Hər kəs iş həyatında və həmkarları arasında öz bacarığı ilə seçilmək istəyir. Rəqiblərini ötmək üçün əlindən gələni edən az insan tanımırıq. İşgüzar insanlar üçün bu test çox əhəmiyyətlidir. Hər kəsin fikri, həyat məqsədi fərqlidir. Uğura aparan yolu müəyyən etmək üçün əvvəlcə işdəki uğurunuzun mənbəyini bilməlisiniz. Həmin uğura aparan yolda sizi nələrin gözlədiyini və hansı xüsusiyyətlərinizi araşdırmağınız gərəkdiyini biləcəksiniz. Elə aşağıdakı şəkillər də sizin xasiyyətiniz kimi fərqlidir. Öz iş potensialınızı müəyyən etmək üçün üzərində pul təsvir edilmiş şəkillərdən bir və ya ikisini seçin. Çalışın ki, birindən artığını seçməyin. Çox çıxılmaz vəziyyətdə qalsanız, yalnız ikisini seçə bilərsiniz. Seçdiyiniz şəklin üzərindəki rəqəmi şərhdə qeyd edin. Seçdiyiniz rəqəmə əsasən uyğun cavabı şərhdə qeyd edəcəyik.
Cavablar
1. Dollar-bu klassikadır. Siz əli açıq insansınız və eyni zamanda yaxşıların yaşısı olmağa can atırsınız. Sizin yüksək ambisiyalraınız və standart fikirləriniz var. Hətta xırdalığa belə orijinal sahədən baxırsınız. İş yoldaşlarınıza və həmkarlarınıza elə gəlir ki, siz çətin insansınız. Əslində isə siz özünüz özünüzlə çətinlik çəkirsiz. Siz çox işgüzarsınız, lakin eqoist deyilsiniz. Siz dünyanı daha da gözəl etmək üçün işləyirsiniz. İş yoldaşlarınıza və həmkarlarınıza qarşı xoş münasibət bəsləyirsiniz. Təbii ki, sizinlə kobud davranana qədər. Bir gün onların yaxşıya doğru dəyişiləcəklərinə və səhvlərini düzəldəcəklərinə inanırsınız. Sizin gördüyünüz işi olduğu kimi qiymətləndirən çox az insan var. Lakin sizə elə insanların verdiyi qiymətləndirmə heç lazım da deyil.
2. Siz orijinal insansınız. Yumor hissiniz də var. Bu sizin işgüzar həyatınıza da müsbət təsir edə bilər. Siz məsuliyyətli, işini sevən və başqalarının qayğısına qalmağı sevən insansınız. Siz işin düzgünlüynə inanırsınız və inamla öhdəliyi üzərinizə götürürsünüz. Sizin gözəl xasiyyətiniz var. Həmsöhbətlərinizə inam, etibar hissi aşılayırsınız. Siz dimmidentsiniz. Hər zaman danışmağa maraqlı mövzu tapırsınız. İşdə nümunəvi olmağa can atırsınız. Siz tünlük sevmirsiniz. Ətrafınızdakı insanlar yetərincə dəyərləndirməsələr də, siz istənilən işin öhdəsindən gələ bilərsiniz. Çətinliyin üzünə gülən insansınız.
3. Siz optimist və uğurlu insansınız. Siz etibarlılığa daha çox əhəmiyyət verirsiniz, nəinki düşünülməmiş qərara. İş həyatınızda heç bir çətinliklərə baxmayaraq sabit addımlarla irəliyə gedirsiniz. Bu bacarığınızı qorumağa çalışın. Siz həyatın hədiyyə olduğuna inanırsınız və onu daha da gözəl etməyə can atırsınız. Bütün bacarığınızı və imkanlarınızı iş həyatında sınayırsınız. Artıq nail olduqlarınızla fəxr edirsiniz və buna baxmayaraq irəli addımlayırsınız. İnkişaf etmək və öryənmək üçün əlinizə keçən istənilən imkandan yararlanırsınız.
4. Xüsusi düşünmə qabiliyyəti sizə iş həyatında uğur gətirə bilər. Siz bundan da yüksək nəticələrə nail ola bilərsiniz. Siz unikal insansınız. Ətrafınızda sizə bənzər heç kim yoxdur. Heyratamiz insansınız. Məhz bu sizin işdəki uğurunuzun özəyini təşkil edir. Çox zaman sizi düzgün anlamırlar və buna pis olursunuz. Lakin buna əhəmiyyət verməmək lazımdır. İrəliyə, uğur ardınca getməyə tələsin. Sizi anlamayanlar daha sonra anılayacaqlar. Şəxsi məkanınızın olması çox vacibdir. Sizin iş bacarığınızı yetişdirmək lazımdır. Bir müddət sonra ətrafınızdakıların diqqətini də çəkəcəksiniz. Siz həyatın qaranlıq və işıqlı tərəflərini asanlıqla seçə bilən insansınız. Bir də emosional insansınız. Məhz emosiyalarınızı idarə edərək irəliyə addımlamağa səy göstərin.
5. Klassika və sadəlik-sizin iş həyatındakı uğur mənbəyinizdir. Bəzən bunlar biznesinizin zəyifləməsinə səbəb ola bilər, lakin stabil və doğru verilmiş qərar sizə hər zaman uğur gətirir. İş həyatında bir çox çətinliklər yaşamış olsanız da məyus olmadan irəliyə doğru addımlayın. Siz heç kimdən və heç nədən asılı deyilsiniz. “Hər şeyi özüm edəcəyəm” fikri sizin həyat devizinizə çevrilib. Hər zaman özünüzə güvənirsiniz. Nə istədiyinizi bilən və bu istəyə nail olmaqdan qorxmayan birisiniz. İş yoldaşlarınzdan və həmkarlarınzdan tək istədiyiniz şey səmimiyyətdir. Siz həqiqətə açıqsınız. Uğura gedən yolun asan və qısa olduğuna inanırsınız.
6. Həssas və yaxşı insansınız. İşgüzar görüşləri və əlaqələri asanlıqla qura bilirsiniz. Çoxlu dostlara sahibsiniz. Sizin xoş və isti auranız var. Yaxşı iş əlaqəsinə və biznes planlarına hörmətlə yanaşırsınız. Sabit olmağınız işdəki uğurunuzun səbəbidir. Uğura aparan yol o qədər qısa olmasa da, təməli möhkəm olacaqdır. İş yoldaşlarınız və həmkarlarınız sizin yanınızda özlərini çox rahat hiss edirlər. Hər gün daha yaxşı olmaq, maraqlı və dəqiq olmaq barədə düşünürsünüz. İş həyatınızın da bucür olmasını istəyirsiniz. Mənəvi dəstəyə çox ehtiyacınız var və mütləq ona nail olacaqsınız. Qarşılıq gözləmədən yaxşılıqlar edirsiniz. Uğura gedən yolunuz qısa olmasa da, doğru olacaqdır.
7. Sabitlik və originallıq iş həyatınızdakı uğurunuzun səbəbkarıdır. Xoşbəxt, anlayışlı, həssas insansınız. İstənilən hadisəni və insanı asanlıqla qəbul edə bilirsiniz. Həmkarlarınızın və iş yoldaşlarınızın uğurunu maraqla izləyirsiniz. Fikrinizi hər zaman cəmləyirsiniz və nadir hallarda narahatlıq keçirirsiniz. Yumor hissiniz və pozitiv münasibətləriniz işdə və həyatdakı çətinliklərinizin öhdəsindən gəlməyə kömək olacaq. Siz uğura nail olmalısınız və heç bir çətinliyə baxmayaraq nail olacaqsınız da .
8. Siz hər kəs kimi deyilsiniz və hamıdan fərqli düşünürsünüz. Məhz bu sizin iş həyatınızdakı uğurun açarıdır. Heyratamiz, gülərüz və pozitiv enerjili insansınız. Bütün çətinliklərə baxmayaraq hər kəslə harmoniyada yaşamağı üstün tutursunuz. Həvəsli və cəldsiniz. Çox zaman insanları təəccübləndirirsiniz. Nə etmək olar. İş həyatında siz qeyri-standart düşüncəyə sahibsiniz. Siz hər zaman özünüz olaraq qalırsınız. Heç nəyə baxmayaraq dəyişilməyi düşünmürsünüz. Yeni ideyalarla məşğul olmağı sevirsiniz. Öz bacarıqlarınızdan düzgün yararlansanız öz həmkarlarınızı və rəqiblərinizi asanlıqla qabaqlaya bilərsiniz.
9. Siz optimist və uğurlu insansınız. Siz etibarlılığa daha çox əhəmiyyət verirsiniz, nəinki düşünülməmiş qərara. İş həyatınızda heç bir çətinliklərə baxmayaraq sabit addımlarla irəliyə gedirsiniz. Bu bacarığınızı qorumağa çalışın. Siz həyatın hədiyyə olduğuna inanırsınız və onu daha da gözəl etməyə can atırsınız. Bütün bacarığınızı və imkanlarınızı iş həyatında sınayırsınız. Artıq nail olduqlarınızla fəxr edirsiniz və buna baxmayaraq irəli addımlayırsınız. İnkişaf etmək və öryənmək üçün əlinizə keçən istənilən imkandan yararlanırsınız.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
DQMK və TQDK-nın ləğvinə başlanılıb
Zaman səyyahı gələcək dünyaya gedib çəkdi, paylaşdı – Şok FOTO
Havalar isti keçəcək!
Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir
Məryəm ərə gedir - FOTO
Hilmi Cem otel aldı
Rusiya XİN Stiven Siqalı işə götürdü
Reper ideal bədən quruluşu ilə sevənlərini heyrətləndirib-FOTO
Cenifer Lopezin YENİ FOTOLARI
Manatın növbəti üç gün üçün MƏZƏNNƏSİ
Özünə güvənən uşaq böyütməyin 5 yolu
Muzeydən 1,5 milyon dollarlıq kitab oğurlandı
Kəs və yapışdır-12
Əmzikləri təmizləməyin ən düzgün yolu
Azərbaycan Türkiyədən quş əti idxalına qadağa qoyacaq? - RƏSMİ AÇIQLAMA
Cəbhədə atəş səsi kəsilmədi
Bu cür hallar milyonda bir baş verir
Məşhur oyunlara qadağa qoyuldu
Maştağada qəribə yırtıcı peyda olub - FOTO
Kıvanç Tatlıtuğun iti xərçəng oldu
Xarici İşlər naziri: “Ermənistan diversiyaya əl atır”
Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq? - AÇIQLAMA
Antarktidada naməlum piramidalar aşkar edilib
Daha 117 nəfər COVID-19-a yoluxdu
İspan qadınlarının makiyaj sirləri
70 il sonra gələn məktub
Bakıda marafon olacaq
Ən kök adam arıqladı
Düşmən orduda böyük itki
Rusiya Azərbaycana doqquz vaqon humanitar yardım göndərdi
2012-ci il notbookları və netbookları
Qayda açıqlandı: gözəllik salonuna getmək istəyənlərin nəzərinə
Azərbaycanda beş vУ™ beşdУ™n artıq uşağı olan analara xoş xəbər
Emin Ağalarov sərgi mərkəzini hospitala çevirir
Ölümün bir addımlığında...
İnsanlar niyə “evdə qal”mırlar? - VİDEO
Dünyada ən böyük sualtı park inşa olunacaq
Çinlilər karantindən sonra bu məhsulu yeməyə başladı - Şok menyu
Lətifələr
Uşaqlar üçün tərəvəz yeməyi (foto resept)
Səhiyyə Nazirliyindən Şəki Xan Sarayındakı hadisə ilə bağlı - Açıqlama
Azərbaycanlı deputat Ərdoğanla görüşüb - FOTO
Meqan Markl 24 saata 53 min xərclədi-FOTO
18 milyona aldı, 550 milyona satır
Meditasiya-İblisin tələsi
Qida sənayesinin reallıqlarını göstərən sənədli filmlər
Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Türk Ordusunu silahlandırırıq
HAVA necə olacaq? 15-yanvar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]