Küçədən qışqırıq səsi yüksəlirdi.
- Saleh, Saleh, etmə! - biri deyirdi.
- Nə olar, Saleh, at əlindəki bıçağı!
- Öldürəcəyəm hamınızı, qardaş, başda səni öldürəcəyəm, hamınıza nifrət edirəm!
- Nə oldu, niyə yığışdınız yenə? Salehin əsəb xəstəsi olduğunu bilmirsiniz? - böyük qardaşı qonşulara dedi.
Qonşular dağıldı, Saleh qışqırır və hirsindən ağlayırdı.
Saleh əsəb xəstəsi idi, kiçik yaşdan bəri müalicə alırdı, yaşı iyirmiyə çatmasına baxmayaraq əsəbi heç keçmir, gündən-günə daha pis olur, ailəsinə hücum edir, böyük qardaşına bıçaq belə çəkirdi. Anası Saleh üçün hər namazda dua edir, "Allahım, uşağıma kömək et" deyirdi.
Saleh böhran keçirirdi, bəzən saçlarını yolur, bəzən qışqırır, bəzən də ailəsinə zərər verirdi. Heç bir yoldaşı yox idi. Bircə cib telefonu var idi, mobil telefonuyla facebook-a girər, hər dəfə əsəb dolu şərhlər yazardı, həmişə Salehi danlayar, səhifədən atardılar. Çünki bilmirdilər içində olduğu ruh halını...
Saleh uşaqlığından bəri bu xəstəliyindən xilas olmağın çarələrini axtarırdı.
Anası dost tapması üçün bir neçə dəfə küçədəki gənclərə:
- Salehlə dost olun, onu ziyarət edin, nə olar, oğlum - deyir və bunu söyləyərkən göz yaşı tökürdü.
Oğlunun bu halı onu narahat edir, məhəllənin saçı jeleli, sırğalı kişiləri də "Xala, sənin oğlun dəldiri, əsəb xəstəsidir, bizim dostumuz ola bilməz", deyirdilər, öz dəliliklərinə, geyimlərinə baxmırdılar.
Əgər bunları Saleh eşitsə, o uşaqları hirslə döyərdi, əsəbi də olsa anasına azca hörməti vardı ona qarşı özünü saxlayırdı. Başqasına dözə bilmirdi. Müsəlman gənclik - müsəlmancasına olan bir həyat deyil, Qərb mədəniyyəti təsiri altında yetişən bir qul halına gəlmişdi.
Artıq məscidlər 50 yaşdan yuxarı insanların məskəninə çevrilmiş, ordan gənclər yox olmuşdu.
Salehin anası məscid müəlliminin yanına getmiş, vəziyyəti izah etmiş, yoldaşı olmadığını və oğlunun çətin günlər keçirdiyini söyləmiş, bir yoldaş tapması üçün ondan kömək istəmişdi.
Məscid müəllimi Mustafa adlı bir gənc haqda Salehin anasına danışmış, anası da bu xəbərdən sevinmişdi.
- Aaa, baxın Mustafa gəlir, xalacan, namazı qılaq, sonra danışın istəsəniz!
- Oldu, oğlum, gözləyirəm, mən də yuxarı mərtəbədə qadınlara aid yerdə namazımı qılım.
Namaz bitmiş, hər kəs namazdan çıxmışdı, məscid müəllimi və Mustafa söhbət edərək məscidin qapısından çıxmışdılar. Salehin anası də onların arxasınca çıxmışdı.
Müəllim:
- "Mustafa, xala bu məhəllədəndir, səninlə danışmaq istəyir, vacib bir mövzudur.
- Buyur, xalacan, nədir mövzu, dinləyirəm sizi.
- Oğul, mənim sənin yaşlarda bir oğlum var, əsəb xəstəsidir. Hər yerə, hər həkimə getdi, bir yoldaşı belə yoxdur, əsəbi, dəlidir deyə yanına kimsə yaxınlaşmadı. Onunla dost olmağını istəyirəm -hicablı, nur üzlü 55 yaşındakı ana göz yaşlarını axıdır, göz yaşlarını hicabının ucuyla silirdi.
Mustafa:
- Xalacan, narahat olmayın, mən qarşıdakı məhəllədən gəlirəm, Salehə yoldaş olacağam, mənə ünvanı ver, sabah gəlim - dedi və ondan icazə istəyərək ayrıldı.
***
Qapı döyüldü:
- Kimdir o?
- Mənəm, xala, dünən danışmışdıq, Mustafa.
- Oldu, oğlum, kec içəri.
- Ana, kimdir o dəli, qapını qıracaq kimi döyür! Kimdir o deyirəm, səs versənə!
- Kimsə deyil, Saleh, qarşı məhəllədən bir gənc sənin namaza gəlmədiyini, böyük adam olduğunu eşidib gəlib, yəni səni namaza çağırmaq üçün gəlib.
- Gəlsin içəri də, görək baxaq bu axunda! Hah hah...
- Salaməleykum, Saleh qardaşım. Mən Mustafayam, qarşı məhəllədən gəlmişəm, səni görmək istədim, çünki ev yaxındır, amma namazda görmürəm səni, xəstəsən bəlkə deyə maraqlandım, ziyarətinə gəldim.
- Oldu, daha uzatma, Mustafa bəy, zəhmət etmisən, budur qapı orda, gülə-gülə.
- Sən bu kitabı al, Saleh, oxu, olarmı? Bax, bu kitabda Allahın qullarını çox sevdiyi, onun yolunda gedənlərin cənnətə gedəcəyi barədə yazılır. Sən onsuz da yaxşısan, maşAllah, maşAllah, səhhət baxımından yaraşıqlı görünürsən, hər halından yaxşı biri olduğun aydın olur.
- "ənə nə mənim halımdan, Mustafa bəy, get.
- Aaa, oğlum, qonaq səni görməyə gəlib, bax, ilk dəfə sənin yaşında və səni görməyə gələn biri var, sən isə onu qovursan. Bir çay içmədən qoymayacağam getsin.
- Yaxşı, yaxşı... Nə istəyirsiniz edin, digər gələn gəncləri də gördük - mənə dəli deyənləri. Getdediyim zaman qaçıb gedən insanlar kimidir bu da.
- "Saleh bəy, mən müsəlmanam, Əlhəmdülillah, səbir bizim dinimizin əmridir. Yıxılan adama kömək etmək, gözəl sözlər ilə rəftar dinimizin əmridir. Biz sizi incitmək üçün deyil, Allahın razılığını qazanmaq üçün gəldik. O bizdən razı olar, bəlkə bu razılığa sizin sayənizdə çatarıq deyə gəldik, sizin kimi müsəlman gənclər ilə dost olmaq istəyirəm, sizin gözəl sözlərinizdən faydalanmaq istəyirəm. Ananız sizin nə qədər yaxşı biri olduğunuzu izah etdi, baxın, ananız sizi çox sevir.
Saleh ilk dəfə belə gözəl sözlər eşitdi, "bu Mustafa kimdir, haradan gəldi" deyə fikirləşir və diqqətlə onu dinləyirdi.
İlk dəfə əsəbdən əsər qalmamışdı, Mustafanı bəzən danlayırdı, amma Mustafa bunlara səbrlə cavab verir, onu əsla incitmək istəmirdi.
Aradan həftələr keçməsinə baxmayaraq Saleh bir az əsəbdən uzaq, dini kitablar oxuyan insan olmuşdu. Həkimin edə bilmədiyi müalicəni Mustafa etmişdi...
Mustafa əxlaqi cəhətdən çox düzgün oğlan idi. İslami mövzularda kitab oxuyan, qara saçlı, qəhvəyi gözlü, saçları azca dalğalı və gülüərkən dişləri görünən, oxumağı sevən, nurani bir üzə sahib olan, Allah və Rəsuluna özünü həsr edən, universitet oxuyan xarakteri oturmuş bir gənc idi.
....Aradan bir ay keçmiş Salehin bəzən əsəbi davranışlarına baxmayaraq söhbətləri gözəl keçir, Saleh də artıq namaza gəlir və bu zaman içində Mustafa ilə müsəlmana yaraşan bir qardaş olmuşdular...
Saleh dincliyi İslamda tapmışdı artıq, harada dini kitab görsə, oxuyur, Mustafa ilə paylaşır, bəzən hirslənir və gülümsəyir və həkimin verdiyi dərmanlardan da istifadə edirdi.
Mustafaya Salehin anası dua edir, "ikinci oğlum" deyirdi. Mustafanın anası ilə tanış olmuş, oğlunun nə qədər mükəmməl bir xarakteri olduğunu anasına izah etmişdi. Artıq Mustafa ilə gəzir, parka gedir, əllərindən kitab düşmür, hər yerdə elmdən danışırdılar.
Bəzən Saleh başı örtülü, kişilərlə parkda oturan hicablı deyil, paltarı tərz olan qızları görüncə dəliyə dönürdü.
- Tutma, Mustafa, məni, öldürəcəyəm bunları, bu dinə zərər verən kəsləri, nə olar burax, Allah xatirinə burax... - deyə qışqırırdı.
Saleh:
- Qaçmayın, qaçmayın, məni əsəb xəstəsi edən sizsiniz, siz - deyir və əsəb xəstələrində olduğu kimi ağlayır, qışqırır, hər kəs ona heyrətlə baxır, Mustafa onu güclə tuturdu:
- Sakit ol, qardaşım, Saleh, sakit ol, izah etdiyim hədisi-şəriflərdə ayələrə bir bax. Bax, bu kitabın 50-ci səhifəsində "Hirs şeytandandır" yazır, sən şeytanı güldürənlərdən olma. Saleh, qardaşım, otur...
- Oldu, Mustafa, otururam, şeytanı güldürməmək üçün otururam və artıq bu hədisi-şərifi nəzərə alıram.
- Hə, bax, bu kitabın 122-ci səhifəsində gördüyün kəslərdən yazır, hicabı bəzək hesab edən, Allah üçün deyil, nəfsi üçün örtüyü qurban edən kəslərdən danışır Peyğəmbər əfəndimiz, eynilə oxuyuram bax.
Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu: "Ömrün bir az uzanarsa, əllərində sığırquyruğu kimi bir şeylər daşıyan bəzi insanları çox keçmədən görəcəksən. Onlar Allahın qəzəbinə uğrayaraq səhərə çatarlar, Allahın nifrətinə uğrayaraq axşama çatarlar." Rəsulullah bir başqa rəvayətdə də: "Alov əhlindən iki sinif vardır, hələ onları görmədim: Yanlarında sığırquyruğu kimi bir şeylər daşıyıb onu insanlara vuran insanlar, geyinmiş, çılpaq qadınlar ki, bunlar Allaha itaətdən çölə çıxmışlar. Bunlar, başqalarını da başdan çıxarırlar. Başları dəvə hörgücü kimidir. Bu qadınlar cənnətə girmək belə dursun, qoxusunu da almazlar. Halbuki onun qoxusu bu bu qədər uzaq məsafədən duyulur", buyurdu.
- Sən pis olma, qardaşım, onların gözləri kor olmuş, görmürlər, amma sakit olmaq müsəlmanın şəxsiyyətidir Saleh.. Bu şəxsiyyəti itirsəniz, şəxsiyyətsiz yaşayarsan, şəxsiyyətsiz yaşayan insanın hara bağlı olduğu, kim olduğu müəyyən deyil.
Ona dəli də deyərlər, əsəbi də, amma səssiz və sakit olsan bax, onda müsəlman deyərlər. Bu şəxsiyyətini qoru, çünki sən müsəlmansan...
- Allah səndən razı olsun, Mustafa, mənə həqiqəti göstərdin, izah etdin, mənə et demədin, birlikdə edək, birlikdə gedək dedin. Sən gəlmədən əvvəl demək olar ki, qardaşımı əsəbdən öldürəcəkdim. İndi elə xoşbəxtəm ki, sənin kimi din qardaşım var.
Saleh və Mustafa göz yaşlarıyla qucaqlaşdılar. "Hava qaralır, hər kəs evinə" dedi Mustafa, bir tərəfdən göz yaşlarını silir, bir tərəfdən Salehin düşüncəli halına baxırdı.
- Saleh, artıq kədərlənmə, oldumu, can dostum, can qardaşım... Al, bu diski, içində gözəl şeylər var, buna evdə qulaq as...
***
Hər kəs evinə gəlib çıxmışdı. Saleh Mustafanın verdiyi diski dinləyirdi. Şeytanın hiylələri, övliya, dini məlumatlar, Peyğəmbər Əfəndimizin (s.a.s) həyatı və s. Hamısı dinclik verən məlumatlar və düşündürücü şeylər idi.
Dodaqlarından bu söz çıxdı: "Eşqin içində Allah olunca dost olur, yoldaş olur, insana hirs də qalmır, əsəb də. Allahım, Sənə şükürlər olsun...
***
Aradan 2 il keçmişdi, Mustafa və Saleh möhkəm bir dost olmuşdur. Saleh tamam düzəlmişdi, məscidə birlikdə gedirlər, hər axşam evdə söhbət edirlər və bir məqsəd ətrafında təvaf edirdilər Allah rizası üçün....
Artıq onlar düzəldi. Bəs siz, dəyərli oxucular, siz hələ Allahın əmrlərinə əsəbləşib namaz qılmırsınız?
Qurani-Kərimdə səbrin əhəmiyyəti çox ayədə bildirilir. Üç ayə tərcüməsi belədir:
Səbirlilərdən, mükafatlar hesabsız verilər. [Zumər 10]
Ey iman gətirənlər, Allahdan səbir və namazla kömək istəyin. Allahu Təala əlbəttə səbr edənlərlədir. [Əl-Bəqərə 153]
Ey Rəsulum, kafirlərin əziyyətlərinə, uluazm Peyğəmbərlər kimi səbr et! [Əhqaf 35]
Səbr haqqında hədis-i şəriflərdən bəziləri belədir:
İmanı ən üstün olanı səbirli, səxavətli və xoş görüşlü olandır. [Deylemi]
Haqq təala, sevdiyi qulu dərdlərə mübtəla edər, o da səbr etsə, ondan razı olar. [Deylemi]
Səhv qonşunun əziyyətlərinə ölənə qədər səbr edənləri Allahu təala sevər. [Hakim]
Allahu-Təala səbr edənləri sevər. [Taberani]
Ən üstün ibadət sıxıntıya səbr etməkdir. [Tirmizi]
Ən şiddətli bəla səbrin az olmasıdır. [Deylemi]
Andla söyləyirəm, düşdüyü zülmə səbr edənin Allahu Təala şərəfini artırar. [Taberani]
Dolanışıq çətinliyinə səbr edənləri Allahu-Təala Firdevs Cənnətinə qoyar. [Ebuşşeyh]
Qənaətlə keçinəcək qədər az ruziyə səbr edənlərə müjdələr olsun. [Deylemi]
İki gözünü itirən səbr etsə Cənnətə gedər. [Hatib]
Allah-Təala buyurdu: Mənim hökmümə razı olmayan və verdiyim müsibətə səbir məndən başqa Rəbb axtarsın. [Taberani]
Müəllif: Mustafa Kuş
Allah bunu yazandan razı olsun, inşAllah biz də səbr edənlərdən olaq, Amin.
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR