İlk dəfə bir avtobus dayanacağında qarşılaşmışdılar...Biri tibbdə oxuyurdu, o birisi memarlıqda. O ilk qarşılaşmadan sonra, bir daha qarşılaşa bilmək üçün, həmişə eyni saatda, eyni dayanacaqdan, eyni avtobusa mindilər.Gənc idilər...Bir-biriləriylə danışacaq cəsarəti tapmaları bir az zaman aldı,amma sonunda bacardılar.
Məktəblərini bitirincə dərhal evləndilər. Xoşbəxt idilər həm də çox xoşbəxt...Bəzən işsiz, bəzən pulsuz qaldılar amma elə möhkəm birləşmişdi ki, ürəkləri və əlləri heç bir şeyi əhəmiyyətsiz hesab etdilər.Günlər günləri, illər illəri qovduqca sevgiləri də böyüdü, böyüdü...Tək əskikləri uşaqlarının olmaması idi. Çətinlikli bir müalicə müddətinə rəğmən uşaq sahibi olmayınca, "bütün xoşbəxtliklərin bizim olmasını gözləmək,eqoizm olar" deyərək davam etdilər həyatlarına. Uşaq yerinə, sevgilərini böyütdülər..."Sənin üçün ölərəm" deyərdi qadın, sıx sarılıb adama və adam "Xeyr, mən sənin üçün ölərəm" deyə cavab verərdi həmişə...
Bəzən evə gəldiyində, aynanın üzərində bir qeyd görərdi qadın, "Bir dənəm, kitabxananın ikinci rəfinə bax...." Kitabxananın ikinci rəfində başqa bir qeyd olardı, "Mətbəxdəki masanın üzərinə bax və səni çox sevdiyimi əsla unutma" Mətbəxdəki masadan, salondakı şkafa sevgi dolu qeydləri oxuya-oxuya gedən qadın, sonunda bəzən bir dəstə çiçək, bəzən ən sevdiyi şokoladlar, bəzən də bahalı hədiyyələrlə qarşılaşardı..Hədiyyənin nə olduğu əhəmiyyətli deyildi onsuz da....
Həyat nə qədər sürətli axsa da, işləri nə qədər sıx olursa olsun həmişə bir-birlərinə ayıracaq zaman tapırdılar tapmasına, amma qırxlı yaşların ortalarına gəldiklərində, daha az işə qərar verdilər. Adam, xəstəxanadan ayrıldı və müayinəxanasında xəstə qəbul etməyə başladı. Qadın da memarlıq bürosunu bağladı və yalnız xüsusi proyektlərdə vəzifə aldı. Artıq daha çox birlikdə ola bilirdilər. Bir gün sahildə gəzərkən, xarab vəziyyətdə bir ev gördü qadın, üzərində "satılıq" lövhəsi asılı olan. "Nə deyirsən, bu evi alaqmı?" dedi adama. "Bu viranəni yıxdırar, möcüzə bir ev edərik. Proyekti başımda çəkdim belə.Böyük terası olan, qağayıları nahara dəvət edəcəyimiz bir dəniz evi edək buranı..." "Sən istəyərsən də mən heç xeyr deyə bilərəmmi?" deyə cavab verdi adam. "Amerikadakı tibb konqresindən dönər dönməz axtararam əmlakçını...Neçəyə olursa olsun, bura bizimdir artıq...."
Yalnız bir həftə ayrı qalacaqlarını bildikləri halda, ayrılmaları çətin oldu adam Amerikaya gedərkən. Hər gün, hər saat danışdılar telefonla. Gözyaşları içində qucaqlaşdılar hava limanında. Lakin bir neçə gün sonra, ərində bir qəribəlik olduğunu hiss etdi qadın. Köhnəsi qədər xoşbəxt görünmür, danışmaqdan qaçınırdı. Onu sevindirmək üçün, sahildəki evi xatırlatdı və çəkdiyi proyekti verdi qadın amma heç gözləmədiyi bir cavab aldı: "Canım, o ev bizim büdcəmizi aşır. Sən ən yaxşısı o evi unut..."
Bədbəxtlik, xoşbəxtliyin dadına alışmış insanlara daha da acı, daha da çəkilməz gəlir. Qadın, heç sevmədi bu gözlənilməz qonağı. Dərdini söyləməsi üçün yalvardı adama, "Sənin üçün ölərəm, bilirsən, nə olar izah et" deyə dil tökdü boş yerə... İllərdir sevdiyi adam, laqeyd və sevgisiz biriylə yer dəyişdirmişdi sanki. Ona çatmağa çalışdıqca, beton divarlara çarpırdı qadın, hər çarpmada daha çox qanayardı ürəyi...
Bir gün, uşaqlığının, gəncliyinin və bütün həyatının birlikdə keçdiyi yoldaşına dərd yanarkən, "Artıq dözə bilmirəm, sənə söyləmək məcburiyyətindəyəm" deyə sözünü kəsdi yoldaşı. "O, səni aldadır. İş yerimin tam qarşısındakı restoranda gənc bir qadınla yemək yeyir hər günorta....."
"Sus, sus tez, eşitmək istəmirəm bu yalanları" deyə qışqırdı qadın. O qədər illik yoldaşını, özünü qısqanmaqla günahlandırdı.... Sabahısı gün, günorta vaxtı o restoranın dərhal qarşısında bir küncə sindi, səssizcə və pəri nağıllarının yalnız nağıl olduğunu anladı... Ərinin köhnədən eyni xəstəxanada çalışdığı gənc uşaq həkimini tanıdı dərhal. Bəzən evlərində qarşıladıqları qadına necə sarıldığını gördü adamın...
Axşam əri evə gəlir gəlməz, bəzən qışqırıb, bəzən ağlayaraq, bəzən ona sıx sarılıb, bəzən də yumruqlayaraq qışqırdı sifətinə hər şeyi. İnkar etmədi adam. Zamanla duyğuların dəyişə bildiyi, insanların orta yaşa gəldiklərində fərqlilik axtardığı kimi bir şeylər gəvələdi ağızında və çamadanını alıb getdi evdən. Qapıdan çıxarkən, "son bir dəfə qucaqlamaq istəyərəm səni" deyəcək oldu amma qadın, "rədd ol" dedi nifrətlə...
İlk iclasda boşandılar...Müasir bir eşq hekayəsinin belə sona çatmasına kimsə inana bilmədi. Yoldaşlarının dəstəyiylə ayaqda qalmağa çalışdı qadın. Adamın, sevgilisiylə birlikdə Amerikaya yerləşdiyini öyrəndi. Bəzən tək qaldığında, onu hələ sevdiyini hiss edincə, göz yaşları tökür, eşqin yerini, nifrətin tutması üçün dua edirdi.
Aradan bir il keçdi... Hər şeyin dərmanı olduğu deyilən zaman belə, qadının dərdinə çarə ola bilməmişdi. Bir səhər, çalınan zəngin səsiylə oyandı. Qapını açdığında, qarşısında o qadını gördü. "Sən, bura nə yüzlə gəlirsən" deyə qışqırmaq istədi amma səsi çıxmadı. "Lütfən, içəri girməmə icazə ver, mütləq danışmamız lazımdır." dedi gənc qadın. Divana ilişdi və çətin duyulacaq bir səslə danışmağa başladı: "Heç bir şey göründüyü kimi deyil əslində. Çox təəssüf edirəm amma o bir saat əvvəl öldü. Keçən il Amerikadakı konqres əsnasındamxəstəliyini və təxminən bir illik ömürü qaldığını öyrəndi. Buna dözə bilməyəcəyini, həmişə söylədiyin kimi onunla birlikdə ölmək istəyəcəyini bilirdi. Səni özündən uzaqlaşdırmaq üçün, məndən sevgilisi rolunu oynamamı istədi. Ailəsinə də xəbər vermədi. Birlikdə Amerikaya yerləşdiyimiz yalanını yaydı. Halbuki ilk qarşılaşdığınız avtobus dayanacağının qarşısında bir ev tutmuşdu. Müalicə görür və xilas olacağına inanırdı amma olmadı. Gecə pisləşmiş, baxıcısı məni axtardı, son anda yetişdim. Sənə bu qutunu verməmi istədi..." Gözlərindən axan yaşları dayandıra bilməyəcəyini bilirdi qadın. Dərhal oracıqda ölmək istəyirdi. Əlinə alovlandırılan qutunu açdı və bir çox kağız vardı qutuda.
İlk kağızda, "Lütfən bütün qeydləri sırayla oxu birdənəm" deyirdi... Sırayla oxudu; "Səni çox sevdim", "Səni sevməkdən heç vaz keçmədim ", "Sənin üçün ölərəm deyərdin həmişə, doğru söylədiyini bilərdim." "Lakin mənim üçün ölməyini istəmədim" "İndi mənə söz verməyini istəyirəm." "Mənim üçün yaşayacaqsan, razılaşdıqmı?" son kağızı əlinə alarkən, qutuda bir açar olduğunu gördü qadın...Və son kağızda bunlar yazılı idi:
"Sahildəki evimizi sənin çəkdiyin proyektə görə etdirdim. Böyük terasta
qağayılarla nahar edərkən, mən həmişə səni izləyəcəm"...
XƏBƏR LENTİ
Bu gündən İCAZƏ VERİLDİ - Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK
Ramazan ayı nə vaxt başlayır?
“Qarabağ” baş hakimdən UEFA-ya şikayət edəcək
Görkəmli bəstəkar Qara Qarayevin doğum günüdür
Krım erməniləri milli-mədəni muxtariyyət aldılar
İşğaldan azad olunmuş ərazilərin əhalisinin sayı açıqlanıb
Cırıq qaloşlar muzeyə qoyuldu
Uşağın ölümü valideynin də ömrünü qısaldır
Ajda Pekkan doğulub-böyüdüyü evi ala bilmədi-FOTO
Putinin islama keçməsi düz çıxdı
Ofeliya Sənani yeni imicdə-VİDEO/FOTO
Azərbaycanda gizli Ebola virusu daşıyıcıları var?
Azərbaycan faunasında ilk dəfə 2 yeni balıq növü aşkarlanıb
Üzüm tumunun faydaları
Azərbaycan ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Düşmən cəbhə xəttində atəşkəsi 23 dəfə pozdu
Putinin xəstəliyi barədə açıqlama
Bakıda nadir şiş əməliyyatı reallaşdı
Sabahın HAVAsı
Hava necə olacaq?
Azərbaycanda əmək kitabçaları ləğv ediləcək
"Azərbaycan Hava Yolları" Tehrana reyslərin sayını artırır
Fotoqrafın xəyal dünyası
Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO
"Təhsilin inkişafı məqsədilə verilən təkliflər nəzərə alınacaq"
Plastik boru satışı qadağan edildi
Ağdamda könüllülər ordu sıralarına yollanır
Google 500 milyon dollara şirkət alır
"YouTube"da ən çox izlənən video artıq odur - 3 milyard 55 milyon
Məşhurlar haqqında bilmədiyimiz faktlar
Xalq təbiblərinin bəzi məsləhətləri
Çatlaq izlərinin çarəsi kartof
ABŞ Dövlət Departamenti Kerri və Lavrovun Qarabağ müzakirəsini şərh etdi
Günün qoroskopu: səmimi, nikbin və gülərüz olmağa çalışın
Uşaqların sevmədiyi oyuncaqlar
Lavrovun İrəvan səfəri: çaşqın Ermənistan və reallıqlar
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Metronun fəaliyyəti bərpa olunur? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - RƏSMİ
Bu cihaz xərçəng hüceyrəsini 10 saniyədə aşkarlayır
Zəncirli ayaqqabı dəbi
Sinan Akçıl Ayrılıqdan danışdı-FOTO
“Ağıllı” zibil qabı təqdim edildi
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
HAVA necə olacaq?-3 dekabr
Qız uşaqları üçün saç düzümləri
Vaxt keçdikcə bahalaşan maşınlar
Tramp ailəsinin növbəti sirri məlum oldu
Dadlı halva (foto resept)
Xəzəryanı ölkələr nərəkimilərin kommersiya məqsədli ovlanmasına qadağanı uzadıblar
- ŞƏRHLƏR