Sədi Şirazinin "Gülüstan" əsərindən seçilmiş hikmətli sözləri.
***
İki düşmən arasında elə söz danış ki, barışanda utanmayasan.
***
Yersiz sərtlik dəhşət yaradar,yersiz mülayimlik hörmət azaldar.Nə elə qaba ol ki,səndən qaçsınlar, nə də elə yumşaq ol ki, sənə qabarsınlar.
***
Xasiyyəti pis olan adam elə bir düşmənin əlinə keçmişdir ki,hara getsə də canını onun əlindən qurtara bilməyəcəkdir.
***
Hər kəsə özü camallı, övladı kamallı görünər.
***
Nadan üçün susmaqdan yaxşısı yoxdur, lakin əgər o bunu bilsəydi nadan olmazdı.
***
Pislə oturan yaxşılıq qazana bilməz.
***
Hər kəs nəsihət eşitməsə danlaq eşitməlidir.
***
Ağıllı adamın axmaqlar qarşısında susması təəccüblü deyildir,çünki nağara səsi tar səsinə,sarımsaq iyi isə ənbər qoxusuna həmişə üstün gəlmişdir.
***
Müşk odur ki, ətir versin, nəinki əttar desin.
***
İki şey mümkün deyildir-qismətdən artıq yemək və əcəl çatmamış ölmək.
***
O şeyi ki,arxayınsan sənə deyəcəklər soruşmağa tələsmə, çünki hörmətə zərəri var.
***
Ölçülməmiş suala, biçilməmiş cavab verərlər.
***
Böyük bir şəxsdən soruşdular:
-Sağ əl çox cəhətdən sol əldən üstündür,buna baxmayaraq nə üçün üzüyü sol ələ taxırlar?
Dedi:
-Bilmirsən ki, fəzilətli həmişə məhrum olar.
***
Bir ömürdə ələ gələn dostu bir anda incidib əldən vermə.
***
Mal-dövlət yaşamaq üçündür,yaşamaq mal-dövlət yığmaq üçün deyildir.
***
Ərəblər deyirlər bağışla, lakin minnət qoyma, faydası özünə qayıdacaq.
***
Naməlum dərmanı həkimsiz içmək, nabələd yolu karvansız getmək ağıllı adamın işi deyildir.
***
Alimdən soruşdular:
-Elmdə bu dərəcəyə necə çatdın?
Dedi:
-Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
***
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlarda özünə hörmətin inkişafında 20 yol - (2)
Eva Lonqoriya Karib dənizində-FOTO
Azərbaycan Diplomatik Akademiyasında Doktorların 8-ci simpoziumu keçirilir
Oktyabr ayının qalibləri!
2012-ci ilin Hündür daban ayaqqabı modelləri
Ölənlərin sayı 5 dəfəyədək azalıb
Dünyanın ən gözəl qadını bayker oldu
Android-li telefonlardan pul oğurlanır
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
D vitamini hansı qidaların tərkibində olur?
Tez hazır olan duzlu xiyar(foto-resept)
Zəvvarlar Həcc ziyarətinin yekun ayinlərinə başlayıblar
"Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, dünyada heç bir başqa dövlət bunun əksini demir"
Anlamaq üçün yenidən baxmalı olacaqsınız
Mövlana sözləri -1
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Ağızda dağılan ekler (foto-resept)
Marsa daha bir aparat göndərildi
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun Prezident İlham Əliyevə təqdim edilməsi mərasimi olub
Hava haqqında - 01.09.2013
Uşaq ayaqqabıları
Metro və avtobus kartları dəyişdirilir
Yuxuda inildəmək xəstəliyi: sual-cavablar
Çərəzli piroq (foto-resept)
Ronaldinyonun super qolu komandanı finala aparmadı
Pul əskinaslarını rəsm tablosuna çevirdi
Sürücülərin nəzərinə! Bu küçədə park etməyin
DİN-dən metro istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO
Sadə qələmləri heç belə görmədiniz
Məşhur serial yenidən çəkilir - VİDEO
Uşaq istəyirsən? Yat
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
Sarımsağın faydaları haqqında
Sabahın HAVAsı
Maska taxmayanlar COVID-19-dan ölənlərə məzar qazmaqla cəzalandırıldı
Putindən generallara QADAĞA: bundan sonra..
Fındıqlı gilas mürəbbəsi (foto resept)
Karantindən sonra şagirdlərə dərslər necə keçiriləcək? - EKSPERT RƏYİ
Pozitiv düşüncəyə necə sahib olaq?
Bakıda növbəti dollar panikası
Ermənilər Bakıya gəlməkdən imtina etdilər
Azərbaycanlı bu dəfə Kolumbiyanı heyran etdi - VİDEO
Maraqlı divar saatları
Yüksək maaşla iş tapmaq istəyənlər: Bu ölkələr işçi axtarır - ŞƏRTLƏR
Bədəni təmizləyən 4 qida
HAVA necə olacaq?-7 Noyabr
Xəzərdə zəlzələ olub
Hərəkət edən rəsmlər
Ramin Bayramlıdan əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı AÇIQLAMA
Ən gözəl qadın kimdir?
- ŞƏRHLƏR