Sevdanı evlərinə ötürüb qayıdan Talehin üzündə bir yorğunluq hiss olunurdu.Qanı yaman qara idi.Anası heç nə soruşmadan çay-çörək gətirdi.Hələ ərinin sağlığından adət etmişdi-kişi ac olanda sorğu–suala tutmazdı onu.Bilirdi ki, ac kişi onsuz da əsəbi olur.Üstəlik qanı da qaradırsa əvvəlcə qarnını doyurub, sonra bir az gözləmək lazımdır.Çox vaxt heç soruşmağa da ehtiyac qalmır.Əri özü başlayardı danışmağa..Taleh də elə atasına oxşamışdı.Əsgərlikdən gələndən sonrasa onda bir dəyişiklik vardı.Bəlkə də əsgərlik yox, atasının ölümü dəyişmişdi onu.Qapalı olmuşdu..Çayını içib yeməyini yeyəndən sonra da Taleh dinib-danışmadı.
-Gələndən susub oturmusan.Bir danışsana- Zemfira ondan səs çıxmadığını görüb soruşdu.
-Yazıq atam haqlıymış.İndiki zəmanədə ölmək də pulnandı.Kimin bir az imkanı varsa qəbiristanlıqdakı yerini hələ sağlığında özü alır.Ehsan, dəfn, kəfən üçün də pul qoyur özündən sonra.Bizim kimilərsə rəhmətə gedəni olanda öləndən çox öz halına ağlayır.Çox yerə baş çəkmişəm.Ərkim çatanlarda həqiqətən pul yox idi.Olanlarsa ərkim çatmır.Bilirəm ki, istəsəm də verən deyillər.Borc istəyən adamdan ilk soruşduqları sual bu olur:-“Nə vaxt qaytaracaqsan?Bax, bir aya qaytar, haa!”
-İstəmədinsə hardan bilirsən verməyəcəklər?
-Bir-ikisinə eşitdirdim.O dəqiqə də işimlə maraqlandılar.Heç yerdə işləmədiyimçün borcu qaytara bilməyəcəyimi düşünüb vermək istəmədilər.Hərəsi bir bəhanə gətirdi.
-Bəs neynəyəcəyik?Tutaq ki, ehsanı vermədik.Bəs torpaq pulu, köhnə borclar?Aptek, dükan necə olsun?
-“Ehsanı verməyək”, nədir ana?Üçü, yeddisi, qırxınadək bütün cümə axşamları-hamsı olacaq.Nə olursa-olsun o pulu tapacam.Heç narahat olma.
-Axı necə?Burda bir yaxınımız yoxdur.Qohumlar da hamsı uzaqda..
-Qonşumuz Əhməd dayı bayaq çayxanada bir biznesmen haqda danışırdı.Qəsəbəyə yeni köçüb.Deyirdi biznesə yeni başlayanlara borc verir.Amma faizlə.Faizi isə çoxdu.20- faiz.
-Yox, Yox, oğlum.Lazım deyil.Heç yerdə işləmirsən.Axı necə qaytaracaqsan onu?Bu qədər yükün altından necə çıxacağıq sonra?Bu köhnə daxmamızı satsaq da ödəyə bilmərik.Atan sağ olsa o da razı olmazdı heç.-Zemfira ağlayaraq oğluna yalvarırdı.
-Ana, bu yaşadək nə atamın, nə sənin üzünə ağ olmamışam.İndiyədək bir dəfə də sözünüzün qarşısında bir söz deməmişəm.Qurban olum, ana bu dəfə qarışma.Cünki sözündən çıxmalı olacam.
Zemfira daha bir söz demədi.O hələ gəncliyindən bunu öyrənmişdi-Kişi kişidir.Yaşından asılı olmayaraq.Evdə son söz onun olmalıdır.Onun sözü keçməlidir.Hələ bu kişi-onun canından çox sevdiyi oğlu ola..
Səhər tezdən Taleh yuyunub, əynini dəyişib süfrə arxasına keçdi.Heç nə demədən çayını içib qalxdı.Çox vaxt səhərlər yemək yemirdi.Pasportunu da götürüb anasıyla sağollaşdı.
...Qonşu Əhməd dayının dediyi ünvanı, həmin biznesmenin malikanəsini tapmaq elə də çətin olmadı.Qəsəbədə yeganə malikanə elə onunku idi deyəsən.Gəlib çatdı.Özü səhər tezdən gəlmişdi ki, birdən biznesmenin (adını bilmirdi hələ) işi çıxar.Evdən çıxmamış onu görüb danışmalı idi.
Onu həyətdə orta yaşlı,köhnə geyimli bir qadın qarşıladı.Görünür bu böyük evin qulluqçusu da varmış.Niyə də olmasın?Üç mərtəbəli evin təmizlik işlərilə məşğul olmaqçün bir yox, bir neçə qulluqçuya ehtiyac vardı.Nədənsə tanımadığı bu qadına yazığı gəldi.Qulluqçu olduğuna görə yox ha.Indi zavod-fabriklərin bağlandığı dövrdə minlərlə işsiz qalan kişilərin çoxunun arvadı ailəsini dolandırmaq üçün ya xlor satır, ya da küçə süpürür.Gündəlik çörək puluna.Neyləsinlər?Əri işləmirsə, iş tapa bilmirsə uşaqlar acından ölməyəcək ki?Onların çoxu soyuqda-qarda xlor satmaqdasa bu qadının yerində olub isti bir malikanədə qulluqçuluq etməyi üstün tutardı yəqin.Amma varlıların evində qulluqçu olanların yaşayışı maddi cəhətdən onlara nisbətən yaxşı idisə təhlükəsi daha çox idi.Bir də görürsən əmək haqqı vaxtı yaxınlaşanda üstünə oğrluq və digər böhtanlar atılaraq işdən qovulur, ya da gənc və gözəldirsə fiziki zorakılığa məruz qalırlar.Əlbəttə ki, qulluqçu saxlayan varlıların hamsı belə deyildi.İçlərində tək-tək insaflıları da vardı.Görəsən bu “Biznesmen” hansılardan idi?Yüksək fazilə borc verəndə nə insaf e? Bu fikirlər beynindəykən qadına bir anlıq acıdı.Halbuki indi ən acınacaqlı vəziyyətdə elə o özü idi.Sonu olmayan bir yolla addımlayırdı...
-Sizə kim lazımdır?-qulluqçu qadın maraqla soruşdu.
-Mənə?...Biznesmenin adını bilmədiyi üçün bir anlıq duruxdu.
-Bəli, sizə.
-Bu evin sahibi lazımdır mənə.Evdədir?
-Sahib müəllim indi ailəsiylə səhər yeməyindədir.Qurtaran kimi xəbər edərəm, keçərsiz.Hələlıiksə burda dayanıb gözləyin.
Yarım saat həyətdə gözləyən Taleh gözləməkdən bezdi.Bir yandan da tərəddüd etməyə başladı.-“Bəlkə heç görüşməyim onunla, qayıdım evə?”-öz-özünə dedi...Elə bu vaxt qulluqçu qadın həyətdə göründü.Əli ilə onu çağırdı.
-Sahib müəllim öz kabinetində sizi gözləyir.Arxamca gəlin,-dedi.
Onun arxasınca düz üçüncü mərtəbəyədək qalxan Taleh pillələri qalxdlqca ətrafına nəzər salırdı.Bu cür yaraşıqlı, zəngin evləri o filmlərdə görmüşdü ancaq .Pillələrlə birbaşa yuxarı qalxdıqca zala ötəri baxa bildi.Görə bilmədiklərinisə təsəvvür etdi.Bütün zala, hətta pilləkənlərə də bahalı xalçalar döşənmişdi.Üst mərtəbənin ən axırıncı otağına çatanda qulluqçu qadın əliylə Sahib müəllimin kabinetini göstərib getdi.Talehin yadına uşaq vaxtı oxuduğu nağıl düşdü.Şahın sarayında olan qırxıncı otaqla bağlı nağıl.Daim bağlı olan qorxulu, sirrli otaq.Gedər-gəlməz olan uğursuz otaq...
Könülsüz-könülsüz, içində bir səsəbsiz sıxıntıyla otağın qapısını bir neçə dəfə döydü.Sonra qapını azca aralayıb yavaş səslə soruşdu:-
-Gəlmək olar?
-Gəlin. Keçin içəri.
Otaqda düzbucaqlı formasında olan uzun stolun arxasında tünd eynəkli, təxminən qırx yaşlarında, qara saçları yana daranmış, sərt görünüşlü, zəhmli bir kişi əyləşmişdi.
-Ayaq üstə dayanmayın, əyləşin-Talehə oturmaq üçün yer göstərdi.Özünə yaxın olan bir yerdə.
-Rahat əyləşin və danışın.Gəlişinizin məqsədi nədir?
Taleh stolun ətrafındakı stulların birini götürüb əyləşdi.Söhbəti çox uzatmayıb qısaca ona təcili pul lazım olduğunu dedi.Hələ ki, işsiz olduğunu, amma qısa zamanda iş də tapacağını əlavə etdi.
Sahib müəllim qısa sorğu-sualdan sonra Talehə heç gözləmədiyi halda istədyi məbləğdən də artığını verdi-min dollar.(O zaman üçün bu çox böyük bir məbləğ idi-90-cı illərin əvvəllərində)Hətta ona “güzəştə” gedərək belə bir şərt də kəsdi-Əgər iki ay içində pulu qaytara bilsə ondan faiz almayacaq..Taleh pasportunu solun üstünə qoyub, pulu da götürüb sevinə-sevinə çıxdı.Sanki pulu yüksək faizlə yox, elə-belə vermişdilər ona.
Sahibsə nədənsə çox razı halda gülümsəyirdi.Talehin zahiri görünüşü- (idmançı bədəni, enlikürək, hündür boyu) və ən əsası maddi vəziyyəti-çox sıxıntıda yaşaması, işsiz olması onu qane etmişdi deyəsən.Çox güman ki, Taleh bu qədər pulu vaxtında qaytara bilməyəcəkdi.Əvəzində isə…Bir sözlə Taleh ona çox lazım olacaqdı…
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR