsa da bu ona müyəssər olmurdu. Qocanın səsi onu yenidən fikirlərindən ayıltdı.
-Mən dilənçi deyiləm, günəmuzd işləyirəm. Əlimdən hər iş gəlir, bu gün nədənsə heç bir iş tapa bilmirəm. Tərslikdən də bu gün mənim üçün çox önəmlidir.
Barış yaşlı adama yanında yer elədi, -Oturun, bir az dərdləşək.
Yaşlı adam utana-utana əyləşdi.
-Sizin qohum-əqrəbadan borc alacaq yaxınınız heç yoxdurmu?
-Yox, oğlum, hər kəs bizim kimi dolanır, pulları yalnız özlərinə bəs edir, heç dost-tanışım da çox deyil. Kasıbın dostu olurmu ki?
-Dilənəcək qədər çoxmu sevirsən yoldaşını?
-Həm də lap çox. 30 ilimə işıq saçdı o mənim.
-Maraqlıdır, 30 il, hə? 30 il davam edən sevgi, halbuki hər kəs sevginin 3 il yaşadığını söyləyir.
-Oğlum, bu 30 il mənim sevgimi heç azaltmadı.
-O zaman söylə xoşbəxt evliliyin sirrini. Mənə də öyrət, mən 6 ildir ki, evliyəm sevdiyim qadınla, amma xoşbəxt deyiləm, evimiz, pulumuz maşınımız, hər şeyimiz var, amma nəsə çatmır, sanki. Son zamanlar daha çox dava edirik... Sizin heç nəyiniz yoxdur, amma xoşbəxtsiniz. Bu necə olur?
-Heç nəyim yoxdur? Nə danışırsan, oğlum? Mənim dünyalara dəyər həyat yoldaşım var, ailəm var. Bəlkə, mən ona qiymətli heç nə ala bilmirəm, amma onu qiymətləndirirəm. Sən qadın ruhundan anlamırsan, oğlum. Bir qadını mal-mülk xoşbəxt edə bilməz.
-Bir qadını necə dəyərli edə bilərəm ki, dayı?
-Kiçik qızı sevərək, oğlum
-Kiçik qızmı? Hansı kiçik qız?
-Oğul, yaşı neçə olursa-olsun, hər qadının daxilində kiçik bir qız var. Diqqətə, qayğıya möhtac bir qız. Sən o qıza hər gün gözəl sözlər söylə, ona dünyanın ən gözəli olduğunu söylə, inan ki, qarşılığını alacaqsan.
-Dayı, mənim yoldaşım çox ciddidir, inanmıram ki, onda kiçik qız havası olsun.
-Oğul, qadınlar çox zaman sevgi, diqqət istəməyə utanırlar. Amma mütləqdir ki, onun daxilində o kiçik qız var, sən onu sevindir, kiçik qızlar həm tez sevinər, həm də tez qəlbləri qırılar, buna görə onu heç vaxt aldatma, yoxsa sənə inamı itər, hər sözünə şübhə ilə yanaşar.
-Oldu, dayı, məsləhətinizə əməl edəcəm, amma işim o qədər yorucudur ki, elə yorğun qayıdıram ki, evə...
-Bunlar bəhanədir, oğul. O kiçik qızı sevindirmək o qədər asandır ki. Həm xoşbəxt olmaq istəyən kişi ilk öncə həyat yoldaşını xoşbəxt etməlidir.
-Dayı, mən də inanın ki, hər gün ailəm üçün çalışıram, pul yığıram.
-Yenə pul, yenə xarici səbəblər. Oğul, qadın hədiyyə almağı sevər, amma o hədiyyənin yanında sevgini də qoymazsan, bir mənası qalmaz o hədiyyənin. Mən yoldaşıma brilliant boyunbağı ala bilmədim, amma onun boynunu sevgimlə, öpüşlərimlə bəzədim, bəlkə qulağına ən bahalı sırğa taxa bilmədim, amma hər gün sevgi sözləri pıçıldadım.
-Bəs, heç dalaşdığınız vaxtlar olmayıbmı
-Əlbəttə olub, oğul. Dalaşmaq evliliyin dadı-duzudur, həm yoldaşımda keçi inadı var, amma onunla barışmaq üçün əlləşmək mənə bir ayrı həzz verir.
Bunu deyib yaşlı adam ayağa qalxdı
-Artıq, mən gedim, yoldaşım narahat qalar. Sən də get evinə, yoldaşının qəlbini ələ al, yəqin, indi ağlayıb özünə zülm edir.
Barış yaxınlıqdakı şirniyyat mağazasına qaçıb gözəl bir tortla geri qayıtdı. Yaşlı adamla sağollaşıb meyvə dükanından cürbəcür meyvələr alıb evə yollandı.
Qapını açan yoldaşı pərişan halda idi. Ağlamaqdan gözləri şişmişdi. Barış meyvələri masanın üzərinə qoyub;
-Dünyanın ən gözəl qadınına ən gözəl və sevdiyi meyvələri aldım, dedi.
Həyat yoldaşı bir anlıq duruxdu:
-Sən ki, həmişə öz sevdiyin meyvələri alardın, indi nə oldu, bəs?
-Üzr istəyirəm, əzizim. Səhər səninlə kobud davrandım.
-Yox, Barış ürəyim çox qırılıb, bir meyvəylə hər şeyi unudacağımı sanma.
Barış yoldaşının əllərindən tutaraq;
-Səni sevirəm, məni bu sevgidən məhrum etmə, cəzam nədirsə, söylə, çəkməyə hazıram, dedi.
Həyat yoldaşı gülümsəyərək;
-Eləmi, Barış, yaxşı baxarıq görək, neçə cəzaya qatlaşa biləcəksən, deyə cavab verdi.
O zaman Barış yoldaşının daxilindəki o şiltaq kiçik qızı görə bildi.
Bəli, bundan sonra hər şey daha gözəl olacaqdı.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR