Axtarmaq yorur insanı. Tez yaşamaq heç nəyə dəymir. Sürətli yaşam sürən insanların, ölərkən peşman olacaqlarına şüphəm yoxdur. Axı nə qədər olar bu həyatda axtarmaq. Xoşbəxtliyi, kədəri axtarmaq və sonra onu taparkən, ovuclarından bir anda sürüşüb düşməsini izləmək. Həmin zaman güzgüyə baxıb, sadəcə özünə gülmək lazımdır. İnanma, kimlər xoşbəxtlikdən və ya kədərdən danışırsa inanma. Dinlə, hörmətsizlik olmasın deyə. Amma qətiyyən inanma. Çünki daimi bir xoşbəxtlik yoxdur. Kədər də elədir. Onlar öz yerlərini dəyişərək gəlib-gedirlər. Hətta intihar belə etmiş olurlar. Ancaq ikisi də ölə bilmirlər. Elə ona görə də xoşbəxtlik və kədər gəlib-gedərək bizlərə əzab verirlər. Öz aralarında yerlərini dəyişərək bizə hər zaman əzab verəcəklər. Ona görə də axtarma. Bu həyatda daimi heç nə yoxdur.
Düzdür, yorulduğumu hiss edirəm. Razıyam səninlə. Bunlar çox insanlarda olur. Amma bu da keçir, hər şey keçib getdiyi kimi. Və yaxud da insanların arxaya dönüb getməsi kimi. Qəribədir, bir qadın sevərsən çıxıb gedər. Bir heyvanı oxşayaraq onu əzizləyərsən, o da gedər. Akvariumda bir balığa baxarsan, səhəri gün isə ölərək səni tərk etmiş olduğunu görərsən. Sevdiyin bir bitki baxçanda olar, günün birində də o da solub gedər. Bu şəhərdə hamı gedir. Getməyən, sadəcə xatirələrdir. Getməyən, ancaq düşüncələrdir. Hansı yerə cəhənnəm olursan ol, xatirələrini, düşüncələrini hiss edərək daşıyacaqsan. Dəyişən heç nə yoxdur. Hər kəs gedəcək və sənə qalan sadəcə foto şəkillər olacaq. Amma onlara nə sarılmaq olur, nə də ki, öpərək hiss etmək. Onlara sadəcə baxıb, ağlamaq olur. Ya da dodaqlarına gic bir gülümsəmə qondurmaq. Bundan başqa heç bir işə yaramırlar. Bəs sən nə işə yarayırsan? Axtarmaqdan savayı. Ay da bir dəfə bu sualı özünə ver. İnsan öz-özünə sual verməyi bacarmalıdır. Daha durub xoşbəxtliyi axtarmaqla olmur. Qarnım toxdur. Xoşbəxtliyi istəməyəcək qədər uzağam. İnsan qadınını bir ömür boyunca sevmək istər. Deyəsən elə birisini tapmaq lazımdır ki, getməyi bacarmasın. Amma mümkün deyil. Hara dönürsən-dön sonda yalnız qalacaqsan. Elə mən də, elə sən də, elə biz də. Ölüm bədənimizə yapışıb. Sevdiyin şəxs yanındadırsa, bir qələm götür bir-iki cümlə yaz. İçində onun gözlərindən, saçlarından danışacaq cümlələr olsun. Güzgü ona gözəlliyini göstərməmiş, sən ona gözəlliyini ifadə et. Sən onun güzgüsü ol. O, getməmiş bunları et. Çünki, ölüm hər yerdədir. Nə isə... Daha bəsdir, əyləş və dincəl. Qaçmaq yorur insanı. Bu belə davam edə bilməz. Axı çətin deyil bir soyuq daşın üzərində əyləşib, dincəlmək. Burax biraz da xoşbəxtlik səni axtarsın. O, da küçələr də gəzib-dolaşır. Harda kədərli adam var ona yapışır. Qısa müddətlik, sadəcə qısa müddətlik.
Ceyhun Məmmədov
XƏBƏR LENTİ
Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)
Baş Nazirdən təhsillə bağlı QƏRAR
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Dirijorumuzun rəhbərliyi altında Novosibirsk orkestri konsert verib
Bakıda kirayə evlərin qiyməti qalxdı
Yeni trend: Afrika hörüyü
Cazibədar alt paltarları
Qadınlara özəl: xoşbəxt olmaq üçün bunları etməyin!
HAVA necə olacaq?
Çimərliklərin monitorinqi başlanır
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Sabahın HAVASI
Kəsmikli alma piroqu(foto resept)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Kapitalizmin cılızlaşdırdığı insan şəxsiyyəti
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
35 yaşdan sonra yeyilməməsi gərəkən 6 məhsul
BÜRCLƏR bizə nə vəd edir?-13 Noyabr
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Günün ulduz falı
Bakıda Novruz şənliyi keçiriləcək
Atatürk Azərbaycan səhnəsində
Flora və Fauna
Həm səmərəli, həm sərfəli
Ali məktəblərə qəbulun nəticələri bu gün saat 5-də elan ediləcək
Bu ölkədə ilk dəfə internet klub açıldı
Günün qoroskopu: qayıdana fikir verin
Uşaqlar gündə nə qədər su içməlidir?
Bu gün atəşfəşanlıq olacaq
Gəncə mətbəxinin unudulmaqda olan yeməkləri...
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Kartofun topdansatış qiyməti də artdı
İtirilmiş arzular
Ronaldo iki nəfərlik şəraba 31 min avro xərclədi
“Ölkədə koronavirusa yoluxma buna görə artdı” - Baş infeksionist DETALLARI AÇDI
Artıq ana oldum...
HAVA necə olacaq?
2021-ci ildə nələr olacaq?– PROQNOZ
"Şəkər xəstəsi olduğunu gizlədən insanlar var"
Məşhur aktyorun fanatından gözlənilməz addım
Hansı şagirdlərin dərslərdə maska taxmasına ehtiyac yoxdur? - AÇIQLAMA
Gəlinciklərinə 200 min dollar xərclədi
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Erməni ulduzun paylaşımı türkləri qəzəbləndirdi-FOTO
İmmun sistemini gücləndirən 10 meyvə
Bu günün hava proqnozu
Ermənilərin Rusiya fiaskosu
Bağçaları açılır?- Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq şəgirdi
Bakıda zəlzələ olub
Salfet ilə süfrələrinizi bəzəyin (3)














