- Zəli, lazım deyil, bizi də, özünü də zibilə salma. Burax onu qoy rədd olsun, əsilli-nəsilli tayfadandı, gec-tez üstü açılacaq. Onda mənim nəslimi kəsərlər. Həm də uşaqla uzaqdan da olsa qohumuq. Heç sən bilirsən Qubada bilsələr ki onu mənim yanımda güllələyiblər, nə olar?
Zəli dəli adamlar kimi ayağını yerə döyəcləyib bağırdı:
- Ə, nə olar?
Çaxır Tahir:
- Əlbəttə, sənə heç nə, səni onlar nə tanıyır?
Amma mənim dirilərim qalsın bir yana, ölülərimi də qəbirdə dinc qoymazlar, qovarlar. Biz Qubalılar belə şeyləri bağışlamırıq.
- Çaxır, yetər basıb bağladığın. İndi sən daha qubalı döyülsən. Sən qaçaqsan. Qaçağın vətəni, yurdu-yuvası olmur, - deyə Zəli, Çaxır Tahirə təpindi.
- Mən qubalı olmaya bilərəm. Amma arvad–uşağım ordadır, bəs onlar?
- Eh-eh...sən də mənə öyüd-nəsihət dərsi keçmə. İstəyirsən burax getsin, amma unutma, o gedib orda-burda ağzını açsa, onda əlimdən qurtulmayacaqsan.
Çaxır Tahir sevincək:
- Yaxşı, o mənim boynuma,-deyib əlini peysərinə qoydu.
Əslində Çaxır Tahirin marağı təkcə Əliqulunu azad etmək deyildi. Onun başqa dərdi vardı. Altı ay olardı ki, yığdığı pulları, qızılı, daş-qaşı evlərinə göndərə bilmirdi. İndi əlinə fürsət düşmüşdü. O, Əliquluya “Yaxşılıq” edib ölümdən xilas edəcək, onu özünə borclu salacaq və bu yolla yığdıqlarını arvadına itkisiz-filansız göndərəcəkdi. Amma Allah var, Çaxır Tahirin həm də Əliquluya yazığı da gəlirdi, axı necə də olmasa simsar sayılırdılar. Uzaqdan da olsa qohumuydular.
Zəli hirsli-hirsli, donquldana-donquldana tövlədən çıxdı. Lakin Çaxır Tahirin boynuna ağır yük vurub getdi: Çaxır Tahir gözəl bilirdi ki, Zəli sözünü elə belə səpələyən köpək oğlu deyil, dedi qurtardı. İşdi-qəzadı Əliqulu gedib, kiməsə onlar haqqında ağzından bircə söz qaçırsa, onların izinə düşsələr, vay onda Çaxırın halına, onun cəzası böyük olacaq. Ölüm! Ya özü özünü kişi kimi öldürəcək, ya da qaçaqlar bu işdə ona “köməklik” edəcəklər. Bir sözlə, Çaxır Tahir boynuna götürdüyü yükün ağırlığını və qazamatda oturanların qayda qanununu yaxşıca bilirdi.
Çaxır Tahir, Zəli ilə onun əlaltılarının çoxuyla qazamatda bir yerdə “gün keçirtmişdir”. Düz iki il sərasər. Qazamat həyatına da orda yaxından “bələd” olmuşdu.
Lap əvvəllər o yenicə qazamata düşəndə Zəli onu öz himayəsinə götürmüş, həbsxana həyatının bəzi “nahaq” qayda-qanunundan qorumuşdu. Bununla da Çaxır Tahir necə deyərlər onu özünə ömürlük borclu etmişdi.
Zəli digər qaçaqlardan fərqli olaraq Çaxıra daha çox inanırdı. Hətta bir çox hallarda bu inamını gizlətmədən açıqca deyirdi. “Çaxır dağ adamıdır. Onlara bel bağlamaq olar. Heç vaxt dostu darda qoymazlar”. Zəli bu münasibətini əldə etdikləri qəniməti böləndə də açıqca ortaya qoyar və deyərdi. “Çaxıra o birilərdən yarım dəfə artıq verim. O, mənim sağ əlimdir”. Beləliklə də Çaxır olmuşdu Zəlinin sağ əli. Əslində qaçaq dəstəsinə Zəli başçılıq etmirdi, dəstənin əsas başçısı Dəmir qulam idi. Amma Qulam son vaxtlar yaşlaşıb əldən düşmüşdür. Həddən artıq eyş-işrət, içki, qumar onu get-gedə başçılıqdan uzaqlaşdırırdı. Pay-puşdan Zəli ona nə verirdi, o da alıb “sağ olun, Allah bundan da artığını versin” deyib keyfində olurdu. Bununla belə hamı ondan it kimi qorxurdu. Elə Zəli özü də. O, üst-üstə Sibirdən belə 25 il qazamatda yatmışdı. Adı-sanı Rusiyadan belə gəzib dolaşırdı.
Qaçaqların hamısı Zəlinin ardınca çıxdıqdan sonra Çaxır Tahir Əliquluya dedi:
- Əliqulu, qohum, görürsən də, sənə görə boynuma bir başa ölüm götürdüm. Bilmirəm bilirsən ya yox, biz dolayısıyla səninlə qohumuq. Rəhmətlik Umleyla nənəm mənim nənəmlə dopdoğmaca əminəvəsiydilər, yəni atan Hacı Səməd ana tərəfdən bizimlə bir nəsildəndi. Yoxsa bura gətirilib bundan sağ buraxılan indiyəcən olmayıb, sən birincisisən. Amma səndən xahiş edirəm, olmaya-bilməyə haradasa ağzından qaçırasan ki, burada olmusan, məni tanıyırsan, bil ki belə olsa ölümünə özüm hökm verəcəm, bu bir, ikincisi də Zəli səni yerin deşiyində də olsa, tapacaq, bunu biləsən.
Çaxır Tahirin “öyüd-nəsihətləri” Əliqulunu o qədərdə maraqlandırmırdı. Onun üçün bu dəqiqə bircə maraq vardı. O da ki, ilk baxışdan məftunu olduğu rus qızı Lidanı qaçaq-quldurlardan xilas etmək. Çaxır Tahir danışdıqca onun üzünə baxsa da fikri Lidanın yanındaydı. Onu necə xilas etmək planını hazırlamaqdaydı. "Necə və nə cür" dərdiydi dərdi. Bununla belə Əliqulu əvvəlki mənəmlik, əsəbilik davranışından kənar olmaq qərarına gəlmişdi. O, ürəyində fikirləkşi ki, qaçaq-quldurla hərbə-zorba ilə danışmaq, mərdlik-kişilik, qeyrət nümayiş etdirmək nəticəsində hər şeyi məhv edə bilər. Ona görə də o, gücdən ağıla keçmək qərarına gəlmişdi və özünü elə göstərdi ki, daha qaçaqlarla rus qızı davası etmək fikrində deyil. Canını sağ-salamat qurtarırsa min şükür.
Çaxır Tahir Əliqulunun dərin fikirə getdiyini görüb onun bu halını başqa şeydə axtardı. Ona elə gəldi ki, uşaq dünəndən əli-qolu bağlı burda qalıb, yəqin ki ac-susuzdur, qarnının hayındadır. Ona görə də dedi:
- Əliqulu, ay qohum, sən burda, gözlə, gedim sənə bir-iki loxma yemək gətirim, bir az da su. Əl-üzünü yu, yeməyini ye, kəmərin altını bərkit, atlanaq. Səni Şabrandan (keçmiş adı Dəvəçi) yola salım get evinizə, razılaşdıqmı?
Əliqulu dinmədi, başını tərpətməklə razılığını bildirdi.
Çaxır Tahir çıxan kimi Əliqulu bir-iki addım oyan-buyan hərəkət etdi. Ayağında, bədəninin digər yerlərində əzik, sınıq olub olmasını yoxladı. Sol böyründə qabırğasının üstündə, bir də boynunun yuxarı hissəsində kəskin ağrı vardı, azacıq dasağ çiynində. O, qollarını bir-iki dəfə geniş açıb sağa-sola hərəkət etdirdi. Əllərini ovuşdurdu. Beləcə qarşıda planlaşdırdığı döyüşə hazırlığını yoxladı.
Çaxır Tahirin geri dönməsi çox da çəkmədi. O, bir əlində iri parç, digər əlində yayma çörək, çörəyin üstündə pendir və bir neçə kabab tikəsi içəri girdi.
- Gəl, qohum, gəl, su töküm, əl-üzünü yu, bir tikə çörəyimizi kəs, tərpənək. Axşam olmamış səni yola salım. Yükün ağır olacaq. Zeynəb xalana göndərəcəklərim var, - dedi.
Əliqulu yenə də cavab vermədi. Sakitcə Çaxır Tahirə yaxınlaşdı. O su tökdü, Əliqulu əl-üzünü yudu. Yeməmişdən əvvəl bir parç suyu bir nəfəsə çəkdi başına. Çörəklə kabab bayat idi, ancaq motal pendiri ləzzətliydi. Baxmayaraq ki Əliqulunun motal pendirindən lap uşaqlıqdan zəhləsi gedirdi, amma bu dəfə yeri deyildi deyə motal pendirini acgözlüklə yedi. Hətta iyini belə hiss etmədi. Əliqulu o hayda deyildi ki, yeməkdən imtina edəydi.
İnsan belədir, digər canlılardan heç nə ilə fərqlənmir. Fiziki tələbatı əksər hallarda digər mənəvi tələbatları üstələyir. Bu heyvanlarda da belədir, bitkilərdə də, elə insanlarda da, Əliqulu da belə düşünürdü. O, uşaqlıqdan bu tipli mülahizələri ilə hamının diqqət mərkəzində olurdu. O, dostlarına, tay-tuşlarına, indi isə Gəncədə oxuduğu Kənd Təsərrüfat İnstitutundakı tələbə yoldaşlarına bu düşüncələri haqqında çox danışardı. Amma özünə həmrəy az tapardısa da, həmfikirləri də az olmazdı. Məsələn, Əliquluya görə hər bir canlı varlıq düşünür, mühitə görə özünü müdafiə edir, uyğunlaşır, həyatda qalması üçün mübarizə aparır. Hətta o, belə fərz edirdi ki, bitkilər də nə vaxtsa canlılar kimi hərəkət edirmişlər. Lakin bu onların yaşam tərzlərinə mənfi təsir etdiyindən hərəkət vərdişlərini dayandırmışlar. Çünki onlar hərəkət etdikcə zoğlar lazımı qidanı ala bilmirdi. Ona görə də yerdəyişmə zamanı mühitə uyğunlaşma, hərəkətli canlılardan fərqli, bitkilərdə olduqca gec alınır. Bu isə inkişafı ləngidir. Əliqulunun digər maraqlı fərziyyəsi o idi ki, bitkilər də bütün canlılar kimi nəvazişə, qayğıya möhtacdılar. Harada, nə vaxt, kimdənsə qayğı, nəvaziş görürlərsə bu halda daha yaxşı inkişaf edir, bol məhsul verir, pöhrələnib boy atırlar. O, həmişə deyərdi ki,”yoxlayın, hansısa meyvə ağacının budaqlarını traş edin, qurumuşları çıxarın, çiçək vaxtı yarpaqlarını, meyvə vaxtı meyvələrini seyrəldin, onda, nəticədə görəcəksiniz ki, qayğı göstərdiyiniz ağac (bitki) digəriylə müqayisədə dəfələrlə çox meyvə məhsul verir. Bu isə həmin bitkinin ona qayğı göstərən varlığa təşəkkürdür.”
Təbiətdə də bütün canlılar kimi bitkilər də yaşayıb, artmaq üçün mücadilə edirlər. Diqqətlə bitkilərin həyat tərzini izləsək, olduqca müəmmalı və özünəməxsus özəllikləri görmüş olarıq. Buna baris sübut ağacların öz meyvəsini gizlətmək bacarığıdır. Əsasən də bu proses ağacda meyvələr az olanda özünü daha qabarıq göstərir. Həmin ağaca baxıb görürsən ki, odur, ağacın hansısa budaqlarında meyvə var. Ancaq bircə anlığa fikrini yayındırıb kənara baxsan. Təkrar həmin yerə nəzər saldıqda meyvəni tapa bilmirsən. Çünki ağac yarpaqlarının köməkliyilə öz meyvəsini gizlətməyə qadirdir. Əlbəttə ki bu da təbiidir. Axı ağac da insan kimidir. O da ərsəyə gətirdiyi gələcək övladını itirmək istəmir. O, istəyir ki, öz meyvəsini böyütsün, vaxtı çatanda yerə atsın və onun nəsli davam etsin, kökü kəsilməsin.
Çoxları onun belə uzaqgörən və olduqca həqiqətə uyğun fikirlərinə fərziyyə və qeyri real yanaşsalar da bu Əliqulunu ruhdan salmazdı. Əksinə o, öz fikirlərini sübut etmək üçün yeni-yeni dəlillər axtarar, müşahidələr aparar, elmə əsaslanan məqalələr yazardı. Məhz onun digər tələblərindən fərqləndirən belə fikirləri artıq çərçivədən çıxıb müasir alim və elm adamlarının marağına səbəb olmuşdu.
Əliqulu biliyi və yüksək mədəniyyətinə görə də hamının sevimlisinə çevrilmişdir. İnstitutda söz-söhbət gəzirdi ki, Əliqulu gələcəyin müəllimidir, yəni institutu bitirib elə buradaca dərs deyəcək.
Atası Hacı Səmədi, anası Umleylinin vaxtsız həyatdan köçmələri Əliquluya həyatda acı anlar yaşadıb, görünməmiş çətinliklərlə üzləşdirsə də o sınmamış, dözmüş, əsilzadə nəsildən olduğunu saxlaya bilmişdi.
Şura hökuməti qurularkən Əliqulunun həm ata-ana, həm də baba mirası əllərindən alınıb “kollektivləşdirilmişdir”. Hətta evləri də müsadirə olunmuş, ata evlərində orta məktəb, baba evlərində isə rayonun inzibati binası yerləşmişdi. Torpaq sahələri, mal-heyvan sürüləri, dəyirmanları, alma bağları, bir sözlə bütün var-dövlətləri əllərindən alınmışdı.
Şura hökumətinin gəlişi bütün varlı ailələrə öz mənfi təsirini etmişdi, amma Əliquluya bu təsir daha çox zərər vurmuşdu. Çunki o, çox erkən yaşında hər iki valideyinini itirmişdi.
Şükürlər olsun böyük Yaradana, çətinliklə də olsa artıq böyümüş, demək olar ki əli çörəyə çatmışdı. Sadəcə indi onu qarabaqara izləyən və kədərləndirən bircə şey vardı, o da ki məcburiyyətdən əslini-kökünü gizlətməsiydi.
Əliqulu Çaxır Tahirin gətirdiyi iri yayma çörəyi, motal pendiri və axşamdan qalma quzu kababını yeyib qurtardı. Üstündən yenə də bir parç su içdi. Az qaldı ki qollarını açıb gərnəşsin, desin “oxay”, amma demədi. Çünki Əliquluda, ümumiyyətlə, bu tipli vərdişlər yox idi. O, hər addımında zadəgan ailəsindən olduğunu unutmur və etik qaydalara əməl edərdi. Lakin indi düşdüyü vəziyyət onu vadar edirdi ki, bəzi humanist düşüncələrindən imtina etsin. Kobudlaşsın, ədalətsiz olsun, rəhmini üstələsin, güc tətbiq etsin. Ancaq yarım saat əvvəl onu demək olar ki, ölümün pəncəsindən xilas edən Çaxır Tahirə necə xəyanət edəcəyi dərdi onu narahat etməyə başlamışdı. Hələ bu azmış kimi Çaxır tahirin onun boynuna qoyduğu, yəni Zeynəb xalaya aparacağı, belə demək mümkünsə əmanəti necə edəcəyi də bir tərəfdən Əliquluya əlavə çətinlik yaradırdı.
O, fikirlərini götür qoy etdiyi vaxt Çaxır Tahirin həlim səsi onu düşüncələrindən ayırdı:
- Dayı nəvəsi, hazırsansa yola düşək?
Əliqulu istədi ki, yenə Qızılı saçlı qızı və onun atasını soruşsun, onların taleləriylə maraqlansın. Amma səbrini basdı. Sakitcə Çaxır Tahirə tərəf getdi. Qapıdan çıxan kimi ətrafa göz gəzdirdi. Onun saxlandığı yer, yəni qaçaqların məskəni olduqca hündür dağın başında idi. Ətraf hər tərəf yamyaşıl meşəliklə əhatə olunmuşdu. Onların olduğu ən hündür yer isə enli divarlı qədim qalaydı. Ilk baxışdan Əliqulu harada olduğunu ayırd edə bilmədi. Ora-bura çox baxmağı Çaxır Tahirin gözündən yayınmadı.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək
- ŞƏRHLƏR