"Vətən borclu deyil,biz borcluyuq Vətənə!"-silsiləsindən.
Hekayə Xocalı faciəsi zamanı əsir götürlmüş uşağın, sonradan terrorçu kimi böyüdülməsindən və sonrakı taleyindən bəhs edir. Hekayədə vətənpərvərlik mövzusundadır, gənc, qürurlu, iti məntiqli və yaraşıqlı Azərbaycan oğlunun ermənilərlə yaşaması və sonradan vətənə terrorçu kimi gəlməsi, antiterror əməliyyatı və sair öz əksini tapmışdır.
"GECIKMIŞ QİSAS"
( Firuzə Çiçək - “Xəyanət Qoxusu” kitabından)
Sən oğrusan! Sən köləsən! Sən ermənisən!
(Puşkin)
... – Ay qız, Səidə, o uşaq niyə ağlayır?
Yun şalını başına bağlayaraq otaqdan çıxan qadın yenə gəlinini səslədi:
− Bu uşağa niyə baxmırsan, hə? Can, ağlama nənə qurban, nolub mənim balama? Səidə!...
Gəlinin səsi mətbəxdən gəldi:
− Hə, ana. Xəmirlidir əlim. Bilmirəm niyə ağlayır. Yeməyini indi vermişəm ki.
Qadın iki yaş yarımlıq nəvəsini astaca havada oynadaraq oxşamağa başladı:
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Səni Allah saxlasın,
Sayəndə mən dolanım...
Uşaq isə elə bil onu havada atıb-tutan, oynadan nənəsinin inadına gedir, daha da bərk ağlayırdı. Qolları yorulan cavan nənə uşağı yerə qoyub şirin bir məzəmmətlə dedi:
− Zalım balası, maşallah, qollarım yoruldu ki. Ay qız, xəmiri ver mənə gəl uşağı yatızdır. Saçlarını yığaraq ləçək vurmuş, ala gözlü gəlininə yaxınlaşdı:
− Ver mənə...
− Ana, bu dəqiqə qurtarıram, sən əlini bulama.
Balacanın beşiyi yavaş-yavaş yırğalanır, arzularını dünyalarca sevdiyi körpəsinə bəxş etmiş, beşiyinin başında keşikçi əsgər kimi dayanmış gənc və gözəl ana nəvazişlə layla deyirdi:
Layla dedim yatasan,
Qızılgülə batasan.
Qızılgüllər içində,
Şirin yuxu tapasan.
Qəfil çöldən gələn anlaşılmaz səs onu dayandırdı. Gəlin, qayınana ikisi də pəncərəyə doğru qaçdılar. Haradansa, uzaqdan göy gurultusuna bənzər şaqqıltılar gəlirdi. Deyəsən haradasa atırdılar. Son vaxtlar qonşu ermənilərlə münasibətlər soyuqlaşmışdı.
Və hətta bəzi yerlərdə qarşıdurmalar da baş verirdi. Gəlin təşvişlə dilləndi:
− Güllə səsinə oxşayır. Allah axırını xeyir eləsin...
Ağlamağa ara verməyən və indi daha çox çığırmağa başlayan körpənin səsi gəlini otağa qayıtmağa məcbur etdi:
− Ay Allah, bu niyə dayanmır? – beşiyi yırğalamağa başladı.
Qadın isə hələ də çölə – batmağa hazırlaşan günəşə tərəf baxırdı.Amma görünmürdü günəş. Hava boz və boğuq rəng almışdı. Sanki insanların az sonra törədəcəyi fəlakətinə, vəhşiliyinə qarşı göyün də üzü tutulmuşdu. Elə bil bir-birinə kiplənmiş buludlar öz qızıl taxtına enməyə hazırlaşan həyat eşqli günəşin insanlığa sığmayan bu soyqırımı görməyinə mane olmaq üçün çalışırdılar. Qayınana üşüdüyünü hiss edib içəri keçdi. Otağın kandarında dayandı. Qəribə təşviş dolu bir baxışla gəlinini və hələ də sakitləşməyən istəkli nəvəsini süzdü. Səidənin gözləri qayınanasının gözləri ilə toqquşanda bütün bədəni titrədi, sanki paltarında buz vardı. Heç özü də anlamadı nədir bu gözlərdəki. Təşvişmi? Qorxumu? Nigarançılıqmı? Yox, bunlardan daha fərqli, daha qorxunc idi bu baxışlar... Səidə narahatlıqla beşiyi digər əlinə ötürərək yırğalamağa davam etdi. Yenə qapıya tərəf baxdıqda hələ də həmişə cəsur tanıdığı bu qadının daş heykəl kimi dayanıb bu dəfə hansısa məchul bir nöqtəyə baxdığını gördü.
− Nolub, ay ana?!
Qadın bir neçə saniyə susub, geriyə döndü:
− Uşaqlardan nigaranam... – və qapıdan çıxdı.
Səidə fikrə getdi. O da ana idi. Ana ilə övladın ürəyi, hisləri, duyğuları isə həmişə ilahi tellərlə bir-birinə bağlı olur... Gəlin fikrini dağıtmağa çalışaraq, beşiyi yırğalaya-yırğalaya sevimlisinə, ürəkparasına layla deməyə başladı:
Qızılı butam, laylay,
Ətrinə batam, laylay.
Balam ərsəyə çata,
Toyunu tutam, laylay.
On beş dəqiqə keçməmişdi ki, aşağıdan eşitdiyi nalə gəlinin ruhunu bədənindən oynatdı. Özünü eyvana necə atdığını heç bilmədi, pəncərədən aşağı baxanda elə bil ayağının altından yer qaçdı. Üç erməni dığası qayınanasını təpikləyirdilər. Yerdə qıvrılan qadın ağrıdan huşunu itirmək dərəcəsinə çatır, nalə edirdi. Özünü müdafiə etmək üçün tərpənə belə bilmirdi. Ermənilərdən biri digər ikisini dayandırdı:
− Bəsdir, bəsdir. Daha aparın, hələ qocalmayıb, lazım olacaq...
Hava toranlaşmağa başlasa da, Səidə ata evində olarkən qonşuluqda yaşayan Hakopu yaxşı tanıdı. Alçaq erməni hələ əvvəl bir azərbaycanlını hansısa səbəbdən qətlə yetirib, Ermənistana qaçmışdı. Ondan sonra onu tapan olmamışdı. İndi onun eybəcər və bir tərəfi çapıq olan üzünü görəndə Səidə qeyri-ixtiyari qışqırdı. Bu an ermənilər pəncərədə dəhşət içində donub qalan Səidəni gördülər. Hakopun gözlərində murdar bir qığılcım parladı:
− Ooo, kimi görürəm?!
Səidə cəld geri çəkilib giriş qapısını bağladı. Körpəsinin yanına qaçdı. Amma heç bir çıxış yolu yox idi. Hakopu yaxşı tanıyırdı. Hələ qız vaxtı evlərində olarkən, Hakopun iyrənc baxışlarını üzərində hiss edirdi həmişə. Bunu xatırlayıb göz yaşı içində körpəsinin alnından öpdü. Kim bilir ananın bu lal baxışları beşikdəki ağlamaqdan qəşəng gözləri qızarmış, yanaqları allanmış bu körpəyə nə deyirdi? Bir təkcə Allah bildi, bir də körpə... Beşiyində vurnuxan körpə anasının yanında olduğunu görüb azacıq kiriyən kimi oldu. Qoşa əllərini havada oynadıb, qucağına getmək üçün istəyini qığıltısıyla anlatmaq istədi. Amma anasının onu qucağına almaq, ovundurmaq fikri yox idi deyəsən bu dəfə. Körpə burnunu qırışdıraraq dodaqlarını büzdü... Ana göz yaşı içində balasını bir də öpdü. Ayrıla bilmirdi beşiyindən:
− Səni Allaha tapşırıram!!!
Qapını sındırmaq üçün vurulan zərbə ilə Səidənin mətbəxə atılması bir oldu. Mətbəx bıçağını əlinə alaraq, düz ürəyinin tuşunda hazır saxladı. O azərbaycanlı, azəri türkü idi. Onun damarından axan qan təmiz türk qanı idi. Heç bir qarışığı olmadan... Tarix boyu qeyrətinə, cəsarətinə bütün millətlərin həsəd apardığı türk qadını. O ölümə də hazır idi. Amma düşmənin, yad bir əlin ona toxunmasına dünyasında razı olmazdı. Hakop saxta yalvarışlarla ona yaxınlaşmağa çalışdı:
− Yaxşı, zayka, axı biz qonşu olmuşuq. Sənin atanla dost olmuşam. Mən sənə heç nə eləmərəm. Uşağa da dəymərəm. Ağıllı qız ol, bıçağı qoy yerə... Səidə geri çəkildi:
− Alçaqlar, murdarlar! Nə istəyirsiniz axı bizdən? Nə, nə?
Bizimlə yaşayıb, süfrəmizdən yeyib, axırda arxadan vurursunuz. Yox, arxayın olun, heç vaxt çata bilməzsiniz o murdar arzunuza. Ruhumuza qəsd edə bilməzsiniz heç vaxt. Sizə elə ölü vücud qalar. Heç vaxt! Hakop irəli atılsa da, artıq gec idi... Hirslə mətbəxdən çıxarkən qan içində yerə sərilmiş Səidənin başına təpiklə vurdu, sifətini tapdalayıb körpə yatan otağa keçdi. Xəncər havada parladı...
− Sizin hamınızın kökünü kəsəcəyik, türk balası, bax belə beşikdəcə. Lakin Hakopun əli havada qaldı bir anlıq. Bayaqdan ağlayan körpənin gözündən zərrəcə yaş gəlmirdi. Sakit-sakit qarşısındakı “əcələ” baxırdı. Çox qəribə baxırdı...
Dığalardan biri otağa girdi:
− Gör sandıqdan nələr tapmışam. – acgözlüklə güldü.
Hakop qeyri-iradi, keyləşmiş halda ayağa qalxdı:
− Bu uşağı aparacam!
Tapdıqlarını ciblərinə doluşduran erməni silahın qundağı ilə Hakopun qucağındakı körpənin sinəsindən vurdu:
− Öldür, rədd olsun, türkdür, neyləyəcəksən?
Hakop başını bulayıb güldü:
− Bu gündən daha türk deyil. Baxaq görək o böyüyəndə mənə deyəcəksən? Abovyan, türkü yalnız türk məhv edə bilər.
Mən sənə borclu...
* * *
Aeroportdan çıxıb dərindən nəfəs aldı. Hər şey qaydasında idi. Pulu da Azərbaycan manatına dəyişmişdi. Yoxlanışda da heç bir narahatlıq olmamışdı. Sənədləri qaydasında olan bir rus vətəndaşı idi... Sergey İvanov. İşləri ilə əlaqədar müvəqqəti Bakıya xalasıgilə gəlmişdi. Bir müddət sonra - iki aya qayıdacaqdı. Sergey İvanov taksilərdən birinə yaxınlaşıb maşının qapısını açdı. Rus ləhcəsi ilə Azərbaycanca soruşdu:
− Şəhərə apararsan?
Saçının qarşı tərəfi bir az keçəlləşmiş, arxa tərəfi isə çallaşmış, üzündə dərin qırışlar şırım atmış taksi sürücüsü gənc oğlanı süzdü:
− Hansı ünvana?
Sergey sol əlindəki çamadanını buraxıb, gödəkçəsinin yaxasını açdı. İçəri cibdən səliqə ilə qatlanmış vərəqi çıxarıb açaraq sürücüyə uzatdı:
− Bura.
Sürücü başı ilə işarə edib soruşdu:
− Yükün çoxdu, yoxsa elə bunlardır?
Sergey arxa qapını açdı:
− Bunlardır. – çamadanları elə arxaya - öz yanına qoyub qapını bağladı.
Yol uzunu maşının pəncərəsindən ətrafı seyr edirdi. Necə böyük, necə gözəl şəhər idi. Bakı... Deməli, Bakı bu imiş. Dəyərmiş təriflərə. Sergey Ermənistanda olarkən ekranlarda, şəkillərdə görmüşdü Bakını. Rusiyaya gedəndə isə, orada bəzi əraziləri ilə xəritədə də, başqa üsullarla da qiyabi də olsa tanıtmışdılar bu şəhəri ona. Amma indi bu şəhərin özünə düşməsi onu bir az heyrətləndirmişdi. Gör onun düşmənləri necə gözəllikdə yaşayır. O artıq düşmən torpağındadır. Amma Sergeyi təəccübləndirən tamam başqa bir şey idi. Axı niyə o düşmənlərinin məskunlaşdığı bu şəhərə nifrətlə baxa bilmir? Niyə qaynaşan bu insanlar onun qəzəbini aşıb-coşdurmur? O, İrəvanda – Yerevanda böyümüşdü. Amma çox qəribədir ki, Bakı nəyinki onda nifrət doğurmur, hətta az qala doğma gəlirdi...
− Qardaşoğlu, deyəsən buralarda olan adam deyilsən ha, qəribsən? – ön güzgüdə ona diqqətlə baxan sürücü soruşdu.
Çölə baxmaqdan əl çəkib, başını arxaya söykədi:
− Rusam, buralı deyiləm.
Bu dəfə sürücü birbaşa arxaya çönüb, tez də çevrildi:
− Doğrudan? Heç oxşatmadım rusa. Atan, ya anan buralıdır? Kimin var Azərbaycanda?
Suallardan karıxmış Sergey başını yenidən pəncərəyə tərəf
çevirdi:
− Atam da, anam da rusdur! Bura xalamgilə gəlmişəm.
Sürücü başını yellədi:
− Elə bildim buralısan, bizlərə oxşadın. – gülümsündü - qaş qara, göz qara, bir az da qarabuğdayı. Amma ləhcəndən rus olduğunu tutdum o dəqiqə. Bizim dili harda öyrənmisən? Pis bilmirsən ha amma.
Sergey lap təngə gəldi:
− Xalam öyrədib... – tez də söhbəti dəyişdi - hələ çatmırıq?
Sürücü əli ilə qarşı tərəfdə bir-birinə dirənmiş maşın selini göstərdi:
− Tıxaclar qoysa çatarıq. Hələ indi yaxşıdır. Elə olur saatlarla tıxacda qalırıq. Neyləmək olar, qardaşoğlu, şəhər böyük, maşın da adamdan çox. Bir yanda körpü tikirlər, yolu genişləndirirlər, işıqfor qoyurlar, heç bir xeyri yoxdu. – yenə güzgüdə arxaya
ötəri nəzər saldı.
– Sən de görüm şəhərimiz necədir, xoşuna gəldi?
Sergey çölə baxa-baxa bir az dayandı, sonra fikirli halda yenə başını arxaya söykəyib, gözlərini yumdu:
− Gözəldir!...
Sergeyin 22 yaşı keçməsinə baxmayaraq, yaşından böyük görünürdü. Ona baxan əminliklə 25-26 yaş verərdi. Hündür boylu, cüssəli idi. Yoğun boynu vardı. Sifəti tunc rənginə çalırdı. Qara, qurd baxışlı gözləri isə mənalı və diqqətli baxırdı. Cod və azacıq qıvrımtəhər saçlarını sol tərəfdən yana ayırmışdı. Əynindəki qara dəri gödəkçənin yaxasını maşına əyləşəndə açmışdı.Geyindiyi bədəninə yaxşı oturuşmuş tünd göy vodalaskası sinəsinin əzələlərini qabarıq bildirirdi. Qara cins şalvar geyinmişdi. Ayağını bir-birinin üzərinə aşırıb, gözlərini açdı. Getdikcə başının ağramağa başladığını hiss etdi. Əlini cibindən çıxarıb boynunu bərk-bərk bir neçə dəfə sıxıb buraxdı, gicgahlarını ovuşdurdu. Heç keçənə oxşamır deyəsən, gərək dərman alım–deyə düşündü. Bayaqdan susduğu üçün səsi özünə birtəhər gəldi:
− Buralarda yaxında aptek var?
Sürücü söhbətə bəhanə tapıbmış kimi dirçəldi:
− Hə, bir az qabaqda işıqforun yanından dönsək var. Nolub, qardaşoğlu? Dilxor halda saatına baxdı, ağzıdolusu nəfəs alıb, ordlarını şişirtdi və astaca nəfəsini verdi:
− Başım ağradı.
Sürücü razılıqla başını buladı:
− Bilirdim ki, halında fərq olacaq. Adam heç vaxt olmadığı yerə düşəndə, havasını dəyişəndə həmişə əvvəl nəsə narahatlıq olur. Dedin heç vaxt olmamısan da burda?!
Sergey barmaqlarını çırtlatdı:
− Aptekdə saxla!
Yox, ağrı keçmək bilmirdi. Elə maşındaca həblərdən ikisini quru-quru uddu. Yenə pəncərədən gözünü çəkə bilmədiyi gözəl şəhərə baxdı. Amma xəyalında uşaqlığını keçirdiyi Yerevana qayıtdı...
O Yerevanı sevirdi. Hələ uşaq ikən atası Hakop Xocalını, Şuşanı, Zəngilanı, Ağdamı alarkən etdikləri qəhrəmanlıqdan, itirdikləri əsgərlərdən danışanda həmişə fəxr edirdi. Yadındadı, bir dəfə Hakop zirzəmilərində siçan yuvası tapmışdı. Hər iki oğlunu yanına çağırıb əllərinə biz vermişdi ki, qutuya saldığım siçan balaları Azəridir, türkdür. Qanımıza susamış düşməndir. Onları hansınız daha ağıllı, daha dəhşətli əzabla öldürsəniz o əsl erməni balasıdır. Alın görək xalqımızın qisasını...
Qardaşı Akop siçan balasının dərisini diri-diri soyub öldürdü, başqasının qolunu-qıçını dartıb qopardı... Onda hələ Sergeyin 8 yaşı vardı, Akopun isə 14 yaşı. Sergeyin əsl adı Teryan idi. Bu adı atası vermişdi ona. Hansısa həlak olmuş əsgər dostunun şərəfinə. Onda atası Hakop Sergeyə acıqlanmışdı:
− Bax, Teryan, Akop türklərə neyləyir, nə durub baxırsan?
O hələ uşaq ağlı ilə başa düşürdü ki, bunlar sadəcə aciz siçan balalarıdır. Onlara əzab verib öldürmək düzgün sayılmaz. Onsuz da bununla türklərə heç nə olası deyil. Nədənsə heç cür qıymamışdı siçan balalarını qəddarlıqla öldürməyə. Balaca Sergey siçanların başından bir dəfə vurmaqla öldürmüşdü onları. Hakop isə yaman hirslənmişdi, ona sillə vurmuşdu:
− Qorxaq! Siçandan qorxursan? Qorxdun dişləyər səni? Sergey ağlayıb atasının qıçını qucaqlamışdı:
− Ata, axı o türk deyil, siçandır. Hakop onu itələyib, tüpürmüşdü:
− Tfu, sən erməni deyilsən! Erməninin düşmənə yazığı gəlməz, heç kimə yazığı gəlməz!
8 yaşlı Sergey yenə atasını qucaqlayıb, ağlayıb and içmişdi:
− Ata, mən daha Akop kimi olacam, əsl erməni olacam. Mən düşmənləri də, siçanları da, hamısını əzabla öldürəcəm. Mənə hirslənmə!
Atası Hakop ürəkdən gülərək onun saçlarını qarışdırmışdı:
− Yaxşı, sən əsl erməni olacaqsan, əsl erməni!...
Bunları xatırladıqca üzündə təbəssüm yarandı. İndi sözsüz atası da artıq müəyyən olunmuş ünvana yollanıb. Çünki, bir
neçə erməni - hamısı rus soyadı ilə eyni təyyarədə gəlmişdilər. Amma bir-biriləri ilə nə təyyarədə, nə də aeroportda qətiyyən əlaqə saxlamamışdılar.
Sürücü əyləci basdı:
− Bu da sənin ünvanın. Çatdıq.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR