Mədəniyyətlə birlikdə formalaşan və bəzən çarəsizlikdən, bəzən isə qorxudan doğan bir sıra inanclara "batil" adı verilir. Məntiqlə uyğun gəlməyən bu inanclar adət halına gətirilməsə də, sizin üçün gəlin, bəy və toy gününə dair fərqli inancları təqdim edirəm:
• Nigah kəsilərkən ayağa basmaq hər kəsin bildiyi bir hərəkətdir. Evdə ayağa basanın hökmünün keçəcəyinə inanılır.
• Evlənən cütlüyə düyü atmaq ənənəsi bu günlərdə yerini kağız konfetlərə vermişdir.
• Bəzi yerlərdə oğlan nişanlısının valideynlərinə bir müddət xidmət etməlidir, əks halda evlilikləri etibarlı sayılmır.
• Ev sahibinin öz toy günü axşamında asqırmasının şans gətirdiyinə inanılır.
• Qədim Yunanıstanda qız evliliyin qəbul edilməsi üçün uşaqlıq oyuncaqlarını tanrılara təqdim edərmiş.
• Bəzi yerlərdə ölüm cəzası verilən adamla evlənmək istəyən qız onun bağışlanmasını təmin edirmiş.
• Bolqar dağının ətəklərində belə bir inanc var: nişanlanacaq oğlan qız evinə gəldikdə evlilik həyatı uğurlu olsun deyə qızın qardaşları tərəfindən yaxşıca döyülərmiş.
• İki bacının iki qardaşla evlənməsinin həmişə uğursuzluq gətirdiyi düşünülürdü. Bunun səbəbi ortada yalnız tək bərəkət olduğu və buna iki cütün birdən sahib ola bilməyəcəyinə dair batil inancdır.
• Gəlinin və ya bəyin öz ad günündə evlənməsinin də uğursuzluq gətirəcəyinə inanırlar.
• Ümumiyyətlə, tək rəqəmlər uğurlu bilinsə də, toya çağırılan qonaqların cəminin cüt ədəd olması evliliyə uğur gətirirmiş.
• Cümə günlərinin eşq həyatı üçün yaxşı olduğu bilinir. Bir zamanlar mərasimlər üçün də xüsusilə bu günlər seçilərdi.
• Toy gününün yağışlı olmamasına da diqqət yetirilərdi, günəşli günün gəlini və ailə həyatını işıqlandıracağı düşünülərdi.
• Qədimdən May ayı evlilik üçün təhlükəli görülərdi. Günlər istənildiyi kimi günəşli və isti olsa da, qədim romalılar arasında yaşlılar üçün müqəddəs sayılardı və buna görə gənc sevgililər bu ayda toy etməyə çəkinərdilər.
• Nigah üzüklərinin bəy tərəfindən alınması adət halını alıb. Bu gün biz bu üzüyə çox daha romantik mənalar versək də, qədim vaxtlarda gəlinlərin zinət əşyalarının onun ərinə aid olduğuna dair simvoldan başqa bir şey deyildi.
• Maraqlı olan bir başqa inanc isə qadınların bütün bədənlərini həyatlarında yalnız bir dəfə - toydan əvvəlki səhər yumaları idi.
• Yaponiyada nə gəlin, nədə bəy evliliyin qısa sürməsini istəmədiyi müddətdə bənövşəyi rəngli geyimdən istifadə etmir.
• Bəzi bölgələrdə isə gəlinlərin kilsə yolunda tikələyib tökəcəyi çörəyi daşıması ənənəsi mövcuddur. Bu tikələrə insanların toxunması qadağandır, amma əgər quşlar bu tikələri yesə, bunun gəlinə xoşbəxtlik gətirəcəyinə inanılır.
• Tayvanda bir qadının gəlin köçərkən ikidən çox köməkçisi olmasının ona bədbəxtlik gətirəcəyi deyilir.
• Braziliya, Meksika, Kolumbiya və daha bir çox yerdə bəyin gəlini toydan əvvəl görməsinin gəlinə şanssızlıq gətirəcəyinə inanılır.
• Türkiyədə isə gəlin ayaqqabısının altına rəfiqələrinin adını yazır, bu adlarından hansı silinsə, onun qısa zamanda evlənəcəyinə inanılır.
• Meksikada isə belə bir inanc var: gəlin toy günündə mirvari taxsa, evliliyi boyunca ağlayacaq, çünki mirvari göz yaşlarının işarəsidir.
XƏBƏR LENTİ
Əli Əsədovdan ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı QƏRAR
Mobil telefon bir neçə saniyəyə enerji yığacaq…
Dodaqlarım tez-tez uçuqlayır, nə etməliyəm?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Maraqlı şəkillər
Bakıda ayaqyolusu olan avtobuslar işə düşdü
Tubaya üç rejissordan təklif gəldi
Enli şalvarlar
Zövq oxşayan ayaqqabılar
Süni tənəffüs cihazındakı xəstələrin sayı artdı
BMT rəsmisindən maskalarla bağlı AÇIQLAMA
Bütün internet bu görüntülərdən danışır
Yağış, qar, külək - Sabahın havası
10 yaşlı dahi
Sabahın HAVAsı
Bakını daha təmiz və gözəl görmək üçün.
Qızı ilə eyni yaşda görünən qadının gözəllik sirləri
Dünyanın ən uzun insanı
HAVA necə olacaq?
Bahalaşmaya qəti yox
Ermənilər terrorçuları Qarabağa gətirirlər
Yağlı yeməklərdən QAÇIN! - Beyini “iflic edir”
Qocalmağa başlamışıq
I Avropa Oyunlarında ilk qızıl medallar bu gün veriləcək
Koreyada plastik cərrahların dünyanı ÇAŞ-BAŞ SALAN ƏMƏLİYYATLARI - İnanılmaz FOTOLAR
Qadının həyatı haradan başlanır?
Mədə qıcqırması və müalicəsi
Ev dekorasiyasında yeni dövr
"Çukur"da yeni aktyor
İntim gellə qaşınmaya son
Lobyalı ət
Google rouminqsiz plana keçir
Murad Yıldırım bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Məşhur aktrisa gəncliyindən danışdı
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Müəllimlərin yay məzuniyyəti ilə bağlı açıqlama
Kadir Doğulu
Kompüter gücündə telefon
Küçəyə atılan it özünə iş tapdı
Günün ulduz falı
Cəbhədən xəbər var
Avropanın rəmzi komandası - SİYAHI
Görməniz lazım olan yerlər (1)
Hava haqqında
İxtisar zamanı hansı işçilərin işdə saxlanmaqda üstünlük hüququ var?
Adət ənənə "Toy"
İmumniteti hansı vitaminlər gücləndirir?
Bədən tipləri
Olimpiadanın talismanları göstərildi
- ŞƏRHLƏR