Sədi Şirazinin "Gülüstan" əsərindən seçilmiş hikmətli sözləri.
***
İki düşmən arasında elə söz danış ki, barışanda utanmayasan.
***
Yersiz sərtlik dəhşət yaradar,yersiz mülayimlik hörmət azaldar.Nə elə qaba ol ki,səndən qaçsınlar, nə də elə yumşaq ol ki, sənə qabarsınlar.
***
Xasiyyəti pis olan adam elə bir düşmənin əlinə keçmişdir ki,hara getsə də canını onun əlindən qurtara bilməyəcəkdir.
***
Hər kəsə özü camallı, övladı kamallı görünər.
***
Nadan üçün susmaqdan yaxşısı yoxdur, lakin əgər o bunu bilsəydi nadan olmazdı.
***
Pislə oturan yaxşılıq qazana bilməz.
***
Hər kəs nəsihət eşitməsə danlaq eşitməlidir.
***
Ağıllı adamın axmaqlar qarşısında susması təəccüblü deyildir,çünki nağara səsi tar səsinə,sarımsaq iyi isə ənbər qoxusuna həmişə üstün gəlmişdir.
***
Müşk odur ki, ətir versin, nəinki əttar desin.
***
İki şey mümkün deyildir-qismətdən artıq yemək və əcəl çatmamış ölmək.
***
O şeyi ki,arxayınsan sənə deyəcəklər soruşmağa tələsmə, çünki hörmətə zərəri var.
***
Ölçülməmiş suala, biçilməmiş cavab verərlər.
***
Böyük bir şəxsdən soruşdular:
-Sağ əl çox cəhətdən sol əldən üstündür,buna baxmayaraq nə üçün üzüyü sol ələ taxırlar?
Dedi:
-Bilmirsən ki, fəzilətli həmişə məhrum olar.
***
Bir ömürdə ələ gələn dostu bir anda incidib əldən vermə.
***
Mal-dövlət yaşamaq üçündür,yaşamaq mal-dövlət yığmaq üçün deyildir.
***
Ərəblər deyirlər bağışla, lakin minnət qoyma, faydası özünə qayıdacaq.
***
Naməlum dərmanı həkimsiz içmək, nabələd yolu karvansız getmək ağıllı adamın işi deyildir.
***
Alimdən soruşdular:
-Elmdə bu dərəcəyə necə çatdın?
Dedi:
-Bilmədiyim şeyi soruşmaqdan utanmadım.
***
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzəyir.