Qonağın gəlişi
Heidi babasının evində iki qış qarşılamışdı. Artıq yaz gəlirdi. Havalar yavaş-yavaş düzəlir və qarlar əriməyə başlayırdı. Yazın gəlişi Alp dağlarında xüsusi gözəllik yaratmışdı.
Bir gün səhər Heidi həyətə çıxanda qapıda qara paltarlı birinin durduğunu gördü və qorxdu. Həmin adam ona baxaraq dedi:
- Qorxma, qızım, mən heç bir uşağa pislik etmərəm.
O, görüşmək üçün əlini Heidiyə uzatdı. Qızın əlini sıxanda dedi:
- Sənin adını bilirəm. Sən Heidisən, eləmi?
- Bəli, mənim adım Heididir.
- Baban evdədirmi?
- Bəli. İçəridədir. Taxta qaşıqlar hazırlayır.
- İçəri girə bilərəmmi?
- Əlbəttə ki.
- Baba, baba, bir adam gəlib. Səni görmək istəyir.
Baba gələn adamı görəndə təəccübləndi. Neçə ildir ki, bu evə bir adam da qonaq gəlmirdi. O,
gələn adama baxıb ciddi-ciddi dedi:
- Xoş gəlibsən.
Deməli, onlar çoxdan tanış idilər. Heidi maraqla onlara baxırdı. Gələn adam aşağıdakı kənddən imiş. Babanın uzun müddətdir kəndə gəlmədiyini və onlarla görüşmədiyinin səbəbini soruşdu. Baba dedi:
- Elə mən də səni uzun müddətdir ki, görmürəm.
Baba hiss etdi ki, bu adam ciddi bir mövzuda danışmaq üçün gəlib. O, Heidiyə dedi:
- Heidi, qızım, sən tövləyə get, keçilərə su ver.
Heidi gedəndə gələn adam dedi:
- Heidinin məktəb yaşı çatıb. Sənə xəbər göndərmişdim, amma əhəmiyyət vermədin. De, görüm bu nə qədər davam edəcək?
- Onu məktəbə göndərmək fikrim yoxdur. Burada, təbiətin qoynunda mənimlə qalacaq. İnsanların içində yaşayıb onların pisliklərindən xəbərdar olmağına razı ola bilmərəm.
-Sən demək istəyirsən ki, o pis adamlardan burada heç yoxdur?
- Təbii ki, yoxdur. Burada quşlar, çiçəklər, keçilər, dağlar var və bunların heç biri pslik etmək iqtidarında deyillər.
-Ancaq haqqında danışdığımız keçi, quş deyil, insan balasıdır. Əvvəl-axır insanlarla birlikdə yaşamaq məcburiyyətində olacaq.
-Mən qərarımı vermişəm və bu qərarımdan da dönməyəcəm. Qışın soyuğunda, boranda, qarda bu uşağı təkbaşına küçələrə buraxa bilmərəm. Onu təhlükəyə ata bilmərəm, nədi-nədi ki, məktəbə gedəcək. Məni fikrimdən döndərməyə çalışmayın. Fikrim qətidir. Lazım gəlsə, lap elə məhkəməyə də gedər və orada da bunları deyərəm.
-Düzdür, bunu edə bilərsən və hakim də Heidinin qışda məktəbə getməməsi barədə qərar verə bilər, ancaq...
Adam susdu və babanın diqqətini cəlb etmək istədi. Ancaq görəndə ki, onun dedikləri babanı heç maraqlandırmır, danışmağa davam etdi:
-Onun məktəbə getməyi, təhsil öyrənməyi üçün fədakarlıq etməlisən. Yəni, qışda kəndə köç, orada yaşa. Məgər bunu da edə bilməzsən?
-Yox, edə bilmərəm.
-Deməli, sən Heidini bu qədər sevirsən!
Adam bu son cümləsi ilə babanı sarsıda bilmişdi. O, getdikdən sonra babanın halı pisləşdi.
Bir neçə gündən sonra Heidinin xalası gəldi. O, qəribə bir paltar geymişdi. Baba onu görəndə çox əsəbiləşdi. O, babanın yanına elə bir təkliflə gəlmişdi ki, baba bunu biləndə qəzəblənmişdi.
Onun işlədiyi şəhərdə varlı bir ailə var imiş. Bu ailədə Heidi ilə yaşıd bir uşaq var idi və o əlil idi. Bu uşaq tək yaşadığı üçün çox darıxırmış və xalası belə qərara gəlib ki, Heidini oraya, həmin qızın yaşadığı ailəyə aparsın. Heidinin orada qalmağı onun özü üçün də yaxşı idi. Bir müddətdən sonra ailənin bu qızı vəfat edər və Heidi onların tək qızı olar. Onsuz da baba Heidini xoşluqla qəbul etməmişdi.
Baba əsəbindən rəng alıb rəng verirdi. Xala onun bu halından çox qorxdu.
-Sən deyəsən məni yaxşı başa düşmədin. Sənə dediklərimi kimə desəm, mənə haqq qazandırar. Ancaq sən əsəbiləşirsən.
-Çox yaxşı, onda get, kimə istəyirsən danış. Qoy sənə haqq qazandırsınlar.
Qadın qərarını çoxdan vermişdi. O, Heidini buradan aparacaqdı. Düzdür, o, bunu öz xeyri üçün edirdi, ancaq bu Heidi üçün də yaxşı idi.
-Mən onun xalasıyam və onun taleyinə görə mən cavabdehəm.
-Yaxşı, götür, istədiyin yerə apar. Ancaq bir də geri gətirmə. Onu sənin kimi ala-bəzək paltarlar geyinmiş halda görmək istəmirəm.
Qadın heç babaya qulaq asmırdı. O, cəld Heidini səslədi:
-Heidi, gəl, gedirik.
Ancaq gözləmədiyi bir halla qarşılaşdı. Heidi ona etiraz etdi:
-Mən səninlə getmək istəmirəm.
-Necə yəni istəmirsən? Dəli olmusan sən? Əgər getdiyimiz yer xoşuna gəlməsə, istədiyin zaman geri qayıda bilərsən. Səyahət etmiş olarsan da, nə itirirsən ki.
Heidi razılaşdı. Xalası cəld onun əşyalarını topladı və Heidini də götürüb getdi. Heidi yolda nənəni görmək istədi, ancaq xalası bir yalan uydurub onu bu fikrindən daşındırdı:
-İndi vaxtımız yoxdur, qayıdanda görərsən.
Heidi məcbur razılaşdı. O, elə bilirdi ki, Frankfurt axşam evinə geri dönə biləcəyi qədər yaxın bir yerdədir.
(Ardı var)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR