Mən cəsarətimi toplayıb dərindən nəfəs aldım və sözə başladım.
- Deməli mənim sevdiyim var. Sevgim qarşılıqlıdır. Biz bir-birimizi çox sevirik və sizin icazəniz olarsa, biz nişanlanmaq istəyirik.
Sözümü bitirdim və ilk öncə anama daha sonra atama baxdım. Atam təəccüblənmişdi. Az öncə üzündə olan gülümsəməni təəccüb hissi əsir götürmüşdü. Birdən atam gülümsəməyə başladı. Üzünü anama tutaraq:
- Arvad, de görüm razısan?
Anam gülümsədi və deyəsən razı idi. Mən bu işin bu qədər asan və rahat olacağını bilsə idim evdəkilərlə çoxdan danışardım.
- Oğlum, qıza de ailəsi ilə danışsın, nə vaxt münasib olsalar, elçiliyə gedək. Daha bir dənə oğlumuz var da. Onu üzməyəcəyik ki?!
- Ata, zarafat edirsən?
- Yox, ciddi sözümdür. Bu il nişanlanarsız, sonra sən universiteti bitirib əsgər gedib-gələrsən, sizə qəşəng bir toy edərik İnşAllah.
Bu sözlər məni çox, dəhşət çox xoşbəxt etmişdi.
- Get qızla danış, ailəsinə desin, münasib olduqları zaman gedək elçiliyə.
Düzünə qalsa mənim valideynlərim hər zaman mənim qərarımı hörmətlə qarşılayıblar. Biliblər ki, onların üzünü qara çıxarmaram. Həm də mən artıq öz qərarlarımı verə biləcək yaşda idim.
Daha sonra mən öz otağıma qalxdım ki, Nərminə zəng vurum. Az sonra Nərmin telefona cavab verdi:
- Canım necəsən?
- Yaxşıyam canım, sən?
- Sənin üçün darıxdığımı saymasaq əlayam.
- Nolub ki, əlasan? Xeyirdi İnşAllah?
- Xeyirdir, xeyirdir. Evdəkilərə səndən danışdım, səninlə fikrimizin ciddi olduğunu söylədim.
- Doğurdan? Nə dedilər bəs?
- Dedilər gəlinimizə de ki, ailəsiylə danışsın, münasib olduqları vaxt elçiliyə gedək.
- Aaaa, doğrudan deyirsən?
- Hə canım. Sən də ailənlə danış. Sabah dərsdə mənə xəbər edərsən.
- Yaxşı, canım.
- Canım, mən yatıram səhər sonra qalxa bilmirəm yuxudan. Tez yatım ki, tez durum və səni görüm. Səni sevirəm.
- Mən də canım, hələlik.
Mən yatdım, amma fikrim Nərmində qaldı. Bu fikirlərlə məni yuxu apardı. Oyandığımda artıq səhər idi. Mən çarpayımdan qalxıb geyindim. Daha sonra əl-üzümü filan yudum. Aşağı düşdüm atam, anam artıq süfrəyə əyləşmişdilər, məni gözləyirdilər.
- Sabahınız xeyir.
- Sabahın xeyir, oğlum
- Ana, mənə çay süz zəhmət olmasa.
- Buyur, oğlum.
- Çox sağ ol ana.
Mən tələm-tələsik çayımı içib süfrədən qalxdım.
- Hara tələsirsən, dərsə ki, hələ var oğlum?!
- Ata, bu gün Nərmindən cavab alacam. Görüm ailəsi razıdır ya yox?!
- Hə, o zaman get oğlum, işin avand olsun.
- Sağ olun, özünüzdən muğayat olun.
Mən daha sonra evdən çıxdım. Avtobusa minib universitetə gəldim. Nərmin qapıda məni gözləyirdi.
- Salam, canım, necəsən?
- Superəm canım, çox super.
- Xeyir ola, canım? Yoxsa düşündüyümmüdür super olmağına səbəb?
- Hə, evdəkilərə dedim.
- Nə dedilər?
- Birisi gün ailəni gözləyirlər.
- Canım, çox sevindim. Axır ki, istəyimizə çatırıq.
- Hə, canım.
O gün mən sevincdən uçacaqdım az qala. Bu xəbəri atama, anama dedim. Nəysə uzatmayım, elçilik günü gəldi çatdı. Bizimkilər elçiliyə getdi. Adət-ənənəyə görə mən getmədim, evdə qaldım. Çox həyəcanlı idim. Görəsən biz Nərminlə həqiqətən qovuşacaqmıydıq? Mən vaxt keçsin deyə başımı qatmağa çalışırdım. Televizoru işə saldım və keçib divanda uzandım. Fikrim elçilikdə qalmışdı, televizorda nə danışıldığı məni maraqlandırmırdı. Bu fikirlərin içərisində sən demə məni yuxu tutmuş, yatmışdım. Gözlərimi açanda atamı başımın üstündə gördüm. Cəld ayağa qalxdım.
- Ata, nə oldu?
- Muştuluğumu ver, qız bizimdir.
O an özümdən asılı olmadan atamı və anamı qucaqladım:
- Yaxşı ki, varsınız. Sizin kimi valideynləri Allah mənə çox görməsin inşAllah.
- İnşAllah oğlum, inşAllah.
- Mən gedim Nərminə zəng vurum.
- Get oğlum, get.
Daha sonra mən otağıma keçib Nərminə zəng vurdum.
- Canım, necəsən?
- Superəm canım, Allaha şükür hər şey yaxşı oldu.
- Hə, canım.
Biz bir az danışdıq daha sonra isə sağollaşıb yatdıq.
Günlər beləcə keçirdi. Artıq biz dördüncü, sonuncu kursda oxuyurduq. Bir-iki aya universitetdən məzun olacaqdıq. Mən də universiteti bitirdikdən sonra əsgər gedəcəkdim. Biz Nərminlə artıq hər şeyi planlaşdırmışdıq. Universitet bitdikdən sonra mən əsgər gedəcək, mən əsgər olduğum müddət ərzində Nərmin öz cer-cehizini hazırlayacaqdı. Mən əsgərlikdən gəldikdən sonra isə biz evlənəcək və çox xoşbəxt olacaqdıq.
Zaman günləri bizdən bir-bir əsir alırdı. Gün gəldi çatdı, biz universiteti bitirdik artıq. Universitet yoldaşlarımızla restoranda yığışıb məzuniyyətimizi qeyd etdik. Zamansa bizə - Nərminə və mənə düşmən kəsilmişdi. Günlər çox tez-tez keçirdi. Və budur son günüm idi Bakıda. Sonra əsgər gedəcək və düz 1 il Bakıdan, doğmalarımdan uzaq qalacaqdım. Öz isti ocağımdan ayrı qalacaqdım. İsti ocaq bəhanədir əslində, ən çox valideynlərimi və Nərmini görməyəcək, onlar üçün darıxacaqdım. Amma düzünə qalsa bir il nədir ki? Tez gəlib tez də keçər. Bakıdakı son günümün səhərini valideynlərim və Nərminlə keçirdim, axşam isə dostlarımla. Gün bitdi. Artıq getməyimə saatlar qalmışdı. Gecə dözə bilmədim və Nərminə zəng vurdum. Deyəsən Nərmini də yuxu tutmamışdı.
- Canım, nə əcəb oyaqsan?
- Yuxu tutmadı, həm də sənsiz 1 il necə dözəcəyəm bilmirəm.
- Caan, 1 il nədir ki?! Tez gəlib, tez də keçəcək Allahın izniylə.
- İnşAllah.
- Sən sadəcə əsgərini atma, unutma.
- O nə sözdü deyirsən? Səni unutmaq olar?
- Olmaz?
- Əlbəttə olmaz.
- Səni sevirəm canım.
- Mən də.
- Nəysə mən gedim yatım özündən muğayat ol və məni gözlə. Allaha əmanət ol.
- Sən də.
Sonra mən yatdım. Hərgah yuxum olmasa da. Səhər 09:00-da qalxdım evdəkilərlə, qohumlarla vidalaşdım və atam məni ötürdü. Lazım olan yerə çatdıqdan sonra atamla da vidalaşıb getdim.
Əsgərlikdə ilk günlərim bir az çətin oldu. Kimdə asan olur ki, mən də söz dedim də. Günlər keçdikcə mən bura alışırdım. Bizim hərbi hissədə telefona icazə yox idi. Mən məktub yazırdım tez-tez valideynlərimə və Nərminə. Cavab alanda məktublarıma çox sevinirdim. Burada vaxt bəzən sənə düşmən kəsilirdi, heç cür keçmək bilmirdi.Bəzən ev üçün yaman darıxırdım. Günlər bir-bir ötüb gedirdi. Mən artıq 8 ayın əsgəri idim. Artıq köhnə əsgər idik deyə bir-ikimizdə telefon olurdu. Arada bir evə, Nərminə zəng vurub səslərini eşidirdim.
Bir gün Nərminə zəng vurdum telefon nə qədər çağırdısa da cavab verən olmadı. Sonra atama zəng vurdum bəlkə Nərmindən xəbəri olar deyə.
- Alo, salam ata necəsən?
- Sağ ol, yaxşıyam oğlum, sən necəsən? Nəsə lazımdı oğlum?
- Yox hər şey üçün çox sağ ol. Ata Nərmindən xəbərin var?
- Atamdan səs çıxmadı.
- Ata, Nərmindən xəbərin var deyirəm?
- Yox, yox xəbərim yoxdur oğlum.
Atamın səsində həyəcan duydum, amma heç nə demədim. Mənə elə gəldi ki, Nərminə nəsə olub. Pis nəsə olub həm də ki, atam məndən gizlədir. Yenə Nərminə zəng vurdum, yenə telefon çağırır və yenə cavab verən yox idi. Dözə bilmədim və yenə atama zəng vurdum.
- Ata de görüm Nərminə nəsə olub? Sən mənə demirsən?
- Yox, oğlum hə rşey yaxşıdır.
- Yox ata, heç nə yaxşı deyil, mən nigaran qalmayım deyə heç nə demirsiz, ata mən sənin səsindən bilirəm ki, nəsə olub.
- Yaxşı deyəcəm, amma söz ver.
- Nə üçün söz verim?
- Əsgərlikdən qaçmayacağına.
- Yaxşı, de.
Mən atama “yaxşı əsgərlikdən qaçmayacağıma” dair söz verdim, amma yalandan söz verdim.
- Oğlum Nərmin və ailəsi avtomobil ilə qəzaya düşüblər.
- Ata, Nərmin necədir?
- Atamdan səs çıxmadı.
- Ata, Nərmin necədi deyirəm? Mən bu sualı atama bir neçə dəfə verdim, atam cavab vermədi. Birdən telefondan atamın ağladığını eşitdim və o zaman anladım ki, Nərmin məni tək qoyub, ölüb.
- Oğlum, başın sağ olsun. Mən bir neçə gün sonra gəlib komandirindən icazə alacam.
- Yaxşı, ata...
Daha sonra mən dəstəyi asdım. Az öncə atama yalan dedim. Mən atamı gözləyə bilməzdim. Komandirlə də aram yaxşı deyildi heç. Bilirdim atam gəlib ona yalvar-yaxar edəcək filan. İcazə verə bilməzdim buna. Qərara aldım ki, qaçım əsgərlikdən. Axşam oldu, əsgərlərin hamısı yatdı. Mən yataqdan qalxdım və hərbi hissənin qapısına tərəf üz tutdum. Qapıda iki əsgər dayanmışdı, keşik çəkirdi. Bir yolla onların fikirlərini yayındırmalı idim. Birdən ağlıma bir şey gəldi. Yerdən kiçik bir daş tapdım və sola tərəf atdım və elə bu an keşik çəkən əsgərlərin səsini eşitdim.
- O nə səsdi?
- Nə bilim, get bax gör nədir.
- Yaxşı, sən burada qal.
Əsgərlərdən biri daş atdığım tərəfə getdi. Digərinin arxası mənə tərəf idi. Asta-asta ona yaxınlaşdım. Çiynindən dirsəyimlə vurdum, huşunu itirdi yerə yıxıldı o an. Elə bu an mən qapının üstündən tullanıb bayıra çıxdım. Bəxtimdən hərbi hissənin qabağından bir taksi keçirdi. Tez taksiyə mindim və Bakıya sürməsini dedim. Biz bir neçə saat yol getdik. Çatanda taksiyə pulunu verib düşdüm. Bəxtimdən üstümdə pul var idi. Gecə idi və mən evə gedə bilməzdim. Qərara aldım ki, bir otelə gedib gecəni keçirim. Bir otelə getdim bir gün qalacağımı söylədim, otağın pulunu da ödədim. Daha sonra mənə otağımı göstərdilər. Otağa keçdim yuxum yox idi. Gecə səhərə qədər oyaq qaldım. Hələ də Nərminin öldüyünə inana bilmirdim. Bu düşüncələr içərisində bir də onu gördüm ki, artıq səhər açılıb. Tez otaqdan çıxdım və otağın açarını aşağıya verdim. Daha sonra oteldən çıxdım və evə getmək istədim ilk öncə, amma sonra ağlıma bir şey gəldi. Nərmin əgər dünən ölmüşdüsə, demək bu gün dəfn ediləcəkdi. Tez istiqamətimi dəyişdim. Qəbristanlığa tərəf üz tutdum. Cəld addımlarla irəliləyirdim boz kütlə arasında. Hamı danışıb gülürdü. Mənisə kədər əsir almışdı. Bəxtimdən qaldığım otel qəbirstanlığa yaxın idi. Az sonra qəbirstanlığa çatdım. Mən çatanda qapıda gördüyüm mənzərə qarşısında donub qaldım. Allah, bu nə işdir? Atam həqiqətən də doğru deyirmiş. Allah, onu məndən niyə aldın? Mən indi onsuz necə yaşayacam? Qaçaraq tabuta çatdım. Məni görənlər təəccübləndilər. Axı mən əsgərlikdə idim. Valideynlərim də orada idi. Atam məni gördü.
- Sən, burada nə edirsən?
- Ata, mən orada dözə bilməzdim. Ata, ata, ata, mən onsuz indi nə edəcəm ata?
- Yaşayacaqsan, oğlum, bu Allahın işidir.
- Ata, Allah, mənim xoşbəxt olmağımı niyə istəmir?
- Elə demə, sus, günahdır. Hər işdə bir xeyir var. Bunda da bir xeyir var əlbət.
- Bunda nə xeyir olacaq, ata?
Atamla danışan zaman bir də onu gördüm ki, tabutu yerə qoydular. Deyəsən məzara çatmışdılar. Atamın sözlərini dinləmədən məzara tərəf qaçdım.
- Dayanın, nolar, dayanın. Üzünü açın nə olar sonuncu dəfə görüm üzünü.
Molla:
- Olmaz, günahdır.
- Olar, sən gündə min günah edirsən vecinə deyil, günah olduğunu bilə-bilə edirsən həm də. O olar, bu olmaz?
Molla danışmadı. Nərminin üzünü açdım.
- Niyə getdin? İndi mən sənsiz nə edəcəm? Məni kim sevəcək? Kim qısqanacaq? Nə olar, hər şey yuxu olsun. Dözə bilmirəm. Sən mənə söz vermişdin mən əsgərlikdən gələn zaman. Nə oldu? Söz vermişdin məni atmayacaq, unutmayacaqdın?! Nə oldu? Niyə sözünün ağası olmadın? Niyə? Səni məndən soruşsalar mən nə deyəcəm? Bax... İndi “Sadəcə 1 qız atdı bir əsgəri”. Mən əlimi onun üzünə vururdum. Nə olar eşit sözlərimi, qalx, de ki, bu bir zarafatdır, ölməmişəm. Bu sadəcə bir oyundur, de. Məni nə qədər sevib sevmədiyini yoxlamaq üçün bir oyun. Qalx! Nolar qalx?! Daha sonra başımı havaya qaldıraraq:
- Allah, niyə aldın onu məndən? O ki, mənim Günəşim idi, mən də onun Yer kürəsi. O məni işıqlandırır, yaşadırdı. Mən indi Günəşim olmadan necə yaşayacam? Xöşbəxt olmağımı istəmirsənmi? Mən nə günah işləmişəm ki, Nərmini məndən aldın?! O zaman məni də al! Al, bu canımı yaşaya bilmərəm onsuz.
Birdən arxadan atamın əllərinin mənə toxunduğunu hiss etdim. Atam əllərini çiynimə qoyaraq:
- Oğlum, Allaha qarşı üsyan etmə! Günahdır! Hər şeyin bir səbəbi var, səbir et sadəcə...
- Ata, mən Nərminsiz yaşaya bilmərəm.
- Yaşayacaqsan! Zamanla öyrəşəcəksən...
Daha sonra Nərmini məzara qoydular və torpağı məzara, Nərminin üstünə atmağa başladılar. Mənsə artıq susmuşdum. Sadəcə məzara baxırdım. Get-gedə torpaq məzara dolur, məzar dolduqca torpaq Nərmini udurdu ac bir məxluq tək. Görəsən zaman da torpaq olub, qəlbimdəki bu ağrı, acıları örtərmi? Nə bilim. Atam dediyi olacaqmıydı, bilmirəm. Özümü öldürmək istəyirdim o an sadəcə. Atamın dediklərinə də qalsa, özü deyib yenə də özü eşidirdi.
O gündən tam 2 il ötüb, 2 ildir unuda bilmirəm Nərmini. 2 ildir qəlbimdəki acılar bitmir. Günəşsiz qalmışam. Yaşamaqdan ləzzət ala bilmirəm. 2 ildir üzüm gülmür. Hal-hazırda mən Nərminin məzarının başındayam. Bu gün onun ölümündən düz 2 il ötür. O öldüyü gündən bu yana mən artıq pessimistəm! İndiyə qədər bir şeyə heç cür inana bilmirəm, ya da inanmaq istəmirəm. Bir cümlə məni çox düşündürür: Niyə axı “1 qız atdı 1 əsgəri?”...
19.12.13
Əhəd Əhədli
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR