Hər bir sağlam düşüncəli insanın hobbisi var - kimsə maqnit, marka kolleksiyası yığır, kimisi suvenir hazırlayır, kimsə rəqsləri sevir və ya xeyriyyəçiliklə məşğuldur. Sirr deyil ki, hobbi - stressi atmaq üçün əla dərmandır. Amma əgər bu həvəs dağıdıcı maniyaya çevrilirsə, insanın nəinki özü, həm də ona yaxın kəslər də əziyyət çəkir.
Bu gün biz uşaq və ailə vəzifələri olan kişilərin düçar olduğu kompüter asılılığından danışacağıq.
Hər bir kişi uşaqdır. Və hər bir uşaq kimi o da oynamaq istəyir. Həmçinin hər bir kişi ovçu və ya döyüşçüdür. Virtual dünyada bir neçə klik etmək kifayətdir və sən - 80 səviyyəli kosmik gəminin kapitanı və ya elf-maq, igid döyüşçü olursan. Süni dünya reallıqdan maraqlı, parlaq olur. Və burda nə var ki? Amma oynayanın səhhəti, əhvali-ruhiyyəsi korlanır, elə bütün ailə üzvləri əziyyət çəkir - virtual ər və ata kimə lazımdır? Onun oyunu çox təhlükəlidir.
Böyüklərin bu asılılığı - bu yarımçıq dünyaya qarşı etiraz aqressiyasıdır. Bu asılılıq ilə də mübarizə aparmaq lazımdır. Kimsə soruşacaq: "Bəs niyə mübarizə aparaq? Digər tərəfdən baxsaq, bizə elə gəlir ki, bu asılılığı olan ər ailədə ən azından problemlər yaratmır. Axı o döymür, içmir, digər yerə getmir, evdə oturub günlərlə və gecələrlə öz sevimli oyununu oynayır. Amma böyüklər üçün olan bu oyunlar heç də təsirsiz deyil. Məlum olduğu kimi, bir çox komputer oyunları öz aqressivliyi ilə "şöhrətlənirlər". Bu oyunlarda əsir götürmək, qazanmaq, öldürmək olar, qul və kənizlərdən də almaq olar. Bütün bunlar təcavüzün inkişafına təkan verir, hətta əgər insan buna qarşı əvvəllər meyilli deyildisə... Əlbəttə ər çətin ki sizə yumruqları ilə hücum edər, əgər siz komputerin qarşısından onu çəkməməyə çalışsanız, amma siz öz ünvanınıza xoşagəlməz sözlər eşidə bilərsiniz. Son vaxtlar monitor qarşısında bir bakal pivə ilə arxayınlaşmaq dəbdə olub. Daha yaxşısı isə - iki bakal ilə. Ən yaxşısı isə real və virtualda olan dostlarla... Nəticədə biz həyat yoldaşımızın içki ilə problemlər yaşamasının da şahidi ola bilərik.
Üstəlik belə hallar məlumdur ki, virtual roman, oyunçu olaraq adi ünsiyyət və ya rəqabət baxımından tanışlıq və münasibətləri, sonradan real tanışlığa çevrilir.
Əgər siz virtual ərinizdən yorulmusunuzsa, əgər o bütün gün ərzində monitor arxasında əyləşirsə və bu sizin xoşunuza gəlmirsə, artıq onu real həyata qaytarmaq vaxtıdır. Bunu necə edək? Real ünsiyyəti ailəyə necə qaytarmaq olar?
Sizə bir neçə səmərəli üsul təklif edirik.
Əgər sizdə ikinci komputer və ya noutbuk varsa, onunla birlikdə onun sevimli oyunu oynamağa başlayın. Beləliklə siz, həm həyat yoldaşı ilə daha çox ünsiyyət qura bilərsiniz, həm onun xoşuna gələnləri öyrənir, həm onun strategiyasını və taktikasını öyrənərsiniz. Bütün bunlar həyat yoldaşınızı reallığa tez qaytarmağa kömək edir. Bu üsul daha çox görmə ilə bağlı problemləri olmayan, amma vaxtı çox olan qadınlara uyğundur. Məlum olduğu kimi, əlaqəni bərpa etməyin ən yaxşı üsulu ondan onun ürəyincə olanı soruşmaqdır. Ona görə də onunla maraqlanın, onun oyununu onunla müzakirə edin. Bu oyunda ərinizin nə xoşuna gəlir? Kimlə oynayır? Kim onunla birlikdə həm də oynayır, bu insanlar hansı ölkələrdə və şəhərlərdə yaşayırlar? O hansı taktikadan istifadə edir, hansından yox? O kim kimi geyinmək istəyir, hansı silahı almaq istəyir, yeni kosmik gəmisini necə adlandırmaq istəyir, hansı musiqi oyununu müşayiət edir?
Nəyə nail olub başqa oyunçularla müqayisədə? Bəli, bu sizə maraqsız görünə bilər, amma dözmək lazımdır, belə ki,aranızda itirilmiş emosional əlaqəni qaytarmaq üçün bu, düzgün üsuldur. Başqa vacib həyat sahələri barədə ünsiyyət qurun, işində baş verən hadisələr haqda, rəisi ilə münasibətini, işdə uğurlar və uğursuzluqları barədə müzakirə edin. Nailiyyətlərə görə tərifləyirsiniz, uğursuzluq gəldikdə "Səndə günah yoxdur yoxdur. Sən gözəl işçi və insansan, sadəcə başqaları bunu başa düşmürlər". Onunla onun öçün xoş olan digər şeylər barəsində də müzakirə etməyi unutmayın. Onun uşaqlıq xatirələr, arzuları, səyahətlər, gələcəkdə alınması vacib olan şeylər barədə. Onunla müxtəlif mövzularda daha çox söhbət edin və onu virtualdan gerçəkliyə qaytarın, onun dostu olun...
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR