Qadın beyni kişi beynindən tamamən fərqli çalışan bir sistemə malikdir. Bir qadın dəyərləndirilməyi və xüsusi olduğunu hiss etməyi həmişə şiddətlə istəyir. Bu istək hərədə bir cür ortaya qoyulur. Kimisi özəl hədiyyələr, kimisi xüsusi sözlər, kimisi özəl bir baxışla bunu hiss etməyi istər. Amma böyük ehtimallarda özəl sözün yerini bir qadın üçün heç nə dəyişmir. Hər qadın tərifi haqq edir. Hansı məshəbə, hansı cəmiyyətə, hansı əxlaqa malik olmasından asılı olaraq, Hər qadının daxilindəki uşaq özəl olduğu bir dünyanın arzusu ilə böyüyür. Amma kimisi bu arzunu gerçəkləşdirir, kimisi qarşısındakı sədləri keçə bilmir. Buna görə heç bir qadını heç vaxt həyatına görə günahlandıra bilmirəm. İstənilən halda ana olmağı dadan qadının daxilində o standart hiss ortalığa çıxır. Qoruyuculuq duyğusu. Buna görə də analar başımızın tacıdır.
Nə isə, mövzuya qayıdaq. Bir qadını susuz, yeməksiz, pulsuz və s. şeylərdən məhrum edə bilərsiniz. Amma qadın tərifsiz yaşaya bilməz.
Qadınlar çox xoşbəxt bir həyat yaşayan kişi ilə bir həyat istər, amma xoşbəxtlik dadmayan bir kişi qadının qəlbini daha tez qazana bilər. Səbəb çox sadədir. Qadınlar sanki həyata bir missiyanın ardınca gəlmiş kimi hiss edirlər və qarşılarındakı kişinin bədbəxt həyatı onlar üçün düzəldə biləcəkləri bir işdir. Belə kişi daha sirli, daha yalnız və qadının yerləşib rahatlıqla gəzə biləcəyi geniş və boş bir xam torpaq kimidir.
Amma kilid nöqtəsi olan bir şey var. Bu qəlibdən olan iki cür kişi var.
1. Yalnızlığı sevən.
2. Yalnızlıqdan qurtulmaq istəyib bu bataqlıqda ilişən bir kişi.
Bir gün həyatınıza bir adam girər və qarşılıqlı bir eşq yaşarsınız. Amma məsələ budur ki, siz qapanıq bir həyatı sevirsiniz. Sevərək yaşanan olay daha səmimi, daha sehrli və daha çəkici təsir bağışlayır və qadınlar səmimiliyi üstün tutur. Çünki səmimilik qadının güvəndə ola biləcəyi, sahib ola biləcəyi və dəyər görə biləcəyi bir ortamdır.
Amma bütün bunlara baxmayaraq bu səmimi ortamda yalnızlığı və qapanıqlığı sevən bir kişinin həyatına düşən qadın kişinin həyatındakı bu bədbəxt, yalnız və qapanıq durumu dəyişdirməyə çalışar. Səbəb çox sadədir. Bu bəlkə də qadınsayağı bir eqonun, özününküləşdirmə prosesinin bir parçasıdır, amma başqa bir versiya ilə sevdiyim romanlardan birində oxuduğum kimi "Mən sənin həyatını, zövqlərini, məşğuliyyətlərini dəyişmək istəmirəm, sadəcə sənə daha yaxşı təsir edəcək şeyləri həyatına gətirmək və daha xoşbəxt olmağını istəyirəm" kimi bir yanaşmadır.
Demək istədiyim, qadınlar bəzən kişinin fərqli özəlliklərini dəyərləndirib onun həyatına daxil olub həmin xüsusiyyətlərdə dəyişiklik etməyə çalışarlar. Əgər kişi bu bataqlıqdan çıxmağı istəyib bacarmayanlardandırsa, qətiyyətli bir qadının köməyi ilə problemi həll edib xoş bir həyatın astanasına gəlib çıxmış olacaq.
Amma ikinci qəlibdən olan bir kişi vardırsa qarşısında, qadının daxili mənini təmin etməli olan o dəyişiklik planları baş tutmadığına görə araya bir aləm problemlər, mübahisələr və itmiş sehr daxil olacaq. Qadınlar gəlişlərinin fərq yaratmasını istəyirlər. Çünki bu fərq onların özəl olduqlarının bir nömrəli sübutudur. Bu qədər sadə.
Buradan yola çıxaraq iki nəticəyə gəlirik.
Qadınların bu cəhətdən özəl olduqları ilə bağlı istəkləri iki cür təmin oluna bilər:
1. Kişi müxtəlif hədiyyələr, özəl sözlər, özəl günlərlə bağlı müxtəlif planlarla bunu qadına hiss etdirə bilər ki, bu ən təhlükəli üsuldur. Çünki bir kişi həm ata, həm ailə başçısı, həm də hansısa məsləkdə bir işçidir. Bütün bu qayğıların üçündə özəl günlərə, özəl sözlərə, özəl hədiyyələrə etinasızlıq edə, günlük qayğılara qapıla bilər. Bu isə ailə içində soyuqluğun, problemlərin yaranma səbəbidir.
2. Yuxarıda da vurğuladığım kimi, kişinin bərbad həyatında qadının özünün etdiyi düzəlişlər vasitəsilə özü-özünün özəl olduğunu hiss edə bilər ki, bunun üçün də kişi birinci qəlibdən olanlara aid olması daha olası variantdır.
Dərkənar olaraq qeyd edim ki, ikinci qrup kişilərin ailə həyatı bərbad ya da ümumən olmamış olur. Çünki bu cür kişiyə təhəmmül edəcək qadın öz qadın eqosunu (eqo sözünü başqa yönlərə çevirməyin, bu heç də eqoist kəlməsi ilə bir deyil) kənara qoymalıdır ki, ailə xoşbəxt bir lövhə alsın və ən vacibi qadınlar üçün onları hüznləndirən kişilər cəlb etdiyi qədər, onları güldürən, dayaq verən kişi də önəmlidir. Yəni qadınlar poladdan deyil, onların da kövrək olanı olur. Bu cür qadına ona dəstək duran kişi lazımdır. Pul, mülk, maddi dünya qadın üçün keçicidir. Əsas olan güvən, səmimiyyət, və qadının özünəməxsus olduğunu hiss edə biləcəyi bir yuvadır.
Aşırı güvən qadını narahat edə bilər. Onlar həm də qısqanılmağı, azca da olsa, onun üçün narahatçılıq keçirilməsini istəyərlər. Hətta günümüzdə aşırı emosional olan qadınlar sırf sevdiyi insanın diqqəti, güvənindən dolayı onun üzərində deyil deyə xırda xəyanətlərə və sonu olmayan bu yolda çox ciddi fəsadlara da apara bilər. Zatən yanlış yolda olan qadınların heç də hamısı maddi durumundan dolayı bu yollara düşmür. Bəziləri gənc yaşda emosianal bir platonik sevginin qurbanı olub öz kişisini qısqandırsın, ya da reaksıya versin deyə ağrıdacaq bir yanlış hərəkətə əl atır və bir daha çıxa bilməyəcəyi yola addım atır.
Son olaraq onu deyim ki, qadınlar həm güvənilməsini, həm də o qədər çox güvənilməməsini, qapanıq olan kişini, həm də, o qədər də qapanıq olmayan kişini, güldürülməsini, həm də ağladılmasını, xüsusi diqqəti, həm də o diqqəti özü-özü üçün əldə etməsini və bunun kimi bir aləm bir-biri ilə təzad təşkil edən istəklərlə dolu olan bir varlıqdır.
Onu anlamaq yox, sevmək lazımdır. Çünki hər qadın sevgiyə, diqqətə layiqdir.
Və oxuduğum bir yazıda deyildiyi kimi, "Qadınları güldürün, amma özünüzə yox!"
Dr.Hamid
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR